Onlardan bir qrup belə demişdi: “Ey Yəsrib (Mədinə) xalqı, artıq sizin üçün (burada) qalacaq yer yoxdur, bu halda dönün”. (Əhzab surəsi, 13)
“Qalacaq yer yoxdur, dönün” tam münafiq ifadəsidir. Tam hökm var.
Boş aldanışdan başqa bir şey vəd etmədi deyincə hökm yoxdur, amma burada hökm var. Elçini dinləməyin deyir, hadisə münafiq hərəkətinə dönmüşdür
Onlardan bir birlik də: “Həqiqətən, evlərimiz açıqdır”: Bu da münafiq üslubudur. Qaçış hərəkəti var, xəstəlik olanda qaçış hərəkəti olmaz, dayanar, müsəlmanların içinə amma daima vəsvəsəli olar, üst pərdədən olar, qərar verə bilməz.
Əgər onlara (şəhərin hər) yanından girilsəydi, sonra da özlərindən fitnə (qarışıqlıq çıxarmaları) istənmiş olsaydı, heç şübhəsiz, buna yanaşar və bunda çox az (zaman) istisna olmaqla (qərarsız) qalmazdılar. (Əhzab surəsi, 14)
Bu da münafiq rəftarıdır, çünki müsəlmanlara, doğrudan, hücum var. Hücum olduğunda, ümumiyyətlə, hücumu edənlər geri planı hazırlayar. Allah “hər yanından girilsəydi” ifadəsiylə buna diqqət çəkir. Müsəlmanlar əleyhində bir hücum edildiyində tək cəbhədəndir deyə bütün diqqəti oraya vermək doğru deyil, mütləq ikinci, üçüncü cəbhə vardır. Həm mətbuat olur, həm hücum olur. Geniş diametrli hazırlıq edirlər. Qəlblərində xəstəlik olanlar da gərgin anı fürsət bilər, Peyğəmbər (s.ə.v)-in, imamın, elçinin üstünə gəlir, amma hücum çəkildiyində ürəyi sakitləşər.
Əvvəl hücum var, sonra fitnə istənir, fitnə tamam ayrıdır. Fitnədə ayrı bir iş görülməsi lazımdır. Fitnə, ümumiyyətlə, dağılmağı asanlaşdırmaq üçün edilər, amma elçi əsas alınar, onun etibarsızlığı vurğulandıqdan sonra arxası asan gəlir. Elçi üçün səhv düşündü, səhv hesab etdi, biz isə sizə yaxşılıq etmək istəyirik dönün, məntiqində olar.
(Qərarsız) qalmazdılar: Ürəklərində xəstəlik olanlar inadçı olar, qərar verə bilməz, şübhə içindədir.
De ki: “Əgər ölümdən və ya öldürülməkdən qaçırsınızsa, qaçış sizə qəti olaraq bir fayda verməz; belə olsa belə, çox az (bir zaman) xaricində faydalandırılmazsınız”. (Əhzab surəsi, 16)
Münafiqin ən qorxduğu hadisə ölümdür. Öldürülməkdən daha da qorxar. Peyğəmbər (s.ə.v)-in yanında öldürülmə riski daha yüksək olar, deyirlər.
Həqiqətən, Allah içinizdən mane olanları və qardaşlarına: “Bizə gəlin” deyənləri bilər. Bunlar, çox azı xaricində çətin döyüşlərə getməzlər. (Əhzab surəsi, 18)
Bir qismi birbaşa mane olur, uşağı qaçırır, qəsb edir, “müsəlmanların yanına getməyəcəksən” deyir. Bunlarda bir müddət müsəlmanların yanına getmədiyində müsəlmanlıqdan imtina edəcəyi inancı olar. 1 ay, 6 ay, 1 il getmədiyində bir tərəfdən həmişə müsəlmanların əleyhində danışıq təlqin etdiyində müsəlmanlıqdan imtina edəcəyinə inanır. Müxtəlif mənfəət təqdim edərək, müxtəlif imkan təqdim edərək, həmişə qarşı tərəfi pisləyərək. Bu məntiq, Peyğəmbər (s.ə.v)-in dövründə də vardı, hz. Mehdi (ə.s)-ın dövründə də olacaq.
“Bizə gəlin” deyənləri bilər: bizə gəlin deməsinin səbəbi, həqiqətən, müttəqi görsə, deməz, bunu, ürəyində xəstəlik olduğunu, olanlardan olduqlarını təxmin etdikləri kəslərə deyər. Şeytan da müttəqiyə deyir, “mənim müttəqiyə gücüm çatmaz” deyə. Əgər münafiq birinə belə deyirsə, o adamın çox güclü hücumla cavab verməsi lazımdır. Münafiqlərin çağıra biləcəkləri potensial kütləsi olduğu aydın olur.
Bunlar çox azı xaricində çətin döyüşlərə getməzlər: bəzən də münafiqdə çox zəif mömin əlaməti çıxa bilər. Məsələn, gedib təbliğ də edə bilər, amma qısa, buna aldanmamaq üçün Allah həmişə xəbərdar edir.
(Gəldiklərində də) Sizə qarşı “xəsis və eqoistdirlər”. Əgər qorxu gələcək olsa, ölümə görə huşunu itirən kəslər kimi gözləri dönərək sənə baxmaqda olduqlarını görərsən. Qorxu gedincə, xeyirə qarşı olduqca zəiflik göstərərək sizi iti dilləriylə (tənqid edib incidərək) qarşılayarlar. Məhz onlar iman etməmişdirlər; beləcə, Allah onların etdiklərini boşa çıxarmışdır. Bu, Allah üçün çox asandır. (Əhzab surəsi, 19)
Münafiq çox eqoist olar, özünü qurtarma haqda düşünür.
Baxışda bir pozuqluq meydana gəlir. Bir mənasızlıq. Mənalı baxış möminin xüsusiyyətidir. Küfrdə, münafiqlərdə istisnasız baxış pozuqluğu olur. Bu, mömin üçün bir nemətdir, qəti hökm verə bilməzsən aydın olar.
Qorxu gedincə: Müsəlmanlar güclənincə bir hücum edilə bilməyəcəyini anlayır, münafiq təcavüzkarlığı dayanılır, daha sakit hala gəlir.
Amma buna qarşılıq mənfəət, mal, mülk, paltar, yemək anbar düzəldərək, toplayaraq, sizi iti dilləri ilə, münafiqlər ürəklərində çox azğın və dilbaz olar, bu, xəstəlik olanlarda da olar. Heç ümid etmədiyin anda çox nalayiq bir söz deyər, dayanar, dayanar yenə deyər. Dini ifadələri tənzih edirəm, ağzından insana dinclik verən bir üslub çıxmaz. Kompliment deyəcəksə, fitnə vardır. Münafiqlərdə bir kürt dövrü vardır, o dövrdə bunu edər, amma qudurduqdan sonra, quduz hadisəsində də əvvəl quduz işıqdan, sudan qaçır sonra vurnuxaraq gedər ölər, münafiqlər də quduz itə bənzəyərlər. Peyğəmbəri tənqid edir, imamı tənqid edir, onlar üçün tənqid etmədə heç maneə yoxdur. Gözəllik məqsədi yoxdur, incitmə məqsədi var, narahat etmə, ürkütmə, gizli təhdid var.
Beləcə, Allah onların etdiklərini boşa çıxarmışdır: bir şey edirlər, boş duran deyildirlər. Namaz qılır, zəkat verir, oruc tutur, amma Allah bunları boşa çıxarır.
Onlar (münafiqlər, düşmən) birliklərinin getmədiklərini düşünürdülər. Əgər (əsgəri) birliklər gələcək olsa, çöldə bədəvi-ərəblər arasında olub sizin xəbərinizi (oradan) almağı ciddi olaraq arzu edirdilər. Lakin içinizdə olsaydılar, çox az döyüşərdilər. (Əhzab surəsi, 20)
Bədəvi ədəbsiz deməkdir, oxumayan, yazmayan, başı işləməyən küt adamlar, dindən imandan anlamayan mal kimi yaşamaq istəyənlər. Bəzən də onların içindən yaxşı insan çıxar, amma ümumiyyətlə cinsdirlər. Bədəvi xarakteri vurğulayıram, Quranda da bu qəsd edilir, yoxsa qəsd edilən çöldəki bədəvi deyil.
Ədəbsizlərin arasına girib müsəlmanlar haqqında məlumat yığırlar. Bunlar nə olduğu müəyyən olmayan adamdırlar. Müsəlmanlara da zərəri yoxdur, küfrə də zərəri yoxdur, neytral insandırlar, amma imana qarşı başları küt insanlardır.
Lakin içinizdə olsaydılar, çox az döyüşərdilər: müsəlmanların içində də olsa, təbliğə getməz, İslamı yaymağa getməz. Müstəqil öz həyatını yaşayar, kənardan. Aktiv canlı olaraq müsəlmanlarla birlikdə mübarizə əzmini yaşamaz. Bir otağa çəkilər həyatını yaşayar və ya bir mağaraya çəkilər, həyatını yaşayar. Bütün məsələ müsəlmanlardan ayrı olmaqdır. Mühüm olan müsəlmanlardan uzaq olmaq, İslama xidmət etməməkdir.
Bəzi kəslər məni çürütdüyündə dini çürüdəcəyini zənn edir. Məni tənqid edən olduğunda mən “sağ olun” deyər, düzəldərəm. Mən nümunə vermirəm, Qurana dəvət edirəm. Bu səbəbdən məni tənqid edərək dinə belə zərər verə bilməzlər.
Möminlər (düşmən) birliklərini gördükləri zaman isə (qorxuya qapılmadan) dedilər ki: “Bu, Allahın və Rəsulunun bizə vəd etdiyi şeydir; Allah və Elçisi doğru söyləmişdir”. Və (bu,) yalnız onların imanlarını və təslimiyyətlərini artırdı. (Əhzab surəsi, 22)
Müsəlman qorxuya qapılmır. Ürəyində xəstəlik yoxdur. Bu dövrə baxaraq, bu, Allahın və Rəsulunun və Mehdinin bizə vəd etdiyi şeydir. Münafiqlər, küfr, darvinistlər hücum etdiyində bizi daha da coşdurur, qüdrət gəlir, canlanırıq, maşaAllah.
Ey peyğəmbər, yoldaşlarına söylə: “Əgər siz dünya həyatını və onun bəzəkli-cazibəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və gözəl bir tərzdə sizi boşayım”. (Əhzab surəsi, 28)
Burada münafiqlik yoxdur, amma xəstəlik var. Ürəklərinə xəstəlik gəlmişdir. Bir çox yoldaşında xəstəlik meydana gəlmir. Peyğəmbər (s.ə.v) pul, mal, mülk nə istəyirsinizsə verim və dava-dalaş olmadan sizi gözəlliklə boşayım deyir. Boşanmanın necə olduğunu Allah göstərmiş olur, imkan yaratmaq və gözəl bir tərzdə yollamaq. Amma, əlbəttə ki, bu, bir qadın üçün dəhşətli hadisədir, bunu Peyğəmbərimiz (s.ə.v)-ə dedirtdirmək.
Eyni zamanda evlilikdə məqsədin nə olduğu açıqlanır: axirət üçün, Allah rizası üçün, deməli, saf təqvanı axtaracaqsan. Allahın razılığını ən çox kimdə görürsə, gözəl əxlaqı, şəfqəti, dərinliyi, sevgini, təmizliyi kimdə ən çox görürsə, Allah ən çox onda təcəlli edir deməkdir, dünyadakı ən böyük nemət odur. Peyğəmbər (s.ə.v)-in zamanında mübarək analarımız nə etdilər? Baxırdılar, Peyğəmbərimiz (s.ə.v) qapqara saçları, Bizansda tikilmiş cübbəsi, çiyinləri geniş, çəhrayı-ağ uşaq dərisi kimi təzə dərisi, əhli-qüdrətdir, maşaAllah, haqlı olaraq aşiq olurdular.
O dövrdə nə qədər əcaib insanlar var, Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına qarşı bir anormal eyham meydana gəlir, sonsuz dəfə sonsuz Əstəğfirullah, vəfatından sonra xanımlarıyla evlənmə düşüncələri var. Allah ürəklərini bildiyi üçün söyləyir, ona görə Allah pərdə ilə ayırmışdır. Allah onlar sizə əbədi olaraq haram qılınmışdır deyir. Allah bu fitnəyə maneə törədir, amma belə bir şeyin qəlblərindən keçmiş olması o dövrün şərtlərinin nə qədər çətin və ürküdücü olduğunu göstərir.
Peyğəmbərimiz (s.ə.v)-in bəzi xanımları, evliliyin özlərinə daha fərqli bir status gətirdiyini düşünürlər. Təhrim surəsində Allah, Peyğəmbərimizin (s.ə.v)-in xanımlarını çox təfərrüatla xəbərdar edir. Halbuki evli olması bir dəyişiklik etməz, o imamdır. Daha itaətkar, daha hörmətli olar. Amma bəzilərində qadın ənənəsindən gələn bir rəftar olur. Halbuki münafiq hücumu var, narahatedici, çətin bir mühit var, belə bir mühitdə möminlərin Peyğəmbər (s.ə.v)-ə çox möhkəm dəstək olmaları lazımdır.
Allah dünyada neçə tərəfdən birdən aciz yaradır. Qoltuqaltı üçün xüsusi sənaye var, dişini yumadığında çox-çox problem olur. Qulaq üçün qulaq pambığı yaradılır, saçı ayrı, ayaqları ayrı, harana baxsan dəhşətli acizliklərlə doludur. Amma Cənnətdə heç biri yoxdur, amma burada biri belə insanı qarşısındakından uzaqlaşdırmaq üçün yetər. Allah insanı pak edir, ona görə insanlar bu narahatlıqdan xilas olur. Cənnətdə təbii təmizdir, təbii gözəldir. Gül necə gözəl qoxu verirsə, insan da elə olur. Diş katrilyonlarca il fırçalanmır, amma tərtəmizdir.
Amma sizdən kim Allaha və Rəsuluna könüldən -itaət edər və saleh bir əməldə olarsa, ona əcrini iki qat verərik. Və Biz ona üstün bir ruzi də hazırlamışıq. (Əhzab surəsi, 31)
Allah itaət demir, könüldən itaət, eşqlə, canla, məhəbbətlə həqiqi itaət.
Bəzi qardaşlarımız bir tək səmimiyyət qurtuluş üçün yetərmi deyir? Səmimi olunca insan nə edər? Hz. İsa (ə.s) yaddaşını itirmiş olaraq gəldi. Baxır, bu nədir deyir, bu Tövrat, bu İncil bu da Quran deyirlər. Oxuyunca bu doğrudur, Quran haqdır deyir. O qədər. Ömrü boyunca dəqiq və qəti iman. Baxır, görünüş və işıq var, nəyin içində olduğunu anlayır. Çox keyfiyyətli səs eşidir, toxunur, baxır, hiss edir, dəqiq və qəti iman edir. İmanı bir daha heç sarsılmır. Ağıllı bir insan bir dəfə qərar verər, çox iti qərar verər, bir dəfə imanı qavrayar, bir daha da buraxmaz. Səmimi olduğunda insan Quranı tapar və tam əməl edər, Allaha eşqlə bağlanar, Rəsulunu eşqlə sevər.
Ey peyğəmbərin qadınları, siz qadınlardan hər hansı biri (kimi) deyilsiniz; əgər çəkinirsinizsə, artıq sözü cazibədarlıqla söyləməyin ki, sonra ürəyində xəstəlik olan kimsə tamah edər. Sözü bilinən bir tərzdə söyləyin. (Əhzab surəsi, 32)
Bu ayənin enməsindən əvvəl bunun ağıllarına gəlmələri lazımdır. Bu da bir xəstəlikdir. Şiddəti dəyişə bilər, amma bu da münafiqliyin altında olan bir xəstəlikdir. Bunu onsuz da möminin bilməsi lazımdır, Peyğəmbər xanımı olmaq nə deməkdir, insan bilməzmi? Allah bir xəstə də qarşıda var, deyir. Xəstəliyin nə qədər məşhur olduğu aydın olur. O da zəif münafiqliyə yaxındır. Peyğəmbər xanımlarının xüsusi bir statustda olduğunu ifadə edir. Allah hər hansı bir insan kimi deyilsiniz, deyir.
Yoxsa ürəklərində xəstəlik olanlar, Allahın kinlərini heç (ortaya) çıxarmayacağınımı sandılar? (Məhəmməd surəsi, 29)
Ürəyində xəstəlik olanda bulanıqlıq vardır, amma küfr çox dəqiqdir. Ürəyində xəstəlik olanlar da kinə, hirsə, dedi-qoduya, döyüşə uyğun olur, hirs onlarda bir ehtiras kimi olur. Simalarında da qaralma olur, iti dilli olur. Müsəlmanları narahat etməyə istiqamətli, bəyənmədiyini göstərən, hörmətdən salmaq qəsdiylə, özünün daha üstün, daha böyük olduğunu göstərməyə çalışan danışıqları olur.
And olsun, Biz sizdən mücahid olanlarla səbr edənləri bilənə (müəyyən edib ortaya çıxarana) qədər, sınayacağıq və xəbərlərinizi sınayacağıq (açıqlayacağıq). (Məhəmməd surəsi, 31)
Bu, kilid ayədir. Allahın münafiqlə müttəqinin, ürəyində xəstəlik olanla mömin arasındakı fərqi ortaya çıxaran sistemidir. Müsəlmanlar gecə-gündüz eşqlə, şövqlə Allahın dinini yaymaq üçün müdhiş güc duyar. Münafiqdən də təbii olaraq iyrənər, kafirdən şiddətli nifrət edər. Amma şəxsindən deyil, bədənindən deyil fikirindən, hərəkətindən. Fikir sistemindən, onun etdiyi hərəkətdən nifrət edər. Cihadda (elmi mübarizədə) bir də səbir vardır. Məsələn, mən 79-cu ildən bəri eyni eşqlə davam edirəm. Mənimlə birlikdə çıxanların bir çoxu devrildilər. Nə dərnəklər, nə qruplar vardı, indi tam fərqli aləmə girdilər, amma mən artan bir şövqlə davam edirəm, inşaAllah.