İçeriğe geç

(Quranın son surələrindən Axırzamana işarələr və həsədin yayılması)

Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından

ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adıyla. “De ki, səhərin Rəbbinə sığınıram. Yaratdığı şeylərin şərindən, qaranlığı çökdüyü zaman gecənin şərindən” ki, axırzamanda bütün dünyaya bir qaranlıq çökmüşdür, bilirsiniz. “Düyünlərə üfürən qadınların şərindən”. Məsələn, Axırzamanda bir çox qadın dərnəyini, din düşməni, belə dinə qarşı təcavüzkar, kommunist, faşist təşkilatlar olaraq qurdular.

Qadın fitrətinə heç uyğun olmayan düşüncələrlə onları  dəstəklədilər. Baxın Allah “düyünlərə üfürən qadınların şərindən” deyir. Eyni zamanda axırzamanda bir qisim qadınlardan dinə qarşı istifadə ediləcəyinə işarə edir. “Və həsəd etdiyi zaman həsəd aparanın şərindən”.

Məsələn, İslam ölkələrinin bərəkətinə, bolluğuna həsəd edirlər, xoşbəxtliyinə həsəd edirlər. İnancının mükəmməlliyinə həsəd edirlər. İnsanlar bir çox şeyinə həsəd edir. Və bunun nəticəsində də hadisə çıxardırlar. Amma Axırzamanda insanlarda ikinci tərəfiylə ən dəhşətlisi budur. Məsələn, avtomobil alır, insanlara həsəd etdirmək üçün alır. Həsəd etdirmək üçün paltar alır. Məsələn, həsəd etdirmək üçün evlənir. Məsələn, xanımını açıq-saçıq aparır millətə göstərir, həsəd etsinlər. Məsələn, toy edir, millət həsəd etsin deyə toy edir. Adamlar qısqansın, həsəd etsin, narahat olsunlar. Yəni adam məndə yoxdur, onda var, mən buna  dözə bilmirəm, deyəcək.

Əziyyət çəkəcək. Həsəd ağrısı çəkəcək, o da ondan zövq alacaq. Məsələn, son model avtomobili olur, ən görünən bir yerdə, məsələn kafenin qarşısında qoyur.  Belə mənim gözəl avtomobilim var, için açılsın xoşunuza gəlsin deyə qoymur. Mən belə zənginəm, həsəd edin, canınız yansın deyə qoyur. Həqiqətən, həsəd edicilər də hazırdırlar. Bu, Axırzamanın bir bəlasıdır. Məsələn, həsəd etsinlər deyə ev tikdirir, həsəd etsinlər deyə lüks vəsaitlərdən istifadə edir. Axırzamanın bu bəlasına Quran diqqət çəkmiş olur. Həsəd etdiyi zaman “həsəd edənin şərindən, düyünlərə üfürən qadınların şərindən”. Məsələn, Axırzamanda həmişə falçılıq, cadugərlik, kahinlik və s. artdı. Quran eyni zamanda buna işarə edir, bunlar artacaq, belə fitnə ətrafı bürüyəcək. Hara baxsaq, qəzetlərdə jurnallarda, fal, cadu, kahinlik. Kinolara baxırıq, filmlərə baxırıq yenə cadu üzərində qurulub. Quran da Axırzamanda belə bir bəlanın yayılacağını və, xüsusilə, bunun qadınlar arasında da məşhurlaşacağını göstərir. Çünki qadınların bir qismi evdə qaldıqlarına görə öz aralarında belə şeylərə daha maraq duyurlar.

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz