İçeriğe geç

Məryəm surəsi; 12-33 (Gözəl, hikmətli, əsaslı danışmaq çox məqbuldur)

Adnan Oktarın 18 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Məryəm surəsi 12-ci ayə, “(Uşağın doğulub böyüməsindən sonra ona dedik ki:) “Ey Yəhya, Kitabı möhkəm tut.” Daha uşaq ikən ona hikmət verdik.” Mehdi (ə.s)-a uyğun şərh etsək;  “Ey Yəhya, Kitabı möhkəm tut.” Qurana qüvvətlə sarıl, “daha uşaq ikən ona hikmət verdik.” Deməli, inşaAllah uşaqkən hikmət verilməsi çox məqbuldur, deməli, gözəl danışmaq, hikmətli danışmaq əsaslı danışmaq çox məqbuldur. “Qatımızdan ona bir sevgi həssaslığı və təmizlik (də verdik).”

Axırzamana işarə edən yönüylə, hz. Mehdi (ə.s) çox sevgi həssaslığı olan bir insan olacaq. Sevgidən çox zövq alan, sevməkdən, sevilməkdən çox zövq alan bir insan olacaq və çox təmiz olacaq. Bütün müsəlmanlar kimi çox təmiz olacaq. “O, çox təqva sahibi biriydi.” Hz. Mehdi (ə.s) da  çox təqva sahibi bir insan olacaq, inşaAllah. “Ona salam olsun; doğulduğu gün, öləcəyi gün və diri olaraq yenidən-qaldırılacağı gün də.” Eyni şəkildə Allahın hz. İsa (ə.s)-a da buna bənzər bir xitabı var. Sonra hz. İsa (ə.s)-ın doğumuna diqqət çəkilir. “Beləliklə, ona hamilə qaldı, sonra onunla kimsəsiz bir yerə çəkildi.” İyirmi iki, iki və iki hz. İsa (ə.s)-ın doğumuna işarə edən bir ayədir, inşaAllah.

“Deyərkən doğum sancısı onu bir xurma budağına tərəf apardı. Dedi ki: “Kaş ki, bundan əvvəl ölsəydim, yaddaşlardan silinib unudulsaydım” Şiddətli sancı və ağrıya görə, bir də böhtanlar var, üstünə çox gəlinmiş, ağır təhqirlərə məruz qalmış, o böhran içində belə bir ifadə işlədir, təbii ki, bu bir zəllədir (peyğəmbərlərin səhvləri), inşaAllah. “Altından (bir səs) ona səsləndi: “Hüznə qapılma, Rəbbin sənin alt (yan)ında bir arx yaratmışdır.’” Allah ona vəhy edir. “Xurma budağını özünə doğru yellə, üzərinə təzə xurma tökülsün.” Təzə xurma çox ləzzətlidir, gözəl bir yeməkdir. Çox faydası var, Allah ona diqqət çəkmişdir. “Hüznə qapılma,” baxın, kədərlənməyi haram edir Allah, hüznə qapılmağı qadağan edir. “Rəbbin sənin alt (yan)ında bir arx yaratmışdır.”

İndi bu arx nəyi izah edir, xurma ağacı nəyi izah edir, bunları zamanla daha çox görəcəyik, inşaAllah. Məsələn, “Qaf” şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adıyla.  “Qaf, He, Ye, Ayn, Sad.” Bunların da mənalarını inşaAllah Allah bizlərə açıqlatdırar. Hz. İsa (ə.s) ayədə 33-cü ayədə; 33 yaşında göyə alınmışdır bilirsiniz. 33 yaşında yerə enəcək, yenidən yer üzünə enəcək; indi dünyadadır, inşaAllah. “Salam üzərimədir; doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən-qaldırılacağım gün də.” Ayənin birinci əbcədi 1987, ikinci əbcədi 2007, üçüncü əbcədi 2057 tarixini verir.

“(İsa) Dedi ki: “Şübhəsiz mən Allahın quluyam. (Allah) Mənə kitabı verdi və məni Peyğəmbər etdi.” 1410-1412-1462 tarixlərini verir, hicri  1410-1412-1462. Məryəm surəsi 40; “Əlbəttə, yer üzünə və onun üzərindəkilərə Biz varis olacağıq” Allah dünya hakimiyyəti meydana gətirəcəyəm, deyir. Baxın, “Əlbəttə, yer üzünə,” “əlbəttə” mütləq “yer üzünə”; yer üzü nə deməkdir? Bütün dünya, “və üzərindəkilərə” yəni nə varsa, insanlar, əşyalar, dövlətlər hamısına “üzərindəkilərə Biz varis olacağıq.” Hakim olacağıq, deyir Allah. “Və onlar bizə qayıdacaqlar”, deyir. Bu ayənin əbcədi də 1992 tarixini verir miladi, tam olaraq 1992.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz