Adnan Oktarın 3 mart 2010-cu il HarunYahya.TV-dəki canlı reportajından
ADNAN OKTAR: İndi Allah Quranda duanın necə ediləcəyini bizlərə izah edir. Şeytandan Allaha sığınıram; Müzəmmil surəsi, 8; “Rəbbinin adını zikr et və hər şeydən özünü çəkərək yalnız Ona yönəl”. Bax, “Allahın adını zikr et. Hər şeydən özünü çəkərək yalnız Ona yönəl”. Deməli, başının evlənməyə, işinə-gücünə qarışması, bu mövzuları bütləşdirmək, tək hədəf halına gətirmək, belə mövzuları dindən üstün tutmaq olmayacaq. Hər şeydən özünü çəkərək, yalnız Allaha yönələcəyik. Duanın hər yerdə və hər şəkildə olması lazımdır. “Allahı ayaqdaykən, oturarkən”, məsələn ayaqda gedirik; içimizdən dua edərik.
Yolda gedərkən dua edəcəyik. “Oturarkən”, məsələn, indi otururuq, söhbət edirik, içimizdən dua edəcəyik. “Yan yatarkən”, məsələn, yatağa yatdıq, yan yatdıq belə; Allahı zikr edəcəyik, dua edəcəyik. “De ki: Allah deyə çağırın, Rəhman deyə çağırın, nə ilə çağırsanız, sonunda ən gözəl adlar Onundur”. “Ya Rəhman”, “Ya Rəbbim”, “Cənabı Mövla”, “Ya Allah”, hamısı Allaha xitabdır. “Adların ən gözəli Allahındır, elə isə Ona bunlarla dua edin”. Yəni Allahın adı olmayan adlarla Allaha dua etmək olmaz. Allaha Qurandakı adlarıyla dua etmək lazımdır.
“Hz. Musa kölgəyə çəkilərək dedi ki: Rəbbim, doğrusu, mənə endirdiyin hər xeyirə möhtacam”, Allahdan hər cür xeyiri istəyəcəyik. Xeyir diləyəcəyik və xeyir istəyəcəyik. “Rəbbimiz, şübhəsiz, Sən bizim gizli tutduqlarımızı da, aşkar etdiklərimizi də bilərsən”. Məsələn, biz gizli olan bir şeyi də, açıqda olan bir şeyi də Allahın bildiyini bilirik. “Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz”. Məsələn, biri bir şey edir, insanlar görmədiyində içi rahatlayır, halbuki mütləq Allah görər və bilər. “Rəbbinin adını zikr et və hər şeydən özünü çəkərək yalnız Ona yönəl”, “hər şeydən özünü çəkərək yalnız Ona yönəl”, bəli, bunu bayaq oxumuşdum.
“Hz. Süleyman: Rəbbim məni bağışla”, məsələn, duadan əvvəl Allahdan bağışlanma diləmək çox əhəmiyyətlidir. Allahın bağışlamasını istəmək. “Və məndən sonra heç kimə nəsib olmayan bir mülkü mənə hədiyyə et. Şübhəsiz, Sən qarşılıqsız hədiyyə edənsən”. İnsanlar həmişə qarşılıq istəyərlər, Allah elə deyil; bütün mülkə sahib olduğu üçün daima insanlara nemət verir. Sad surəsi 35-də;”Rəbbimiz bizi hidayətə çatdırdıqdan sonra qəlblərimizi azdırma. İman etdikdən sonra qəlbin hidayətdən azmaması üçün Allaha dua edilməsi lazımdır. “Və Qatından bizə bir rəhmət bağışla. Şübhəsiz, hədiyyəsi ən çox olan Sənsən, Sən”. Allahdan rəhmət istəmək çox əhəmiyyətlidir, müsəlman “Ya Rəbbim, bizə rəhmət ver” deyəcək.
“Hz. Musa dedi ki: Rəbbim məni və qardaşımı bağışla”. Sırf özü üçün dua etməyəcək, müsəlmanlar üçün də dua edəcək. Dua edərkən müsəlmanlara da duanı istiqamətləndirmək lazımdır. “Bizi rəhmətinə qat”, bax həmişə rəhmət. Rəhmət istəmək müsəlmanın əhəmiyyətli bir xüsusiyyətidir. “Sən mərhəmət edənlərin ən mərhəmətlisisən”. Allahın mərhəmətli olduğunu, Allahın gözəl əxlaqını Allaha söyləmək, dualarda əhəmiyyətlidir. Məsələn; “Ya Rəbbim, Sən çox mərhəmətlisən, bağışlayıcısan, mülkün sahibi Sənsən”. Duada bunlar əhəmiyyətlidir. Və, xüsusilə, Allahın rəhmət sahibi olduğunu ifadə etmək.
“Rəbbim, mənə Qatından tərtəmiz bir soy hədiyyə et. Doğrusu Sən, duaları eşidənsən” dedi. Məsələn, Allahın bütün gücünü, güc xüsusiyyətlərini ifadə etmək lazımdır. Məsələn; “gizlini bilərsən, gizlinin gizlisini də bilərsən, hər şeyin yaradıcısı Sənsən”. Bax “Rəbbim mənə Qatından tərtəmiz bir soy hədiyyə et”; deməli, lazım olduğunda; soy quruyacaqsa, soy yox olacaqsa, müsəlmanlara zərər gələcəksə, insan soyunun davam etməsini istəyir. Yoxsa müsəlmanda tarakan kimi çoxalmaq arzusu olmur. Deməli, zərurət olması lazımdır. Və o soyun tərtəmiz olması. Allaha həsr edilməsi; yəni uşağını Allaha həsr etməsi. Allah rizası üçün uşaq etmək.
Və zəruridirsə, müsəlmanların soyu kəsiləcəksə. İslamın gücü yox olacaqsa, təhlükə varsa istənilir. Bunun xaricində istənilmir. “İnsanlardan eləsi vardır ki; Rəbbimiz bizə dünyada mal ver, imkan ver deyər. Onun axirətdə nəsibi yoxdur”. Sırf dünya üçün istəyir. Amma Allah axirətdə nəsib etmərəm deyir. “Onlardan eləsi vardır ki; Rəbbimiz bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq ver, bizi atəşin əzabından qoru deyər”. Yəni axirəti əsas götürmədən dünya üçün dua olmur. Allah Quranda buna diqqət çəkmişdir. Deməli, müsəlman deyəcək ki, “Rəbbim, bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq ver. Bizi atəşin əzabından qoru”. Cəhənnəmdən Allaha sığınacaq. “Rəbbimiz, unutduqlarımızdan və yanıldıqlarımızdan ötəri bizi məsul tutma”. Məsələn, insan unuda bilər, onun üçün də Allahdan üzr istəyəcək. “Unutdum, nə edim” deməyəcək, Əstəğfirullah. Onun üçün də, Allahdan üzr istəyəcək, unutduğuna görə üzr istəmək bir nəzakətdir.
Səhv etdiyinə görə də Allahdan üzr istəniləcək. Yəni üzr istəniləcək. Əfv, üzr deyərkən əfv nəzərdə tuturam. “Və ya yanıldıqlarımıza görə”, çünki üzrdür, üzrünü bildirmiş olur. Orada bir səhv var, Allah bağışlasın. Amma əfvdə səhv var, onun bağışlanılması istənilir. “Yanıldıqlarımıza görə bizi məsul tutma”. “Rəbbimiz, bizə bizdən əvvəlkilərə yüklədiyin kimi ağır yük yükləmə”, müsəlman ağır imtahanlardan Allaha sığınacaq. “Rəbbimiz, özünə güc çatdıra bilməyəcəyimiz şeyi bizə daşıtma”. Mömin ağır imtahanlardan, ağır çətinliklərdən Allaha sığınacaq. “Bizi bağışla”, onsuz da Allah insanları ağır imtahanlarla sınamır. Hər kəsin qaldıra biləcəyi qədər yük verir. Allah ayədə də ifadə etmişdir, “Mən sizə qaldıra bilməyəcəyiniz yükü yükləmərəm” deyir.
Bu bir möcüzədir, Quranın bir möcüzəsidir. Heç bir insan qaldıra bilməyəcəyi bir yüklə qarşılaşmır. Halbuki insanın başına nələr gəlir nələr. Bir çox şey gələ bilər, dünyada heçkimin başına belə bir şey gəlmir. Qaldıra bilməyəcəyi bir yük ilə qarşılaşmırlar. Əsla olmur. Bu Allahın görünən, açıq möcüzələrindən biridir. “Bizi bağışla”, əfv çox əhəmiyyətlidir, “bizi bağışla, bizi əsirgə”, qoru, “Sən bizim Mövlamızsan, kafirlər birliyinə qarşı bizə kömək et”. Dinsizlərə, ateistlərə, darvinistlərə, materialistlərə qarşı bizə köməkçi ol. Bəqərə surəsi, 286; “Rəbbimiz bizi hidayətə çatdırdıqdan sonra qəlblərimizi azdırma”. Yəni insan hidayətə çatdıqdan sonra, namazında niyazında olar, amma aza bilər. Qəlblərinin azmaması üçün Allaha dua edəcək. “Və Qatından bizə bir rəhmət bağışla”. Bax Allahdan yenə rəhmət istəyir, rəhmət istəmək çox əhəmiyyətlidir.
“Şübhəsiz, hədiyyəsi ən çox olan Sənsən, Sən”. Məsələn, Allahın hədiyyə edən olduğunu ifadə etmək; bax, “hədiyyəsi ən çox olan Sənsən” deyir. Allahın bir xüsusiyyətidir, onu Allaha söyləyir. “Rəbbimiz, bizə endirdiyinə inandıq və elçiyə uyduq. Beləcə, bizi şahidlərlə birlikdə yaz”. Məsələn, Rəbbimiz bizə endirdiyin Qurana inandıq, elçiyə uyduq. Biz Axırzamanda nə deyirik, biz Mehdiyə uyduq, bərabərik, inşaAllah. “Beləcə, bizi şahidlərlə birlikdə yaz”. Müsəlman şahid olunan və şahid olan mövqeyində olur, inşaAllah. “Şahidlərlə birlikdə yaz”. Yəni biz məsələn, bir çox hadisəyə şahid oluruq. “Rəbbinin adını zikr et və hər şeydən özünü çəkərək yalnız Ona yönəl”, hər şeydən özünü çəkməsi, bayaq o mövzunu izah etdim, çox əhəmiyyətlidir. Yəni tam Allaha özünü buraxmaq, dünyaya uymamaq, dünyaya istiqamətli çətin, kompleks bir məntiqin içinə girməmək. Ürəyini tərtəmiz olaraq Allaha bağlamaq.
Allah“Çətinlik və ehtiyac içində olana Ona dua etdiyi zaman razılıq edəndir” deyir, Nəml surəsi 61-62. Çətinlik və ehtiyac içində olana Ona dua etdiyi zaman Allah razılıq edir. Qəbul edilmirsə onda bir xeyir vardır, Allah amma mütləq razılıq edər. İnsan savabını qazanar. Amma Allah etmirsə, xeyir vardır.”İnsansa xeyirə dua etdiyi kimi, şərə də dua etməkdədir. Allah “insan çox tələsəndir” deyir, tələsməyəcək. Allaha buraxacaq, təvəkkül edəcək. Xeyir zənn edib, şərə dua edir. Şər zənn edib xeyirə dua edir, xəbəri olmur, inşaAllah. Halbuki “şər zənn edərsən xeyir olar, xeyir zənn edərsən şər olar” deyir.
Allahdan daim xeyir istəyəcək, hər şeydə xeyir görəcək, inşaAllah. Məsələn, bəzən küfr əhli insanlar müsəlman əleyhinə bir şey zənn edir, məsələn azğın, müşrik adamlar, şər zənn edib müsəlmanlar əleyhində bir dua edir, o olur. Halbuki o, müsəlmanın lehinə olur, o da əleyhinə zənn edir, axmaq. Ona sevinir. Halbuki müsəlman daha güclənmiş olur. “Biz yalnız Sənə ibadət edər və yalnız Səndən kömək diləyərik”, yalnız Allaha dua etmək əhəmiyyətlidir, lakin bunu da ayrıca ifadə edir. Yəni Allahı tərifləmək, Allahın üstünlüklərini ifadə etmək duada çox əhəmiyyətli bir xüsusdur. Və rəhmət istəmək, Allahın rəhmətini istəmək çox əhəmiyyətlidir. Səmimi dua edilməsi çox əhəmiyyətlidir. Bununla əlaqədar bilirsiniz, Qurani-Kərimdə dua ilə əlaqədar internet saytımızda yerimiz var , www.harunyahya.orgda. Oradan qardaşlarımız bu mövzuları görə bilərlər, inşaAllah.