Adnan Oktarın Kaçkar TVdəki canlı reportajı (2 Noyabr 2010)
ADNAN OKTAR: Bəqərə surəsi, 8 “İnsanlardan elələri vardır ki: “Biz Allaha və axirət gününə iman etdik” deyərlər; halbuki, inanmış deyildirlər.” Bax, sırf Allaha iman etdik demir, axirət gününə də iman etdik deyir. Bu nə deməkdir? Çox əhatəli olaraq özünü müsəlman göstərir. Yəni sünnət-i səniyyəyə tam bağlanmış, əxlaq dərsi verən, bu doğrudur, bu yanlışdır deyən insanlar tərzindədirlər. “Halbuki, inanmış deyildirlər” deyir Allah. Dinsizdirlər, mənşəyində dinsizdirlər. “(Dildə) Allahı və iman edənləri aldadarlar”. Allahı da aldatdığını zənn edir axmaq, iman edənləri də aldatdıqlarını zənn edirlər. Amma bir qisim müsəlmanları da həqiqətən, inandıra bilərlər, bəzi kəsləri inandıra bilərlər, amma təbii ki, aldada bilməzlər. Çünki mütləq Allah yalanlarını ortaya çıxarır. “Halbuki onlar, yalnız özlərini aldadırlar və şüurunda deyildirlər.”
Bax, münafiqlərin özlərini razı salma xüsusiyyəti var, yəni özünə həqiqətən, inanır. Elə izah edir ki, elə axmaqlığı var ki, özü də özünə inanır. Bax, özlərini aldadırlar, deyir. Bir insanın özünü aldatması çox çətindir. Münafiqin belə bir qabiliyyəti var, özünü aldatma qabiliyyəti var. Bax, həm müsəlmanları aldatdığını zənn edir, amma öz yalanına, öz saxtakarlığına özü də inanır. İnanmadığı halda özünü övliya kimi göstərir. “Və şüurunda deyildirlər” deyir Allah. Deməli, şüurlarında pozuqluq var, münafiqlərin xəstə şüurları var. Onun üçün belə klassik axmaq və sürpriz insanlardır, belə manyak kimidirlər, münafiqi anlamaq mümkün deyil.
Bax, Quranda buna diqqət çəkmişdir Allah; “şüurunda deyildirlər.” Şüurlarında bir problem var, çünki öz yalanlarına özləri də inanırlar, öz saxtakarlıqlarına özü də inanır. Bu normal bir insanın edə biləcəyi bir şey deyil. Allah deyir ki: “Ürəklərində xəstəlik vardır,” Allah onlardakı ruh xəstəliyini izah edir. Ürəklərindəki xəstəlik, ruh xəstəliyi, bilinməyən bir xəstəlikdir. Münafiqlərə xas bir xüsusiyyətdir, qəribə bir şeydir. Yəni bu, şizofreniya kimi yaxud, paranoya kimi filan bir xəstəlik deyil, Allahın bildiyi bir xəstəlikdir. Bununla əlaqədar bir iş görülmüş deyil. Bəzi ağıl xəstəlikləri vardır təsbit edilə bilməmişdir, bilinmir.
Bu insanların tibbi üsullarla tapa bilməyəcəyi bir xəstəlikdir. “Ürəklərində xəstəlik vardır” deyir Allah. “Allah da xəstəliklərini artırmışdır.” Deməli, münafiqlik addım-addım getdikcə güclənən bir xəstəlikdir. Dozası artan bir xəstəlik olduğunu anlayırıq, sabit bir xəstəlik deyil. Məsələn, şizofrenlərdə sabitlik vardır, amma bunda münafiqin psixopatlığı və manyaklığı, anormallığı getdikcə artar. Allah buna diqqət çəkmişdir. “Yalan danışdıqlarına görə”. Münafiq həmişə doğru görünüşündə yalan danışar. Yəni yalan görünüşündə deyil, ilk baxan anlaya bilmir. Çünki deyir ki, Allah; “söylədiklərində dinləyərsən.” Qəlibləri də, cisimləri də xoşuna gələr deyir. Malı, mülkü, görünüşü anormaldır, yəni insanı çox təəccübləndirən bir görünüşü olmur. Görünüşü məqbul kimi görünür.
Bax; “yalan danışdıqlarına görə onlar üçün acı bir əzab vardır.” Münafiq şeytanı bir zəkaya sahib olduğu üçün möhtəşəm yalan danışma qabiliyyəti olur, onu ona calayar, bunu buna calayar. Lakin “şüurunda deyildirlər” deyir, şüuru bağlı olduğu üçün əlaqələri qura bilməz. Məsələn, axmaqca söylədiyi söhbətin, digər bir söhbətlə zidd olduğunu fərq edə bilmir, yəni axmaqlığını oradan anlaya bilirsən. Məsələn, İslam Birliyini istəməz, Türk-İslam Birliyini istəməz, amma İslamdan bəhs edər. Mehdiyyətə kin duyar, amma eyni zamanda da təqvadan bəhs edər.
İsa (ə.s)-ın enməsini istəməz, amma İsa (ə.s)-ı müdafiə edirmiş kimi, başqa peyğəmbərləri müdafiə edirmiş kimi danışar. Amma münafiq təsbitində, baxın, sizə söyləyim, münafiqin əsla qaça bilməyəcəyi bir şey vardır, münafiq İslam Birliyini istəməz. Bu Cübbəlini filan bunları tənzih edirəm, adlarını verdiyim kəslər, onları tənzih edirəm, onlar tamam ayrı bir aləmdir, onlarınkı cahillikdəndir. Amma münafiqi təsbit etmək istəyirlərsə ən həssas olduqları damar İslam Birliyidir, ondan çox qaçarlar, narahat olarlar. İkinci mehdiyyətdir. Münafiqi Mehdi (ə.s) sözü yandırar, qovurar, pərişan edər. Münafiqi qəzəbləndirmək istəyənlər Mehdi (ə.s) desinlər, Mehdi (ə.s), Mehdi (ə.s), Mehdi (ə.s). Əcaib canını yandırar, yəni şeytanın ən böhrana düşdüyü sözlərdən biridir, Allahın “Hadi” adının təcəllisidir.
Çünki dəccal Allahın “Hadi” adına qarşı mübarizə aparar. O dəlalətə salan adın üzərində dayanar, dəlalətə salmaq üçün məşğul olar. Mehdi (ə.s) və Allahın “Hadi” adı münafiqləri və dəccal tərəfdarlarını yandırar, qovurar. Onun üçün Mehdi (ə.s) sözünü heç eşitmək istəməzlər. Münafiqi qəzəbləndirmək istəyən Məhəmməd Mehdi (ə.s) desin, Məhəmməd Mehdi (ə.s) çox canlarını yandırar, böyük iztirab verər, yəni olan şüurları da gedər, çox canlarını yandırar.
Bax, onları qəzəbləndirmək istəyirlərsə, mən onlara açar söz söyləyirəm. Dərhal rəngi ağaracaq, bax, söyləsinlər münafiqlərin yanında, əcaib sıxılar. Danışığı filan pozular, boş-boş danışmağa başlayar, tarazlığı pozular. Necəsən, yaxşısan mı deyərkən bir ara, mən Məhəmməd Mehdi (ə.s)-ı çox sevirəm, Mehdi (ə.s)-ı gözləyirəm, Mehdi (ə.s) gəldi, inşaAllah deyərsən, münafiqin ağzı-burnu bir tərəfə gedər, çox canı yanar. Heç eşitmək istəmədiyi sözdür, maşaAllah. Bax, bir sirr verirəm, İslam Birliyini əsla istəməz, Türk-İslam Birliyini əsla istəməz. Münafiqin canını yandırmaq müsəlman üçün onsuz da bir vəzifədir. Münafiq müsəlmanların düşmənidir. Qəzəbləndirmək istəyirsinizsə, belə edəcəksiniz, inşaAllah.