İçeriğe geç

Kəhf surəsi, 56-57 (Axırzamana işarələr və diri görünüb ölü olan insanlar)

Adnan Oktarın 21 noyabr 2009-cu il tarixli Kral Qaradəniz və Kanal Urfa müsahibəsindən

 

Adnan Oktar: “Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk”. Bu ayənin əbcədi əsrimizə işarə edir. Bununla yanaşı Mehdiyə də işarə edir. Çünki Kəhf surəsi Mehdi ilə əlaqəli bir surədir. Peyğəmbərimiz axırzamanda Əshabu-Kəhfin Mehdinin köməkçiləri olduğunu bildirmişdir. Bu nə deməkdir? Kəhf surəsi və Mehdi iç-içədir. “Kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər”. Bu da kimdir? İddia edilən Ergenekon Təşkilatı, yəni dəccaliyət. “Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. Rəbbinin ayələri yadına salınarkən …”. Məsələn, biz də, ayələri xatırladırıq. “Onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər?” Üz döndərir məsələn, izah edirsən, amma dinləmək istəmir. Öz işinə baxmaq istəyir. “Əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər?” Məsələn, yaxşılıqlar da etmiş, amma onları da unutmuş, gözəl ibadətləri olmuş, gözəl hərəkətləri olmuş onlardan da imtina etmiş. “Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik”. Bu mütəşabeh deyil. Allah bu insanları anlamayacaq, qavramayacaq şəkildə yaradır. Yəni “ölüdürlər” deyir. Allah: “Siz onu diri zənn edərsiniz” deyir. Allah onsuz da mövzuya açıqlıq gətirir, yəni bunlar yeriyən ölüdürlər. “Qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər”. Bax Allah, “heç vaxt” deyir. Yəni sonsuza qədər belə yaradılmış, xüsusi yaradılmış. “Qulaqlarına da tıxac vurduq” -deyir. Qulağı xüsusilə bağlanılmış, dinləmir, anlamır. “Rəbbin Bağışlayandır, mərhəmət sahibidir”. Bəli, müsəlmanlar elə olacaqlar, Allahın əxlaqıyla əxlaqlanacaqlar, bağışlayıcı olacaqlar, gözəl əxlaqlı olacaqlar.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz