“Allaha iman edin, Onun elçisi ilə cihada çıxın” deyə bir surə endirildiyi zaman onlardan sərvət sahibi olanlar, səndən icazə istəyib: “BİZİ BURAX, OTURANLARLA BİRLİKDƏ OLAQ” DEDİLƏR. (Döyüşdən) Geri qalanlarla birlikdə olmağı seçdilər. Onların ürəkləri möhürlənilmişdir. Buna görə qavrayıb-anlamazlar. (Tövbə surəsi, 86-87)
İndi bu kəslərə desən ki “həccə gedəcəyik”, sevinclə “hamımız birlikdə gedək” deyərlər. Namaz qılacağıq desən sənin qıldığın namazı bəyənməzlər, təfərrüatlar istəyərlər. Amma “Allahın dini dünyaya hakim olsun” deyincə havalanır, onu istəmir. Sərvət sahibi həm pulunu qorumaq istəyir, həm də pulunu vermək, münafiqlərin canını yandıran ikinci mövzudur. Münafiqləri hirsləndirmək istəyənlər İslam Birliyindən bəhs etsinlər.