Header

(İnsan öldüyü an başqa aləmə alınar. Artıq o aləmdən bu aləmə keçə bilməz.)

Aa4a

ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI REPORTAJI (13 DEKABR 2010)

ADNAN OKTAR: Bismillahir-rəhmənir-rəhim, bir səhifə açaq. Muminun surəsi, 96-cı ayə. “Pisliyi ən gözəl olanla uzaqlaşdır; Biz, onların aid etdikləri sifətləri daha yaxşı bilirik.” Pisliyi ən gözəl olanla necə uzaqlaşdırarsan? Elmlə, məlumatla, sevgiylə izah edərək, razı salaraq. Biz nə edirik? Eynisini edirik. Ən gözəl olanla; söyüşlə, qışqırıqla deyil. “Və de ki: “Rəbbim, şeytanın vəsvəsələrindən Sənə sığınıram.”” Şeytan münafiqlərə vəsvəsə verər, dəccala vəsvəsə verər, xurafatçılara vəsvəsə verər. “Onlardan sənə sığınıram, Ya Rəbb” deyirik. Müsəlmanın şəxsən özünə də şeytan mənfi istiqamətdə vəsvəsə verə bilər, hamısından Allaha sığınacağıq.

“Və onların mənim yanımda olmalarından da Sənə sığınıram, Rəbbim.” Yəni iblis ordusu, iblisin və iblisat. Müsəlmanlara dəccalın işçilərinin yanaşması; necə olar? İnternetdən yanaşar, başqa kanaldan yaxınlaşar, qəzetlərdən yaxınlaşar, evinə yaxınlaşar, deyilmi? Televiziya kanallarında müsəlmanların əleyhinə fəaliyyət göstərər. Darvinizmi, materializmi izah edər, ateizmi izah edər. “Hamısından Sənə sığınıram” şəklində müsəlman dua edir. “Sonunda, onlardan birinə ölüm gəldiyi zaman, deyər ki: “Rəbbim, məni geri qaytar.”” Ölüm gəldiyində küfr hər dəfə bunu söyləyir. Mələklər canını almağa gəlincə anlayır. Məsələn, döyərək canını alırlar. Qışqırır; “məni geri qaytarın” deyə, “mən rəftarımı düzəldəcəyəm” deyir. Yəni “belə əxlaqsızlıq etməyəcəyəm” deyir. “Darvinizmə, materializmə inanmayacağam. Allahın bir olduğuna inandım. Məni geri qaytarın, müsəlman olduğumu göstərmək istəyirəm” deyir.

“Ki, geridə buraxdığım (dünya)da saleh əməllər edim.” “Səmimiyyətimi göstərim” deyir, “dönüb yaxşı bir insan olduğumu göstərmək istəyirəm, mənə vaxt verin” deyir. Allah deyir ki, bax, cavabı belədir, tək bir söz söyləyir Allah; “əsla” deyir Allah. Reinkarnasiyaçılar var; “dönərik”, “belə olarıq, belə olarıq”, “geri gəlirik.” Elə bir şey yoxdur. Bax, Allah nə deyir? “Əsla.” Əsla nə deməkdir? Qeyri-mümkündür. “Həqiqətən bu, yalnız bir sözdür, bunu da özü söyləyir. Onların önlərində, dirildilib qaldırılacaqları günə qədər bir maneə (boğaz) vardır.” Bax; “Onların önlərində, dirildilib qaldırılacaqları günə qədər bir maneə (bərzax) vardır.” Bir aləmlə bağlanılmışdır. Çünki başqa aləmə alınmışdır. Öldüyü an başqa aləmə alınır. Artıq o aləmdən bu aləmə keçə bilməz. O bərzaxı keçə bilməz, mümkün deyil. O, artıq o aləmin içində diriləcəyi günə qədər qalır.

Bankoboev.Ru Koran Svyaschennaya Kniga Musulman“Beləcə Sura üfürüldüyü zaman artıq o gün aralarında soylar (və ya soy əlaqələri) yoxdur.” “Hansı millətdənsən? Türksən mi, kürdsən mi, çərkəzsən mi, lazsan mı? Allah bu, artıq yoxdur deyir. “Və (üstünlük məqsədiylə soyu və ya bir-birlərinə vəziyyətlərini) araşdırmazlar.” Yəni; “sənin vətənin haradır? Sən hansı eldənsən, hansı kənddənsən? bunu da araşdıra bilməzlər” Allah deyir.

“Bunu soruşmağa gücləri çatmayacaq” deyir Allah. “Artıq kimin çəkisi ağır olsa, məhz onlar qurtuluşa çatanlardır ” Yalnız buradakı “sur” deyilincə insanların həmişə ağlına, “bir kiçik boru vardır” kimi, o, Allahın qatında xüsusidir; o zaman gördüyümüz vaxt anlayacağımız həqiqətlər. Məsələn, heç ümid etmədiyimiz bir şeylə qarşılaşa bilərik, heç təxmin etmədiyimiz. Amma Allah ona “sur” demişdir. “Sura üfürüldü.” Məsələn, o hadisənin olması sura üfürülmə olmuş olur. Məsələn, deyir ki; “tərəzisi ağır olsa”. İndi “tərəzi” deyincə adamın ağlına nə gəlir? “Tərəziyə mi çıxacağıq?” deyər. O deyil. Günahları və savabların nisbətlənməsinə tərəzi deyilir, ölçülməsi. Yoxsa qram, dirhəm filan; o tərz bir şey deyil.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313