…Heç bir məlumata əsaslanmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz! (Ənam surəsi, 144)
“Heç bir məlumata əsaslanmadan”: Yəni Quranda Allahın açıq bir hökmü yox ikən, Peyğəmbərimiz (s.ə.v)-in səhih bir ifadəsi yox ikən. Adam, Allaha qarşı yalan uydurduqdan sonra müsəlmana deyir ki: “sən buna uymursan”. O da “bəli, o uydurma olduğu üçün uymuram” deyir. “Mən atalarımızdan belə eşitdim, sən nəyə görə hərəkət edirsən? Fasiq olarsan” deyir. “Mənim atalarımızın dini olan bu uydurmalara uysan müttəqi olarsan” deyir. Allah əsirgəsin, müsəlman onun dediklərini qəbul edəcəyindən çaşıb yanılsa munafiq yenə bir mövzu tapar. Bu münafiqin taktikasıdır. Peyğəmbərimiz (s.ə.v)-in zamanında Dirar məscidindəki tətbiq bu idi. Peyğəmbərimiz (s.ə.v)-in gətirdiyi din ortadaykən xurafat çıxarırdılar.