İçeriğe geç

Quranın son surələrindən Axırzamana işarələr və raketlərlə əlaqədar şərh

Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından

ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adıyla, “Arxasınca qeybət edən, qaş-göz hərəkətləriylə lağ edən hər adamın vay halına”. Şeytandan Allaha sığınıram. Bu axırzamanda lağlağanın yayılacağı, axırzamanda lağlağa çox geniş yayılmışdır; Quran buna işarə edir. “Ki o mal yığan və onu saydıqca sayandır”. Allah kapitalizmin hakim olacağı dövrə diqqət çəkir. “Həqiqətən, malının onu əbədi edəcəyini sanır”. Zəngin olan bir qisim kapitalistlərin necə heç ölməyəcəkmiş kimi  bir üslubla danışdığını hamımız görürük, deyilmi? Əlbəttə, baxın deyir ki, “malının onu əbədi edəcəyini sanır” deyir. Həqiqətən, sanki heç ölməyəcək kimi üslubu var. “Xeyr, and olsun o hütəməyə atılacaq. Hütəmənin nə olduğunu sənə bildirən nədir? Allahın alovlandırılmış atəşidir. Ki o ürəklərin üstünə dırmaşıb  çıxar. Ki o, onların üzərinə kilidlənəcək. Tikilib yüksəldilmiş sütunlarda”. İndi bunun Quranda açıq bir mənası var, amma işarəvi məna olaraq baxdığımızda, məsələn, raketlərə baxırıq tikilib yüksəldilmiş bir sütun şəklində olur. Raketlər dik olur, deyilmi? O onların üzərinə kilidlənəcək. Bilirsən, raketlərin bir kilidləmə sistemləri var, elektronik kilidləmə sistemi. Komputerdə hədəf təyin olunur, hədəfə kilidlənir, raket düyməni basan kimi o kilidlənən hədəfə doğru gedir. Deyilmi? Baxın, o onların üzərinə kilidlənəcək deyir. “Ki o ürəklərin üstünə dırmaşıb çıxar”. Məsələn, ürək insanlarda olur. İnsanların üstündə dırmaşıb çıxan yuxarıya doğru yüksələn bir quruluşdan bəhs edilir. Və alovlandırılmış atəş də var. Yəni bu, raketin bir xüsusiyyətidir. Deyilmi? Ayə bu mövzulara da işarə edir. Yəni diqqətli baxdığımızda Axırzamana işarə etməsi ilə yanaşı, əbcədləri cəhətdən bu tərəfi də var, amma, əlbəttə ki, bu əslində qiyamətdə cəhənnəmdə olan əzabı izah edir. “Allahın alovlandırılmış atəşidir, o ürəklərin üzərinə dırmaşıb çıxar”. İçəridən insanları yandıran bir atəşdir. O insanın üzərinə kilidlənir, insanı buraxmır. Və sütunlara bağlı olaraq, inşaAllah. Amma bir tərəfiylə də bu olur. Bu mənanı verir, inşaAllah.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz