A9 TV, 19 may 2015
(Taha Akyol yazısında Davutoğluna Baş nazirlik etməyə imkan verilmədiyini, əslində Baş nazirin korrupsiya və digər bəzi mövzularda prezidentlə həmfikir olmadığını eyham edib, yol göstərmək üçün isə, “Cənab Baş nazir, Türkiyənin getdikcə ağırlaşan, qan damlayan qələmləri problemini, hüquqşünas Baş nazir müavini hörmətli Bülent Arınç ilə bir görüşməlidir. Əminəm, ekranlarda söylədiyindən çox daha artığını izah edər” -dedi.)
Türkiyədə bir gərginlik var indi. Türkiyə hüzurlu deyil. Lazımsız bir gərginlik var. Əvvəl Türkiyə bir hüzurlu olsun. Hər kəs bir rahat olsun. Estetik, sənət, gözəllik ön plana çıxarılsın. Sevgi, dostluq, qardaşlıq ön plana çıxarılsın. Hökumətin haqlı olduğu istiqamət açıqca görünür. Biz ona bir şey demirik də şişirtməyə ehtiyac yoxdur. Şişirtmə bir şeyi verməz.
Tayyib hocaya bir şey olmaz. Fikir verməsin. Biz onun yanındayıq. Telinə toxunmağa qoymarıq. Asma, kəsmə filan… Kim kimi asır? Harada görülmüş? Onu bir dəfə unutsunlar. Elə bir şey olmaz. Birdəfəlik bu şişirdilmiş həyəcan qırılmalıdır.
Bir də bu bombalayan çaqqallar, silah sıxır və . əlini qolunu yelləyərək qaçır. Bu necə olur mən anlamıram? Dərhal həbs edilməlidir. Bu məhəllələr bomboşdur? Heçmi polis yox buralarda? Necə olur? Yüz minlərlə polis var, onda hanı o polislər? Polisə əmr versinlər gərəyini etsin.
İlk öncə seçki bürolarında ən az iki polis olsun seçkiyə qədər. Partiya mərkəzlərində də iki polis olsun. Bax gör gələ bilirlərmi? Həssas partiyalar daha ön plana alına bilər. Məsələn HDP, MHP bunlar hədəf partiyalar mənim gördüyüm. Ak Partiya da o vəziyyətdədir. Yəni hər yerdə bir qoruma tədbiri görülə bilər.
(Hürriyət qəzeti bu gün Respublika başçısına açıq məktub yayınladı. “Bizdən nə istəyirsiniz hörmətli prezident?” deyə soruşdu. “Yüzdə əlli iki edam deyərək sizi nəzərdə tutduğumuzu eyham edirsiniz. Yüzdə əlli iki, yüzdə bilməm neçə heç fərq etməz. Seçilmiş prezidentin edam ediləcəyini eyham etmək bir şərəfsizlikdir. Bizdən nə istəyirsiniz? Ustad Nəcib Fazilin dediyi kimi, bizi “öz yurdumuzda qərib, öz vətənimizdə parya (xor görülən və alçaldılan kimsə) etmək istəyirsiniz?” -dedi.)
Gözəl, desin. Bu demokratiyanın içərisində olacaq bir şeydir. Əlbəttə, deyə bilər. Sıxılıb millət, hökumət həqiqətən siyasətini dəyişdirsin. Bu sıxılmaq normal deyil. Bu təzyiq də normal deyil. Ehtiyac yoxdur. Türkiyəyə bir şey olmaz. Bu qədər təşvişə ehtiyac yoxdur.
İnsan beynin içindəki bir görüntüdür, gözəlliyin hamısı Allaha aiddir
Gözəlliyin hamısı Allaha aiddir. Təcəlli Allaha aiddir. Bəzi insanlar olur, gənclər olur, “Nə qədər yaraşıqlıyam” -deyir. Qardaşım beynimin içində görüntüsən sən, haradan yaraşıqlı olursan sən? Allah gözəldir. Allah mənə beynimdə bir görüntü meydana gətirir, mən onu tərifləyirəm. Yaxud gənc qızlar olur, “Mən aləmlərin gözəliyəm”-deyir. Gözəl olan beynimin içindəki görüntüdür. Sən haradan ona sahib çıxırsan? Bunun xaricində bir şey görürəmmi mən? Yox. Beynimin içindəki görüntüyə sən necə sahib olduğunu düşünürsən? “O mənəm” -deyir. O sən deyilsən. O Allahın təcəllisidir. Sən heç bir şeysən. Yalnız bir kölgə varlıqsan. Sən boş yerə şişib, qürurlanırsan. Heç vaxt o görüntünü sən yarada bilməzsən. O görüntü Allaha aiddir. Onun xaricində də biz heç bir şeylə təmasda olmadığımıza görə. Başqa bir şeylə təmasda oluruq mu? Yox. Sən başqa bir şeylə təmasda ola bilərsənmi o görüntünün xaricində? Sən də təmasda ola bilmirsən. Onun üçün, “Mən çox zənginəm” və s. Haradan zənginsən sən? “Yaxtam var” deyir. Yaxta harada? Beyninin içində. Yaxta harada? Mənim beynimin içindədir. Haradan zəngin olursan sən? Bütün mal, mülk Allaha aiddir. Onu da kölgə varlıq olaraq yaradır Allah. İstədiyin qədər lovğalan.
(İraq ordusunun Ramadini buraxıb qaçması dünya gündəmində çox yer aldı. Hərbi vasitələrin üzərində hər hansı bir partlayış və silah izi olmadan tərk edilib buraxıldığı görünür fotoşəkillərdə. Ramadini əhatə edən İraq ordusunun təxminən 6 min adam olduğu, İŞİD-in isə Ramadidə təxminən 2 yüz yaraqlısı olduğu iddia edilir.)
Onların kəsməyi milləti çox dəhşətə salır. Yəni normal güllə ilə ölməyə onlar razı olsa da, bu kəsmə hadisəsi onları dəli edir. On adam belə olsa qaçarlar Allahu aləm.
Bir də bunlar İraq ordusudur imanı zəifdir, Darvinist, materialist böyüyüb adamlar. İslama, Qurana qarşı içlərində nifrət bəsləyən qəribə adamlardır. Ağılları da bir az zəifdir, mənim qənaətimcə. İman problemi var. İlk öncə müsəlman müsəlmana güllə sıxmaz. İŞİD-lə nə edərsən sən? Danışarsan. “Siz də müsəlmansınız, biz də müsəlmanıq” deyərsən. “Bir barışığa gedək” deyərsən. Tapançayla, tüfənglə müsəlmanın qarşısına çıxılmaz. Qanla, bombayla olmaz.
(Avropa Birliyi Aralıq dənizindən gələn qaçqın problemini həll etmək üçün insan alverçilərinə qarşı hərbi əməliyyat aparılmasını gündəmə gətirdi. BMT-dən müsbət cavab gələrsə Avropa Birliyi hərbi missiyanı mərhələli olaraq həyata keçirməyi düşünür.)
Belə mənasız işlərlə məşğul olmasınlar. Dünyanın üzərində çoxlu boş torpaqlar var. Bu biçarə insanları oraya aparsınlar, yalnız çadır verəcəklər. Başqa bir şeyə ehtiyac yoxdur. Hər ailəyə də 5-10 baş qoyun versələr bitər mövzu. Çox böyük vicdansızlıq edirlər. Bütün uşaqlarına qalacaq şəkildə özlərini vicdansız elan edirlər. Nə qədər boş şeylərə pul xərcləyirsiniz, nə olar bir ovuc insan üçün də xərcələsəniz. Ölüm qorxusu ilə, canını qurtarmaq üçün qaçır. Nə qədər ayıb, nə qədər çirkin. Min bir cür xilas olma yolunu axtarırlar. Belə olmaz.
(Hürriyət qəzetinin müxbirləri İrana gedib səyahət yazısı hazırlamışdılar. Verdikləri izahlarda, “İrana İslam Respublikası deyilir, ancaq hz. Məhəmməd (s.ə.v) haqqında Türkiyədə əsla eşitməyəcəyiniz lətifələr İranda danışlır” -dedilər. Həmçinin insanların küçələrdə dövlətin qaydalarına tabe olduqlarını, amma şəxsi həyatlarında dindar olmadıqlarını bildirdilər.)
Aylardan bəri, illərdən bəri izah etdiyimiz şey, bax təzə fərq etmişlər. İslam ölkələrinin böyük hissəsi belədir, Səudiyyə Ərəbistanı da belədir. Çünki İran Darvinistdir, darvinist olduqda Allaha, dinə inanmırlar. Mollaların onsuz da izah etdikləri xurafatlar dəhşətlidir. Beləliklə, dinsizlik çox geniş yayılıb gənclər arasında, ateizm çox yayılıb. Bizim ənənəçi Ortodoks hocalar da həmişə bir çay yığıncağı et, bir yemək yığıncağı olsun get yanına ilk etdikləri çirkin ikram, ya peyğəmbərlə -haşa- lağ edən bir üslub, ya cənnət-cəhənnəmlə, ya mələklərlə lağ edən bir üslub. Demək olar ki, hər hocada görərsiniz bunu, həmişə dinlə əlaqədar lətifə danışarlar gəldiyinizdə. Mən heç bir zaman dinləmirəm bunları, qalxıb gedirəm.
(Suriyalı qaçqınlar ölkələrindəki zülmü izah etdilər. 59 yaşındakı suriyalı qaçqın Leyla Azad “Müharibəyə görə qadın və uşaqlara təcavüz edilir, öldürülür. Suriyada təcavüz edilməkdənsə namusumuzla dənizdə boğulmağı gözə alırıq” -dedi.)
Təcavüz edilmək ayrı, cinsi orqanını kəsirlər, qarnını, bağırsağını deşir, gözlərini deşirlər, ağlasığmaz işgəncələr edirlər. Rəzalətin mini bir qəpik. Türkiyə o mövzuda çox gözəl bir rəftar göstərdi. Aldı onları ən gözəl şəkildə qonaq etdi. Amma bəzi ədəbsizlər də onlara dünyanı dar etməyə çalışır. Buna icazə vermərik.
(Hakkarinin Yüksekova mahalının Dağlıca Üs bölgəsində əsgərlərə minaatanla hücum təşkil edildi. Hücumda hər hansı bir zərər meydana gəlmədi.)
Adamları gedib hamısını tutmaq lazım, adam minaatanla hücum edir, minaatan topu var əlində, minaatan topuyla da qaçıb gedir və yaxalana bilmir. Bu çox böyük bir zəiflikdir. Oradakı vəzifəlilər vəzifədən alınmalıdır. Minaatan topu haradan atılırsa oraya gedib adamları tutarsan. Mühasirəyə alarsan qaçacaq heç bir yerləri qalmaz.
(Səlahattin Demirdaş, “Kobani düşmədi, amma AK Partiya düşdü düşəcək” -dedi)
Kobani yerlə-yeksan oldu, niyə dürüst olmur Allah xatirinə. Baxsın fotoşəkillərə, xaraba bir şəhərdir. Qalıq bir şəhər, hər kəs oranı tərk etmiş, bir tək bayquşlar var. Oradakı müsəlman, dindar qardaşlarımızı aldıq Türkiyəyə gətirdik, geri qalan PKK-lıları da İŞİD doğradı hamısını.
(Selahattin Demirtaş AK Partiya mitinqlərində öz inancı üzərindən insanlara “yuh” çəkdirdiyini iddia etdi.)
Selahattin Demirtaşın Müsəlman olduğu məlumdur, davamlı Allahdan, dindən bəhs edir. Ona kimsə dinsiz deyə bilməz. Bir dəfə belə “Allah” desə onun müsəlman olduğuna hökm edilər. Əgər elə deyənlər varsa çox səhv edirlər. Çox böyük səhv edirlər. Dolaysilə o danışıqları edən əgər onu nəzərdə tutdusa səhv etmişdir. Tövbə etməlidir.
(İslam dünyası hərc-mərclik içindəykən Cibutidə “Şərqi Afrika 3-cü İslam Alimləri Görüşü”nün əsas mövzusu olaraq İslam fiqhinin inkişafında İmam Şafi dövrü ələ alındı.)
Yenə başladılar. Quranın yetərliliyindən bəhs etsənə. İmam Malikin qəbul etdiyini İmam Əbu Hənifə qəbul etmir, İmam Əbu Hənifənin qəbul etdiyini İmam Şafi qəbul etmir. Bu vəziyyətdə dəhşətli bir hal meydana gəlir. Məsələn, bir məzhəbdə it əti halaldır, o biri məzhəbdə haram. Yeyən donuz əti yemiş hökmündə olur. Adam da deyir ki, “radikal məsələlərdir”. Haranın radikalı? Məsələn biri də deyir ki, “Fatihə fərzdir yoxsa, deyil?” “Deyil” -deyir. O biri də “fərzdir” -deyir. Necə füruat olur bu? Halala aid hökmlər açıqdır. Möhkəm hökmlərdir, yəni. Doğru danışmamaqda çox ustadırlar.
(Cəmil Bayık Dolmabahçe görüşməsində açıqlanan maddələrə bağlı qalınması halında dayandırılmış tərksilah konqresini toplayacaklarını söylədi.)
İnsan ürkür oradakı danışıqlardan, Allah əsirgəsin. Adamların silah buraxması üçün cənub-şərqi Anadolunun PKK-ya buraxılması lazımdır. “Onsuz da biz silahı qoymarıq, PKK-lılar dağdan enər təhlükəsizlik gücü halına gələr, polis olarlar, o şəkildə silahı buraxarıq” deyir. Əllərindəki silahı polis silahı halına gətirəcəyik deyir. Əsgər silahı halına gətirəcəyik, o şəkildə buraxacağıq deyir. Bu heç bir zaman üçün olmaz. Bunu unudacaqlar. Sən əvvəl Türk Millətindən soruşacaqsan, bizdən soruşacaqsan, məndən soruşacaqsan. Bizdən, məndən icazə ala bilmirsənsə bitdi. Millət icazə vermirsə bitdi.