evangelist masonEvanjelik massonların İncilə söykəməyə çalışdıqları saxta izahlara diqqət!

Evanjelik və ya Müsəlman görünüşlü bəzi massonlar, müqəddəs kitablardakı hökmlərə özlərinə görə şərh gətirərək, səmimi dindarları səhv istiqamətləndirməyə səy göstərirlər. Dünyada bəzi Evanjelik Xristianların İslama istiqamətlənmiş rəqibcəsinə olan dünyagörüşləri məhz bu çirkin səyin bir nəticəsidir. Xristian dindarlar üzərində yaradılmağa çalışılan

İslama istiqamətlənmiş bu dünyagörüşü əslində, saxta və çirkin bir oyundur. Massonlar, bu saxta oyun vəsiləsiylə diqqətləri başqa istiqamətə çəkərək inananlar üzərində oyun oynayır, inananların güclənməsinə maneə törədir, Allaha qarşı icra etdikləri çirkin və hiyləgər təbliğat üçün zəmin hazırlayırlar.

Bu oyunun etibarlı görünə bilməsi, səmimi Evanjeliklər arasında dəstək görə bilməsi üçün, Evanjelik massonlar, daha çox çirkin bir üsul istifadə edir və saxta iddialarına İncili dayaq göstərirlər. Səmimi dindarlara ancaq bu yolla təsir edə biləcəklərini bilirlər. Halbuki, bu olduqca hiyləgər bir oyundur. İncili dayaq göstərərək İslamı dəccaliyyətlə əlaqələndirməyə çalışan zehniyyət (İslam dinini tənzih edirik), dəccali sistemin əsl qaynağı olan massonik zehniyyətdir. Bu zehniyyət İncildəki bəzi ifadələri TAMAMİLƏ HƏQİQİLİYİNDƏN FƏRQLİ VƏ YALNIŞ ŞƏRH EDƏRƏK, insanları səhv istiqamətləndirirlər.

Bir qaynaqda, massonluğun əsl hədəfinin Xristianlığı həqiqi inancından çəkindirmək olduğu bu şəkildə izah edilir:

 

Massonluğun təməl məqsədi, Xristianlıq tərəfindən meydana gətirilən dini və siyasi dünya nizamını kökündən dağıtmaq və yerinə ÖZ DÜŞÜNCƏ ŞƏKİLLƏRİYLƏ UYĞUN BİR NİZAM GƏTİRMƏKDİR. Bu, cəmiyyətin yeni nizamının naturalizmdən törəyəcəyi mənasına gəlir.[1]

 

Evanjeliklər, İncilin onlara barışı, dostluğu və qardaşlığı əmr etdiyini, qan tökməyə Allahın icazə vermədiyini unutmamalıdırlar.

Adnan Oktarın 28 Sentyabr 2010 tarixli Kaçkar Tv reportajından:

 

Məhz massonluğun əsl hədəfi Xristianlığı həqiqi məqsədindən uzaqlaşdırmaqdır. Lakin massonluq bir dəccal sistemi olduğundan hiyləgərcəsinə hərəkət edir, Xristianlığı həqiqi məqsədindən uzaqlaşdıra bilmək üçün İncili istifadə edir, özünü dindar göstərir. Bu təhlükəli oyuna qarşı mütləq ayıq olmaq lazımdır.

 

Bunu ifadə etmək lazımdır ki, İncildə keçən dəccal anlayışı, Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.v)-dən rəvayət edilən hədislərlə tam bir uyğunluq içindədir. Bu səbəbdən, Müsəlman aləminin gözlədiyi dəccal ilə Xristian aləminin gözlədiyi dəccal eyni azğın inancı yayacaq və eyni xüsusiyyətlərə sahib olan eyni dəccal olacaq. Lakin Evanjelik massonlar hiyləgər bir üsul  istifadə edərək dəccalın bütün xüsusiyyətlərini İslama aid etməyə çalışır, bunun üçün də öz fikirlərinə görə İncili dəlil göstərməyə çalışırlar.

 

Evanjelik görünüşlü massonların göstərdiyi bu çirkin cəsarət və zorakılıq siyasəti, dünya üzərindəki səmimi Müsəlmanlara qarşı kin və hirsi təhrik etmə məqsədlidir. Bu kəslər özlərini dindar göstərərək, ittihamlarını İncilə söykədiklərini iddia edərək, İslamda olmayan bir hökmü, zülm və qırğınları İslama aid etməyə çalışırlar. Bu hiyləgər kəslərin oyunlarına qarşı xüsusilə, səmimi Xristianların çox diqqətli olmaları lazımdır. Bu çirkin oyun nəticəsində, səmimi dindar olan Xristianların bir qismi İslamı səhv tanımaqda, səhv anlatmaqda, İslamın gözəllik, barış və sevgi dini olduğu həqiqətindən xəbərsiz qalmaqdadırlar.

Bu oyun, eyni zamanda Müsəlmanlarla Xristianlar arasında süni bir ayrılığın meydana gəlməsinə səbəb olur. Bu hiyləgər plan nəticəsində, eyni Allaha inanan səmimi dindarlar birlik ola bilmirlər, hətta tam tərsinə, aralarında nifaq və düşmənçilik olması məqsədi qoyulur. Bu vəziyyət, əlbəttə, bütün dünyaya dinsizliyi, Darvinizmi, anarxiyanı, zülmü, döyüşləri, cinayətləri, degenerasiyanı yaymaq istəyən dəccal sistemi olan massonluğun hiyləgərcəsinə fəaliyyətlərini davam etdirməsi üçün axtardığı ən uyğun zəmini təmin edir.

 

Massonluq tarix boyunca olduğu kimi, ancaq inananların arasını vurduğu zaman güclənə bilir. Bu səbəblə, massonik idarənin dinsizliyi yaya bilməsi, öz ideologiyasını gücləndirməsi üçün iman edənlərin gücsüz, parçalanmış olması lazımdır. Elə bu səbəblə massonlar üçün səmimi dindarların arasındakı ittifaqı pozmaq, onları bölmək əhəmiyyətli bir hədəfdir. Bunun üçün də massonlara görə ən etibarlı üsul, İncili qaynaq olaraq göstərməkdən çəkinməyən Evanjelik görünüşdəki massonlardan istifadə etməkdir.

Evanjelik görünüşdəki massonların oyununa gələn səmimi dindar olan Xristianlar da, əslində fərqində olmadan və əlbəttə, istəmədən massonların dinsizliyi yayma siyasətinə vasitəçi olurlar. Elə buna görə, bu çirkin oyuna qarşı bütün həqiqi dindarların ayıq olması və əsl fikri mübarizəni birlik ruhu içində, Allah inancına qarşı çıxan ideologiyalara qarşı etmələri lazımdır. Dindarlar üçün ən böyük təhlükənin, dinsizliyi yayma məqsədini daşıyan massonluq və massonluğun nəzarətində olan Darvinizm, materializm kimi azğın ideologiyalar olduğu heç bir zaman unudulmamalıdır.

[1] Mansignor George F. Dillon, Grand Orient Freemasonry Unmasked “As the secret power behind communism”, s. 16