İçeriğe geç

Nəml surəsi, 17 Hz. Mehdi (ə.s)-ın cinlərlə əlaqədə olacağına işarələr

Adnan Oktar: Nəml surəsi, 17. “Hz. Süleymana cinlərdən, insanlardan və quşlardan ordular toplandı və bunlar qruplara ayrıldılar”. Hz. Süleyman (ə.s) ilk cinlərdən bəhs edir. İlk olaraq cinlər əmrindədirlər. Hz. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyəcək. Buradan belə çıxır ki, onun da cinlərlə əlaqəsi olacaq, “insanlardan” “və quşlardan” geniş bir kütlə də hz. Mehdi (ə.s)-a tabe olacaq. Məhz bu çox qəribədir, “ordular toplandı və bunlar qruplara ayrıldılar”. Deməli, axırzamanda, quşlara da təsir edəcək bir elm sahəsi inkişaf edəcək. Yəni onları istiqamətləndirə biləcək, onların səslərindən onları fərqləndirən, onların çıxartdığı səsləri istifadə edərək onları istiqamətləndirə bilən bir texnologiya inkişaf edəcək. Ki bu anda da bu inkişaf edir. Hz. Süleyman (ə.s) nə deyir?

“Nəhayət qarışqa vadisinə gəldiklərində bir dişi qarışqa dedi ki: “Ey qarışqa birliyi, öz evlərinizə girin, Süleyman və orduları, fərqində olmadan sizi qırıb-keçməsin. (Süleyman) Bu sözün üzərinə təbəssüm edib güldü və dedi ki: “Rəbbim, mənə, ana və atama verdiyin nemətə şükr etməyimi və məmnun olacağın saleh bir əməldə olmağımı ilham et və məni rəhmətinlə saleh qulların arasına qat”. Burada hz. Süleyman (ə.s)-ın qarışqalara da sevgi göstərdiyi aydın olur. Bax “bu sözün üzərinə təbbəssüm edib güldü” -deyir.

Deməli, qarışqalar o qədər mənasız varlıqlar deyil, arılar o qədər mənasız varlıqlar deyil. Lakin insanlar onun dilini bilmir. Yoxsa onlar öz aralarında xəbərləşirlər. Yəni xəbərləşdiklərini də görürük. Bəli, yəni ətraflı şəkildə araşdırıldıqda bunu görmək mümkündür, çünki xəbərləşmə olmadan, minlərlə heyvandan ibarət olan bir koloniya xəbərləşmə olmadan idarə oluna bilməz. Böyük anarxiya çıxar. Böyük bir qarışıqlıq çıxar. Bunlar da inşaAllah axırzamanda ortaya çıxacaq, buna işarə edir inşaAllah. Bax, Allah ayədə deyir ki; Şeytandan Allaha sığınıram:

“Vicdanları qəbul etdiyi halda”, vicdani olaraq qəbul edir, doğru olduğunu deyir. Qurana, İslama bir çox insan qənaət gətirər. Baxın “zülm və təkəbbür səbəbindən bunları inkar etdilər”. Zülmə meyilli olmalarından və təkəbbür, eqoizm, qürur, lovğalıq hissi səbəbindən bunları inkar etdilər. “Allah artıq sən, təxribatçıların necə bir sona məruz qaldıqlarına bir bax” -deyir. Dünyada buna diqqətli baxan, tarixə də baxan bunları görər, inşaAllah.

“Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş …”. Məsələn, şeytan darvinistlərə də etdiklərini gözəl göstərmişdir. Beləliklə, onları doğru yoldan ayırmışdır, buna görə hidayət tapmırlar. Məsələn, darvinistlər də azğın olduğu üçün Allah bir çoxuna hidayət vermir. “… göylərdə və yerdə gizli olanı aşkara çıxardan”, göylər də və yerdə gizli olan, bunu daha əvvəl də söyləmişdik; həm hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a işarə edir. Çünki hz. Məsih (ə.s) göylərdə, hz. Mehdi (ə.s) yerdə gizlidir, inşaAllah.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz