A9 TV; 7 may 2015-ci il
(Adana və Hatayda MİT-ə aid tırların dayandırılması istintaqı daxilində keçmiş Adana Respublika Baş prokuroru və keçmiş Adana rayon jandarma komandiri ilə 3 prokuror haqqında həbsə atmaq qərarı verildi.)
Bunlar da bir dövr. Ərgenekon vardı, Ərgenekonda dedik hərhalda hamısı ömürlük məhkum olacaq dedik. Hamısı azadlığa çıxdı. İndi bu da hərhalda bir dövrdür. Bir müddət sonra bunlar da nə olar bilmərik. Türkiyə daim haldan hala keçir, şəkildən şəklə dəyişir. Hamısında bir xeyr vardır. Heç kim ümidsiz olmasın, usanmasın.
(Bülənt Arınç dünən qatıldığı bir televiziya proqramında MGK-də qırmızı kitaba yalnız Gülən camaatının deyil, fərqli bütün camaatların daxil edildiyini iddia etdi.)
Mən də izah etdiklərində bir şey var zənn etdim. Camaatlara istiqamətlənmiş bir əməliyyat filan. Əvvəldən bəri onları söyləyirlər. Onu daha çox Aydınlıqçı olanlar söyləyər. İndi vətənpərvərmi oldular? Milliyətçi olanlar bəli. Onlar söyləyirlər. Qardaşım buradakı ifadə normal. Bax buna bənzər bir tənzimləmə deyir. Bu və buna bənzər. Bu məqbul, bunda bir şey yoxdur. Hökuməti ələ keçirməyə çalışırsa bir quruluş bunu demokratik üsullarla etməlidir. Partiya qurar, fəaliyyət edər, seçki ilə qazanar. Amma belə hiyləgərlik edərək, dava salaraq, tələ quraraq, rüsvayçılıqla və yaxud böhtanlarla, qarma-qarışıq üsullarla nəticə almağa çalışan bir sistem olsa, bu hər kəs üçün təhlükəli olar. Bir tək Ak partiya üçün deyil bütün partiyalar üçün təhlükəlidir. Buradakı sözündə bir şey yox, anormal bir şey yoxdur. Məsələn Süleymançılar var, Yeni Asiyaçılar var, Nakşibəndilər var. Bunlar Türkiyəni Türkiyə edən təməl ünsürlərdir. Onlara nalayiq bir hərəkət etmək kimin həddinədir?
(Bülənt Arınç söhbətində son günlərdə Manisada bəzi vətəndaş cəmiyyət quruluşlarına istiqamətli məqbul şübhə səbəbiylə edilən əməliyyatları da tənqid etdi. “Manisada son günlərdə bir şeylər olur. STK təşkilatlarına basqın edilir. Bunların bir terror evi kimi tutulub açıqlanması o insanlar üçün çox həyati əhəmiyyətlidir. Bu gün də 5 dərnəyə basqın edilmişdir. Bunların səhv olduğunu düşünürəm. Hökumətə qarşı sui-qəsd edilmiş ola bilər”.)
STK-lılar, tamam, gözəl. Bülənt Arınç belə bir şey danışırsa bu da faydalı bir şeydir. Çünki bu istiqamətdə də bəziləri bir şey söyləməlidir. Tamamilə səssiz qalınmaz. Təbii ki, hüquqa, qanuna hörmətlə yanaşırıq, amma bu həqiqətən hüquqa uyğundurmu? Olmadımı? Hüquq təşkilatları bunu araşdırsın deyilə bilər, deyə bilər. Əlbəttə məhkəmələrin qərarlarına həmişə hörmət göstəririk. Amma mənim qənaətim, yəni bunu deməsində də bir şey yoxdur. Araşdırılsın. Həqiqətən lazımlıdırmı? Həqiqətən məqsədəuyğun hərəkət edildimi? Üst məhkəmələr var, onlar baxa bilərlər.
(Keçdiyimiz günlərdə koalisiya təyyarələrinin Kobaniyə etdiyi bombardmanda ərəb kəndində 65 vətəndaş dünyasını dəyişdi. Pentaqon bu gün verdiyi açıqlamada hava hücumunda təyyarələrin vətəndaşları vurduğunu qəbul etdi və koordinatları da YPG-nin verdiyi öyrənildi. YPG-nin ərəb kəndlərinin tamamilə yox edilməsi və yerinə özlərinin yerləşməsi üçün belə bir strategiya izlədiyi deyilir. Xarici şərhçilər isə YPG Amerikan təyyarələrini istifadə edərək etnik təmizlik edir deyirlər.)
Canım olarmı? İkisi də əxlaqsız. Biri vur deyir, o birisi vurur. Yəni qatil ordusudur. O, ona atır günahı, o da ona atır. İkisi də xaraktersiz, əxlaqsız adamlardır. Tərbiyəsizlik edirlər. YPG, sənə PKK-lı çaqqallar, kommunistlər yol göstərir. PKK-nın namərd, sözündə durmayan, rüsvayçı adamlarıyla sən ittifaq edirsən. “Bağışlayın, səhv olmuşdur” deyir. Lağ edirlər.
(“Qırmızı kitaba girincə irəlidə başqa hökumətlər ya da başqa kəslər tərəfindən fərqli istifadə edilə bilərmi?” sualına cavab olaraq)
Mənası çox açıqdır. Dövləti ələ keçərməyə istiqamətlənmiş bir hərəkətdir. Qardaşım hökuməti ələ keçərmək istəyirsənsə yolu var. Partiya qur, demokratik üsullarla hərəkət et. Gözlənilmədən gəlib həll edəcəyəm deyirsənsə, elə isə dövlət özünü qoruyar. Dövlətin mexanizmi içində onsuz da bu var. Amma bunu belə ifadə etməyin mənası yox idi. Buna ehtiyac yoxdur. Onsuz da dövlət özünü qoruyar. Bir silahlı təşkilat üçün də bu etibarlıdır, bu tip bir dini quruluş da yaxud dinsiz bir quruluş da, kommunist, faşist quruluş da.
Məsələn bu faşist bir quruluş da ola bilər. Kapitalist bir quruluş ola bilər. Hər cür quruluş ola bilər. Dövlət özünü təbii ki qoruyacaq. Dövlətin özünü qorumasıyla əlaqədar qanun maddələri kafidir. Məncə qırmızı kitaba bu ifadənin girməsi lazımsız olmuşdur. Amma narahatçılıqlarını dilə gətirmək üçün olduğu da aydın olur. Yoxsa dinsiz olan bir hərəkət olmazmı bu? Olar. Faşist bir hərəkət olmazmı? Olar. Kommunist bir hərəkət olmazmı? Olar. Məsələn PKK da silah üsulu ilə dövləti ələ keçərməyə çalışır. Eyni üsulun dəyişik şəkilləridir. Biri silahlı, o biri başqa cür üsul.
“Öcalan prezident idarə sistemindən sonrakı mərhələni də təsvir edir. Avropa birliyi bu üsulla muxtariyyət şərtini qaldırırıq deyir. Ondan sonra da onsuz da muxtariyyət elan edərik deyir”.
Beləcə, öz fikrincə Məhmətciyin Allah üçün, Allaha təslim etdiyi on minlərlə can boş yerə olmuş olur yəni. Belə bir hiyləgərliklə nəticə əldə edəcəyini düşünür. Buna millət icazə verməz.
“Bir də o bölgədəki 10-15 milyon vətəndaşımızı da onlara təslim edəcəyimizi düşünürlər”.
Kommunist bir Kürdüstana icazə verəcəyik, o çətin bölgədə əsrlərdir təzyiqə məruz qalan qardaşlarımız bu səfər ondan min qat artıq təzyiq görəcəklər. Proletariat diktatorluğunun mərhəmətsiz çarxları altında az qala hamısı əsgərə çağırılmış olacaq, böyük və alçaq bir döyüşə alınacaqlar. Müsəlmanlara qarşı istifadə ediləcəklər, zorla kommunist ediləcəklər. Ailə ortadan qalxacaq, namus ortadan qalxacaq, əxlaq ortadan qalxacaq, dövlət ortadan qalxacaq. Öz düşüncələrinə görə komunal sistemi meydana gətirəcəklər. Elə bir şeyə icazə vermərik.
(Türkiyənin bir müddətdir Qətər və Səudiyyə Ərəbistanı dəstəyiylə Suriyaya girəcəyi və etibarlı bölgə meydana gətirəcəyi iddia edilir.)
Yox, Türkiyə elə işlərə girməz. Türkiyənin o tərəfdən bir hərbi qüvvəsi yoxdur. Bax oradakı bir məzarı belə qoruya bilmədik. Götürüb Türkiyəyə gətirdik. Türkiyənin indi elə bir gücü yoxdur. Amma bundan sonrakı dövrdə təbii ki gözəl inkişaf olacaq. Dəccaliyət də bitəcək, zülm də bitəcək, hamısı bitəcək.
(Diyarbəkirin Bismil mahalında polis PKK-nın gənc quruluşu YDG-H terroristlərinə təşkil etdiyi əməliyyatda 12 nəfəri nəzarətə aldı. Siirtdə ötən gün meşəbəyi muxtarı şəhid edənlərdən biri də polis tərəfindən çöldə tutuldu. Təsbit edilən digər şübhəlilərin axtarışı davam edir.)
Gözəl. Nəhayət əsgərdə bir canlanma oldu, maşaAllah. Dedik aslanlarımıza, haydı dedik, onlar da kükrəməyə və aslan kimi lazım olanı etməyə başladılar maşaAllah.
Allah dünyanın bəzəkli olmasını, gözəl olmasını istəyir
Xürafatçılar də qaranlıq olmasını istəyir. Allah dünyanı möhtəşəm bəzəyir. Allahın bəzəyini əlləməyin. Allahın bəzəyini dağıtmayın. Allahın bəzəyini siz ən gözəl şəkildə göstərməlisiniz.
(Kobaninin son vəziyyətini göstərən videodan sonra)
Bax Allah deyir; “Şəhərləri viran olmuşdur. Heç orada səs eşidirsənmi?” və “şəhərlərini yerlə bir edəcəyəm”, deyir. Allahın xatırlanmadığı şəhərləri. PKK da sevinir, bax Kobanini qurtardıq xeyirli olsun deyir. Şəhər qalıb? PKK Allahın verdiyi bəlanı görməzliyə vurur. Sən görməzliyə vursanda bütün dünya bu bəlanın nə olduğunu görür. Allah həlak edir, yenə də görməzliyə vururlar.
(Amerikada respublika tərəfdarı seçicilər arasında edilən bir anketə qatılanların yüzdə 57 %-in konstitusiyanın qaldırılaraq xristian əsaslı bir dövlət qurulmasını istədiyi ortaya çıxdı. Anketə görə respublika tərəfdarı seçicilərin böyük bir qisimi konqresin alacağı qərarlarda dini dəyərləri ölçü götürməli olduğunu müdafiə edir.)
Dindar olması Amerikanın onlara bərəkət gətirən, onları xoşbəxt edən əhəmiyyətli bir tərəfi idi. Amma Amerika dindarlığı buraxdıqda fəlakət Amerikanı bürüdü. Dünyanın ən zəngin dövləti ən kasıb dövləti olmağa doğru gedir. Mənim anladığım dindar xristianlar da fəlakətin qaynağını anlamışlar. Dindar olsalar çox zəngin olarlar.
“1960-cı illərdə Amerikada dindarlıq 80 %-dən çox imiş. İndi isə 57 % imiş”.
Bu fəlakətdir. Amerika dindar olduğu dövrdə müdhiş bərəkət vardı. Qəribə şəkildə zəngin idilər.
“Siz əslində bunu İsrail üçün də həmişə söyləyirsiniz ki, nə qədər ki dindar olmayacaqlar orada dinclik də olmayacaq deyə”.
Əlbəttə. Bu bərəkətsizlik davam edər.
“İndi Amerika 3 yerə bölünmək istəyir. Çox böyük bir qismi”.
O da ayrı bir fəlakətdir.
Demokratik yollardan kənar yol şikəst və səmimiyyətsiz yoldur. Ən əmin yol demokratiyayla olan yoldur.