Header

Nisa surəsi; 142 (Münafiqlər təqvalı müsəlman görünüşünə diqqət yetirər)

Aa4a

Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (2 noyabr 2010)

Quran2ADNAN OKTAR: Nisa surəsi 142 “Həqiqət budur ki, münafiqlər (guya)” özlərinə görə, “Allahı aldadırlar.” İşi gücü təqvalı müsəlman görünüşüdür münafiqin, Allah buna diqqət çəkir, “münafiqlər guya Allahı aldadırlar.” İndi guya aldatması elə yüngül bir şey deyil. Təkkəsi, təsbehi, saqqalı, üslubu, danışığı və s, yəni baxan, qardaşım bu elə bir dindardır ki, görülmüş deyil, müqayisə edilə bilməz, çox dindardır, deyir. Münafiqin ən diqqət yetirdiyi mövzu budur, görünüşə çox diqqət yetirər, onu diqqət mərkəzində saxlayar. “Halbuki O, onları aldadandır.” Allah onları aldadır, deyir. Onlar Allahı aldatmazlar, Allah onları aldadar. Çünki axmaqdır, dinsizdirsə, dinsiz yaşaması normaldır, özünü o acının içərisinə salır, Allah o acıyla bəlasını verir. Allah onu aldadır, onları aldadır, deyir. Çünki dərhal küfr olsa, bu qədər əziyyət çəkməyəcək, münafiq olduğu üçün müqayisəsi olmayacaq şəkildə əziyyət çəkir.

“Namaza qalxdıqları zaman, istəksizcə qalxarlar.” Münafiq tək olduğunda namaz qılmaz. Əgər evdə heç kim yoxdursa, yəni kimsənin görməyəcəyindən əmindirsə, namaz qılmaz. Amma biri varsa, kimlərsə varsa, çox təqvalı görünər. Onun üçün Allah ona diqqət çəkmişdir, “namaz qıldıqları zaman istəksizcə qalxarlar.” İlk qaldırdığında qalxar həqiqətən, amma içində fövqəladə bir qəzəb və nifrətlə. Məsələn, səhər oldu namaza qalxaq deyərsən, Allah razı olsun deyər məsələn, salavat gətirərək qalxar. Amma içindən ağır təhqirlər edərək, əcaib bir nifrətlə qalxar.

İçindəki iztirabı Allah ifadə edir, fövqəladə bir nifrət olar. Yoxsa namaza qalxır, qalxmırlar Allah demir, qalxır amma nifrətlə qalxır. “İnsanlara nümayiş etdirərlər,” baxın, bu ən mühüm cəhətlərindən biridir. Cibində təkkəsi, əlində təsbehi, dualar, şifahi olaraq da məsələn, həmişə nəsihətlər edər: Namussuza diqqət yetirin, namazlarınızı qılın, ədəbə, üsluba diqqət yetirin. Tək söyləmədiyi nədir bilirsinizmi? İslam Birliyi və mehdiyyət. Münafiqi orada tuta bilərsiniz, yoxsa ibadət cəhətində tuta bilməzsiniz. Orada, o, hətta namazların daha da çox qılınmasını müdafiə edər. O hətta beş vaxt da azdır deyər, inşaAllah.

Gecə-gündüz namaz qılar. Məsələn, səhərə qədər namaz qılıram, deyər. Səhərə qədər təsbeh çəkirəm, deyər. Səhərə qədər Quran oxuyuram, deyər. Onlarda bir şey yoxdur. İslam Birliyini istəməz, çünki İslam Birliyi onun ölümü deməkdir. Mehdi (ə.s) demək, Mehdi (ə.s) onsuz da onu yandıracaq bir gücdür, Mehdi (ə.s) onun üçün atəşdir. Mehdi (ə.s)-dan münafiqlər onun üçün nifrət edər. “İnsanlara göstərişlə edərlər,” münafiqin böyük göstəriş qabiliyyəti vardır, onun üçün münafiqlər təsirli olarlar. Daha təqvalı görünərlər, daha diqqətli kimi görünərlər. Bədiüzzamana qarşı mübarizədə münafiqlər daha təsirli olmuşlardı. Onun üçün Bədiüzzamanın tələbələri çox az oldu, sayları çox az oldu. Yoxsa Bədiüzzaman bütün Türkiyəni əhatə edərdi. Bədiüzzamanın münafiqlərin vuruşuyla gücü azaldı, amma təbii ki, xeyir vardı, qədəri elə idi. Məsələn, Mehdi (ə.s)-ın da tələbələrinin az olmasının səbəbi münafiqlərdir. Münafiqlərə görə az olacaq. Amma çox olması, onsuz da qədərdə Allahın bir planıdır, çox olsa mehdiyyət vəzifəsini görə bilməz, az olması lazımdır. Az olması üçün Allah münafiqlərə vəzifə verir.

Münafiqlər qədərdə o ledün elmidir, Allahın ledün elmidir, o vəzifələrini etmiş olurlar. Məsələn, münafiqlər Mehdi (ə.s)-ın çox savab qazanmasına səbəb olurlar. Mənəvi mövqeyinin yüksəlməsinə səbəb olurlar. Mehdiyyət mövqeyinin şanının genişlənməsinə səbəb olurlar. “Allahı ancaq çox az xatırlayarlar” çox məcbur olsa, nümayiş etməsi lazım olduğunda Allahı xatırlayar. Münafiqlər ondan başqa Allahı xatırlamazlar, yəni vəziyyətə görə. Ümumiyyətlə də, münafiqlərin yanında yaşadıqları üçün Allahı çox az xatırlayırlar, lakin onlar münafiqlərə də nümayiş edər.

Lakin az da olsa, onların yanında Allahı xatırlayarlar, üsulla. Yəni tamamilə dinsiz görünməmək üçün, münafiq münafiqə oyun oynayar. Amma müsəlmanların yanında çox andıqlarını görürük, çünki “insanlara nümayiş edərlər” ayədə deyir. Amma vəziyyət uyğun olduğunda da az xatırlayırlar. Əgər elə-belə adamlar varsa, onların yanında da az xatırlayırlar. Tək ikən də heç xatırlamırlar. (Nisa surəsi 142) Çünki münafiqlər ümumiyyətlə, koloniya halında yaşayarlar. Münafiqlərlə iç-içə yaşayarlar, amma münafiqlərdən də nifrət edərlər. Lakin münafiqlər bir araya gəldiyində, mütləq bir-birlərinə müsəlman olduqlarını vurğulamaq vəziyyətindədirlər. Münafiqlər bir-birindən şübhə edərlər, yəni bir-birlərinin namərd olduğuna inanarlar. Bütün münafiqlər bir-birlərinin alçaq olduğuna inanarlar. Yəni şiddətli nifrət olar, onun üçün hər ehtimala qarşı az da olsa Allahı xatırlayarlar. Lakin, içlərindən gəlməyərək, narahat olaraq da olsa xatırlayarlar. Yığıncaqlarını görə bilən olsa anlayar. Yəni bu dəqiq belədir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313