Məryəm oğlu (İsa) bir nümunə olaraq verilincə, sənin qövmün dərhal ondan (keflə danışıb) qəhqəhələrlə gülürlər. (Zuxruf surəsi, 57)
Hz. İsa (ə.s) gələcək deyirsən məsələn, adam dişini ağardır, gülür. Qəribə gəlir, yəni.
Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər! (Zuxruf surəsi, 58)
Hal-hazırdakı ilahları nədir? Darvinizm, materializm. Hal-hazırda məsələn, sıx olaraq mübahisə edirlər. Hz. İsa (ə.s) gələcəkmi, gəlməyəcəkmi, niyə gəlməyəcək? Mübahisə ediləcək bir şey yoxdur, Allahın hökmü açıqdır. Əhli-Sünnə inancı da açıqdır. Mübahisəçi və düşmən bir qövmdürlər, münaqişədən xoşlanarlar. Davamlı mübahisə etmək istəyərlər. Allah, mübahisəyə meyllidirlər deyir. Allah düşmən bir qövmdürlər deyərkən təbii ki, burada birbaşa küfrü nəzərdə tutur, amma cahillər də, qəflət içində olanlar da, ürəklərində xəstəlik olanlar da, münafiqlər də edirlər.
O (Məryəm oğlu İsa) ancaq nemət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir. (Zuxruf surəsi, 59)
Səmimiyyətsiz qiymətləndirilsə burada “O dövrdə hz. İsa (ə.s)-dan deyil, bir insandan bəhs edilir” deyə bilərsən. Amma səmimiyyətlə baxsan, bura qədər hz. İsa (ə.s)-dan bəhs edildiyinə görə, burada da ondan bəhs edilir deməkdir. Səmimi baxarsan, yuxardakı ayədə də davamında da hz. İsa (ə.s)-dan bəhs edildiyinə görə bu açıqdır. Özünü hiyləgər zənn edənlər “o bir bəndədir” ifadəsi üçün, “burada müsəlmanlardan hər hansı birindən bəhs edilir” deyirlər. “İsrailoğullarına örnək etdik” ifadəsi üçün “hz. Musa (ə.s)-ı da nəzərdə tutmuş ola bilər” deyərlər. Çox müxtəlif şərhlər edə bilərlər.
Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq (onlar da Bizə ibadət edərdilər). (Zuxruf surəsi, 60)
Necə ki deyirlər hz. Mehdi (ə.s)-ın üzərində mələklər olacaq, açıqca görünəcək, Allah elə bir vəziyyətdə “birbaşa onu xələf edərdim” deyir. Allah hz. Mehdi (ə.s)-ın yanında mələk varsa, hz. Mehdi (ə.s)-a ehtiyac yoxdur, mələk idarə edərdi deyir. Hz. Mehdi (ə.s) birbaşa mələyə “sən idarə et” deyər. Çünki mələk günahsızdır. Vəhyi birbaşa Allahdan alır.
Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur! (Zuxruf surəsi, 61)
Burada şərhçi qardaşlarımız “o” sözündən qəsd hz. İsa (ə.s) olduğu haradan müəyyəndir deyir? Həmişə elə davam etmirmi? Başqa heç bir peyğəmbər gəlmədiyinə görə, Peyğəmbərimiz (s.ə.v) da son peyğəmbər olduğuna görə, əgər əlamət olması lazımdırsa, bizim Peyğəmbərimiz (s.ə.v) olması lazımdır. Amma bizim Peyğəmbərimiz (s.ə.v) son peyğəmbər olmasına baxmayaraq, Allah kitablı olmamaq şərtiylə hz. İsa (ə.s)-ı peyğəmbər olaraq göndərir. Allah Peyğəmbərimiz (s.ə.v)-i əlamət olaraq göstərmədiyinə görə demək ki, qiyamətin əlaməti İsa Məsihdir. Allah şübhəni də qadağan edir.
Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir! (Zuxruf surəsi, 62)
Allah şeytan sizi anormal düşüncələrə, hərəkətlərə yönəltməsin, şeytana uymayın deyir. Dəccal nəzərdə tutulur. İsa Məsihin də mübarizə edəcəyi odur. Dəccal insan şəklinə bürünmüş, şeytandır.
İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bəzi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!” (Zuxruf surəsi, 63)
Baxın həmişə hz. İsa (ə.s) deyə davam edir. “Mən sizə hikmətlə gəldim” deyir, Quranla gəlmiş olur. Həqiqətən də Quran hikmətdir. (Allahı tənzih edirik) Hz. İsa (ə.s) Allah deyirlər, burada ixtilafa düşmüşlər. Təslis (üçləmə) inancı mövzusunda ixtilafa düşmüşlər. Bir çox mövzuda ixtilafa düşmüşlər, məzhəblərə ayrılmışlar.