A9 TV, 30 iyun 2015 – Adnan Oktarın qonağı, Ravvin Yehuda Glick
Bu axşamkı qonağımız Ravvin Yehuda Glick bəydir. Özü Məbəd Təpəsində Yəhudilərin Azadlığı Təşkilatının rəhbəridir. Kubbet-üs Səhranın Tövratda ifadə edildiyi kimi bütün millətlər üçün dua evi olmasını və üç İbrahimi dinin mənsublarının Allaha bir yerdə ibadət edə biləcəyini müdafiə edir. Bilindiyi kimi, Ravvin Glick bu il bir sui-qəsd cəhdinə məruz qaldı. İslami Cihad Hərəkatı üzvü tərəfindən 4 güllə yarası aldı. Ravvin Glick bu il Likud Partiyasında millət vəkili namizədi göstərildi və bu partiyanın aktiv üzvü olaraq fəaliyyət göstərir.
Adnan Oktar: Xoş gəldiniz, səfa gətirdiniz. Şərəf verdiniz, qürur verdiniz.
Ravvin Yehuda Glick: Bütün şərəf Allaha aiddir.
Adnan Oktar: MaşaAllah. Bu dindarlığınız nə gözəldir.
Ravvin Yehuda Glick: Allaha qarşı necə səmimi olmayaq; əgər Allah bizi qucaqlayırsa və bizi sevirsə Allaha qarşı necə səmimi olmayaq.
Adnan Oktar: MaşaAllah. Bu dindarlığınız necə də gözəldir. Sizə edilən sui-qəsd cəhdi çox böyük bir əxlaqsızlıq, namussuzluq və tərbiyəsizlikdir, vicdansızlıqdır. Şiddətlə qınayırıq. Bu ağılsızca rəftarı bir daha o kəslər heç bir şəkildə heç kimə qarşı düşünməzlər, inşaAllah. Bu, normal əxlaqda, normal bir müsəlmanın edəcəyi bir şey deyil. Bu, çox böyük bir dəlilik və əxlaqsızlıqdır. Başqa bir izahı yoxdur. Çünki siz çox yaxşı insansınız. Allahdan qorxursunuz, Allahı sevirsiniz, bütün insanların sülh içində yaşamasını istəyirsiniz, gözəl əxlaqlısınız. Sizə qarşı belə bir zülmə cəhd etmələri çox böyük bir əxlaqsızlıqdır. Bundan sonra sizə qarşı qalxan əlləri qanunla, hüquqla da dibindən qıracağıq.
Ravvin Yehuda Glick: Sizə çox təşəkkür edirəm və sizin Allaha olan sevginizi və bağlılığınızı yenidən söyləyirəm. Terrorizmlə əlaqədar ən pis şey, bunu Allah adına etdiklərini söyləmələridir. Elə olduğunda on qat daha çox zərəri olur. Şiddət, gücün deyil zəifliyin göstəricisi. İnanan insanlar belə bir davranışa qarşı birlikdə danışmalıdırlar. Allah adına edildikdə çox qorxunc şeydir. Allah sonsuzdur. Allah ölüm deyil, sonsuz həyatdır.
Adnan Oktar: MaşaAllah. Sizlər bizlərə Allahın bir əmanətisiniz. Siz sülhü, qardaşlığı, sevgini, dostluğu, gözəlliyi, Allaha imanı müdafiə edirsiniz. Mənim gördüyüm qədərilə qarşınızdakı insanlar da, sizin imanınızı qısqanırlar.
Ravvin Yehuda Glick: Allahın Adı “İslam” “Sülh”, Allahın Adı “Salam”dır, inşaAllah. İki mədəni insanın digər birinə zərər verməsi çox qorxunc şeydir.
Adnan Oktar: İnşaAllah, sizlər də, bizlər də görəcəyik. Hz Süleymanın məscidini yenidən quracağıq. Hz Süleymanın sarayını da yenidən quracağıq. Oraları, o köhnə, tarixi gözəl günlərinə geri qaytaracağıq.
Ravvin Yehuda Glick: Siz hər vaxt insanları Allaha çağırırsınız. Allah sevgisindən bəhs edirsiniz. Əhəmiyyətli olan ürəklərə çatmaqdır. Siz də bunu onsuz da artıqlamasıyla edirsiniz.
Adnan Oktar: Sizləri çox sevirik. Həmişə izah etdik. Sizə edilən sui-qəsd cəhdini də anlatdıq. Bu bizi çox hirsləndirdi və çox narahat etdi. Böyük bir əxlaqsızlıq, böyük bir vicdansızlıq olaraq gördüyümüzü dəfələrlə ifadə etdik. Amma əlbəttə ki, bu bir şeyi dəyişdirmir. Siz Allah Qatında çox savab qazandınız. Sizə pislik edənlər də axirətdə onun hesabını verəcəklər.
Ravvin Yehuda Glick: Allah bəzən belə pis kimi görünən şeyləri yaxşı şeylər meydana gətirmək üçün, xeyir üçün meydana gətirər. İslama görə Quranda Yəhudilər Kitab Əhli olaraq ifadə edilir. Belə bir şey edənlər əslində bizə deyil, İslama zərər verirlər.
Adnan Oktar: Əlbəttə, İslama, Qurana hücum etmiş olurlar. Siz də onları Nuhi olaraq, mömin olaraq görürsünüz. Bu cahillərin bunlardan xəbəri yoxdur. Çox gözəl günlər görəcəyik, inşaAllah. Moşiyahı görəcəyik. Bütün o bölgədə hz. İbrahimin övladlarının qucaqlaşdığını görəcəyik. O dövrdəyik, o zamandayıq, inşaAllah. Tövrat ona işarə edir, hədislər o cür işarə edir. Allah sizi bizə bağışladı, çünki siz vəzifələndirilibsiniz.
Ravvin Yehuda Glick: Bəli, doğrudur, bəzən insan gənc yaşda vəfat etdiyində biz deyirik ki, “vəzifəsi bitdi” əgər ölmədisə, o zaman “vəzifəsi davam edir”.
Adnan Oktar: Vəzifəniz davam edir. Görəcəksiniz, hamımız Moşiyahı görəcəyik, hz. Süleymanın məscidini, orada birlikdə ibadət edəcəyik, inşaAllah.
Ravvin Yehuda Glick: Hər dəfə mane varsa, bu o deməkdir ki, biz daha çox səy göstərməliyik və bunların öhdəsindən gələ bilərik.
Adnan Oktar: Bəli, inşaAllah, o gözəl zaman içindəyik.
Ravvin Yehuda Glick: Bəzən məndən bura niyə gəldiyimi soruşurlar. Mən də bunu söyləyirəm: “Qarşı olan bəzi təbəqələrin olması onsuz da doğru yolda olduğunu, doğru şeylər etdiyini göstərir”.
Adnan Oktar: Həsəd edirlər, onlar sevgini bilməyən insanlardır.
Ravvin Yehuda Glick: Lakin bunlara da sevgi göstərməliyik.
Adnan Oktar: Əlbəttə, öyrədəcəyik.
Ravvin Yehuda Glick: Onları da qucaqlaya bilərik, onlara da Allahın sevdiyini göstərərik.
Adnan Oktar: Sizin bu gözəl əxlaqınızı gördükləri halda belə bir əxlaqsızlıq etmələrinə çox təəccüblənirəm.
Ravvin Yehuda Glick: Məndən mənim adıma, ya da saçımın rənginə görə nifrət etmədilər. Yalnız İsrailoğullarının, Yəhudilərin Qüdsə gəlməsini istədiyim üçün bunu etdilər. Lakin vəziyyət bunu göstərir. Mən bu gün həyatdayam, edən adam həyatını itirdi. Allahın adı “Sülh” deməkdir. Bəzi insanlar Ramazan ayını tam qiymətləndirə bilmirlər. Hətta bu günlərdə terrorun artmalı olduğunu müdafiə edirlər. Xeyr, Allahın “Salam” sifəti vardır. “De ki: O Allah, birdir. Allah, Sameddir (hər şey Ona möhtacdır, daimidir, heç bir şeyə ehtiyacı olmayandır). O, doğurmamışdır və doğurulmamışdır. Və heç bir şey Onun tayı deyil”.
Adnan Oktar: Bəli o sevgisizlər, sizin bu gözəl izahatlarınızdan təsirlənirlər. Bir müddət sonra onlar da düzələcəklər, inşaAllah. Biz sizi çox sevirik, İsraildə hər kəs çox sevir. Bu hadisədən sonra daha çox sevildiniz.
Ravvin Yehuda Glick: Bunu hiss edirəm.
Adnan Oktar: Biz sizi bir qəhrəman kimi görürük.
Ravvin Yehuda Glick: Böyük dualarla, çoxlu dualarla həyatda qaldım. İndi 4 ədəd güllə bədənimdə tam sıfır nöqtəsinə qədər irəlilədi, amma Allahın möcüzələriylə həyatda qaldım. Sizin dualarınızın hörmətinə.
Bütün bu dualar üçün, bu proqram vasitəsiylə milyonlarla izləyicimizə çox- çox təşəkkür edirəm, təşəkkürlərimi təqdim edirəm. Dualar göyləri yellədi. Allah dualara qarşılıq verəndir.
Adnan Oktar: Dindarlığınız necə də gözəldir, maşaAllah. Mən sizə də söyləmişdim, Yəhudilər çox dindar olurlar. Məsələn, xurafatçılarda belə bir dindarlıq çox da görünmür. Yəni xürafatçıların Allaha o qədər sevgisi yoxdur. Amma Yəhudilər çox-çox dindar olurlar. Məsələn, bir meyvəni yeyərkən Allaha dua edərək yeyirlər, bir yerə çıxacaqkən Allaha dua edirlər. Diqqət yetirsəniz görərsiniz ki, qəlbləri Allahla əlaqədədir. Çox mükəmməldir, maşaAllah.
Ravvin Yehuda Glick: Onsuz da Tövrat da bununla başlayır. “Allah göyləri və yeri yaratdı” -deyir. “Allah göydədir və yeri yaratdı” demir . Hamısını tək bir parça olaraq, bir bütün olaraq yaratdığını söyləyir. Allah hər yerdədir, Allahın işarələri hər yerdədir. Tövrat bizə göylərin və yerin Allahla əlaqə halında olduğunu söyləyir. Biz də Allahla əlaqədəyik. Allah bizim bu dünyanı sevgi dolu bir dünya halına gətirməyimizi istəyir, cəhd göstərməyimizi istəyir. Şövqlə çalışmağımızı istəyir.
Adnan Oktar: Allah üçün səhərdən-axşama qədər belə coşğuyla cəhd göstərən bir insana atəş açmaq nə qədər böyük bir əxlaqsızlıqdır.
“Təcavüzkar vurmadan əvvəl, “Üzr istəyirəm, mənim dinim səni vurmağı əmr edir” deyib”
Adnan Oktar: Əxlaqsıza bax. Deməli, bu, ağıl xəstəsidir. Başqa açıqlaması yoxdur. İslam dininə görə o Əhli Kitabdır və çox dindar bir insandır. Və dayanmadan sevgidən bəhs edir, Qurandan bəhs edir. Ayə ilə danışır, Tövratdan danışır. Əxlaqsız, başqa mövzu tapa bilmədinmi? İnsan vurmaq harada görülüb? Bir də mücahidəm, müsəlmanəm deyə ortada gəzir. Müsəlman olan insan bunu edə bilməz. Nəysə artıq qədərdə olan bir şeydir, amma inşaAllah Allah bu gözəl insana, Yehudaya həm Moşiyahı, yəni Mehdi (ə.s)-ı göstərəcək, həm hz. Süleymanın məscidini qurmağımızı göstərəcək, hz. Süleymanın sarayını tikdiyimizi göstərəcək, gözəl günləri göstərəcək ki, belə bir ömür verdi, maşaAllah.
Ravvin Yehuda Glick: Qüds sülh şəhəridir. Allah yalnız bizim üçün deyil, uşaqlarımız üçün deyil, hər kəs üçün oranın bir sülh şəhəri olaraq göstərəcək. Mövzu mən deyiləm, mənimlə əlaqəli deyil. Süleymanın adı da, Solomon adı da “şalom” dan, “sülh” dən gəlir.