Adnan Oktarın 24 dekabr 2009-cu il tarixli Çay TV və Maraş Ağsu TV müsahibəsindən
Adnan Oktar: Şeytandan Allaha sığınıram, Ənam surəsi, “De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” Məsələn, bəzən xərçəng xəstəliyinə tutulur dua edir keçir, birdən azır yenidən nizamı pozulur. Və yaxud bir qəzaya uğrayır, dua edir yol qəzasını dəf edir.
Bu şiddətli ərköyün bir haldır. Halbuki insanın başına belə bir şey gəldiyində Allaha daha şiddətli, daha qərarlı dönər. Amma bəzi kəslər tam tərs bir rəftar göstərərlər. “De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz””. Mən xilas oldum deyir, elə gözüaçıq, cəld idimki qurtuldum deyir. Çox yaxşı bir həkim tapdım deyir, yaxşı da pul verdim məqsədəuyğun xəstəxananı tapdım, məni qurtardılar deyir. Halbuki onu Allah qurtarar, ən yaxşı xəstəxanaların meyitxanaları doludur. Yəni hara xilas olursan, elə deyilmi? Hər gün oradan insan ölüsü çıxır.
Ənam surəsi, 82-ci ayə: “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” İman ediləcək, amma zülmlə qarışdırılmayacaq, məsələn iman edir, amma əxlaqsızlıq edir, zülm edir, insanları tərsləyir. Allaha şükür edir, Allahdan bəhs edir, hətta namaz qılır, amma zalımdır. Quran buna işarə edir. Allah, bunu etməyəcəksiniz deyir. 90-cı ayədə “Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir”. Allahın Hadi adı ilə təcəlli etdikləri, yəni mehdiyətə işarə edir.
Hadi Mehdi ilə eyni söz kökləridir, “Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get”, yəni onların hidayətə vəsilə olmasına uy, Mehdiyə uy mənasına da gəlir. Bir istiqamətiylə ayənin bir işarəsi də budur. “De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm””. Bax bu çox önəmlidir. “Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır”. 88; “Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı”. Allah şirki bağışlamır. İnsan bir şey etdiyində mən etdim deyil, Allah etdi deməlidir. Məsələn alnımın təriylə bunu qazandım deyir, onu sənə Allah qazandırır. Alnının təriylə deyil, alnının tərini də Allah yaradar, elə deyilmi? O sözü də sənə Allah dedirdər inşaAllah.
Yaxşı, bir səhifə də mən açım, Bismillah ya da bir daha sən aç. Şeytandan Allaha sığınıram. Ənam surəsi, 20; “bizim özlərinə kitab verdiklərimiz” Əhli Kitab “onu” Peyğəmbərimizi “uşaqlarını tanıdıqları kimi tanıyarlar”. Niyə tanıyırlar? Çünki onlarda məlumat var idi. Bizim hədisi şəriflərimiz necə? Hədislərdə Mehdi necə təsvir edilir? Qaşı, gözü, boyu, o zaman onlar da məlumata sahib idilər. Gələcək peyğəmbəri bilirdilər. Baxın bu çox əhəmiyyətlidir, hamısı əhəmiyyətlidir, lakin bu da çox əhəmiyyətlidir. “Bizim özlərinə kitab verdiklərimiz onu, peyğəmbəri uşaqlarını tanıdıqları kimi tanıyarlar” anladıqları halda anlamazlıqdan gəlmişlər. İndi Mehdi də elədir.
İnsanlar Mehdini uşaqlarını tanıdıqları kimi tanıyacaqlar, amma anlamazlıqdan gələcəklər. Çünki qaşı, gözü, boyu, hərəkətləri, harada ortaya çıxacağı, nə edəcəyi yüzlərlə hədisi şəriflərlə təsvir edilmiş, yəni insanların robot rəsmi çəkildiyi kimi, məsələn təsvir etsən polis laboratoriyalarında çəkilər. Məsələn itkin bir insan olur, onun robot rəsmi çəkilir. Məsələn robot rəsmi çəkilsə insanların yaddaşında tam məlumdur, harada çıxacağı məlumdur, işləri məlumdur, lakin buna baxmayaraq 313 nəfərə qədərdir, az sayda insan Mehdiyə tabe olacaq. 23; “Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq.”
Axirətdə biz müşriklərdən deyilik deyərlər. Qardaşım sən hər şeyi edirəm demirdin? Elə deyilmi? Bir şey olduqda hər şeyi mən etdim, Allah etmədi mən etdim demirdin? Məsələn, uşağı olur onu da mən etdim deyir. Allah Allah. Yaxşı pulu kim qazandı? Onu da mən etdim deyir. Allah nə etdi deyildiyində? Allahın nə etdiyinə inanırsan? Allah heç bir şey etmədi hamısını mən etdim deyir. Amma Allaha da inanıram deyir. Məhz bu müşrikdir. Ondan sonra da deyir ki, mən nə etdim ki? İnsan hər şeyin Allahdan olduğunu bilməlidir. 24; “Gör onlar özlərinə qarşı necə yalan deyirlər”. Allah, yalan danışırlar deyir, və “… Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!” Bütün malları-mülkləri xəyal olmuş olur. Heç bir şeyi qalmamış olur.