Header

Muminun surəsi; 1 (Allah üçün hər şeyini vermək çox gözəl bir rəftardır)

Aa4a

Adnan Oktarın 6 fevral 2011 Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən

Quran KarimADNAN OKTAR: Muminun surəsi, Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Möminlər həqiqətən nicat tapmışdır. Onlar namazlarında huşu içində olanlardır.” Nə edəcəyimizi Allah bizə bildirir. Namazlarında huşu içində, namazını qılacaq və huşu içində olacaq. Beş vaxt fərz namazlarını, sünnələri qılacaq. “Onlar tamamilə boş şeylərdən üz çevirənlərdir.” Mənasız şeylərdən imtina edənlərdir. “Onlar zəkata bağlı söz və vəzifələrini mütləq yerinə yetirənlərdir.” Zəkat; yəni çox malı, pulu olduğunda onu ətrafa paylayır. “Və onlar ismətlərini, iffətlərini qoruyanlardır.” Yəni qeyri-qanuni əlaqəyə girmir, halalı ilə əlaqəyə girir.

“Ancaq yoldaşları, ya da sağ əllərinin sahib olduqlarına qarşı,” ya yoldaşı, halalı və yaxud nökəri, yəni özünü hibə etmiş bir qadın və yaxud nökəri. Sağ əlinin dediyi, yəni ona aid olan qadın. Başqasıyla əlaqəyə girməyən, ona aid olduğunu açıqca ifadə edən, özünü ona bağlamış, hədiyyə etmiş. Bir şəkildə hibə etmiş qadın. “Münasibətləri xaric. Bu mövzuda qınanmış deyildirlər. Lakin, kim bunlardan başqasını axtarsa, artıq onlar sərhədi aşanlardır.” Bax, Allah, sərhədin harada aşılanacağını söyləyir. “Onlar əmanətlərinə və əhdlərinə riayət edənlərdir.” Əmanət, bizə məsələn, bir əmanət verildi, deyilmi? İnsanlar bizə əmanətdir. Din bizə bir əmanətdir. Allahın kitabını qorumaqla mükəlləfik, vətəni qorumaqla mükəlləfik, deyilmi? Əmanətlər çoxdur, inşaAllah.

“Onlar namazlarını dəqiqliklə qoruyanlardır.” 5 vaxt sünnəti səniyəyə tabe olaraq namazlarını qoruyanlar. Sahibi tərtib, müntəzəm namazlarını qılanlar. “Məhz (Yer üzünün hakimiyyətinə və axirətin nemətlərinə) varis olacaq onlardır.” Belə olsanız, deyir Allah, həm yer üzündə nemət verərəm, axirətdə də cənnətə gedərsiniz, Allahın razılığını qazanarsınız. Yalnız bu çox əhəmiyyətlidir; Allaha ibadət edərkən cənnət üçün deyil, Allahın rizası üçün ibadət etmək lazımdır. Allah onu məqbul görür, Allahın razılığını hədəfləmək lazımdır. Lütfüylə cənnət versə, təbii ki, fəxr edərik, çox məmnun olarıq. Amma bizim əsil məqsədimiz Allahın razılığı olacaq, inşaAllah.

Gözəl olan budur. Bax, şeytan itlik etdi, deyilmi? Nə qədər gözəl, biz Allahı görmədən iman edirik və canımızı verməyi qəbul edirik. Nə qədər gözəl bir sevgidir, Allah bunu bəyənir. Məsələn, gəncliyimizi veririk, həyatımızı veririk, malımızı veririk, Allah bunu çox bəyənir. Amma o başqa cür, məsələn, Allahı mələk qəbul edir. Onsuz da, mələk Allaha ibadət etməyə məcburdur, mələk üçün başqa ikinci bir yol yoxdur. Amma insan üçün iki yolu da görəcək vəziyyəti var, küfrə də gedə bilər, İslama da girə bilər. Allah üçün hərəkət edir və Allahı o qədər çox sevir ki, görmədiyi halda Allah üçün canını verə bilir. Allah bunu çox bəyənir, biz də çox bəyənirik.

Dünyadakı ən gözəl görünüş budur, ən xoşuna gələn görünüş budur, ən nəcib görünüş budur. Dünyanın ən gözəl bəzəyi də budur. Eşq; ən gözəl duyğu eşqdir. Eşq ən gözəl ifadə şəkli də budur, canını verməkdir. Allah üçün, sevdiyi üçün canını vermək və yaxud Allaha həyatını, gəncliyini, malını mülkünü, hər şeyini verməkdir. Çox nəcib bir hərəkətdir, sevginin ən gözəl ifadə şəklidir. Bir çox sevgi qarşılıqlı olar, amma burada qarşılıq yoxdur, yalnız Allahın razılığını istəyirik. Çox nəcib, xeyli gözəl və bu, dünyanın ən gözəl bəzəyidir. Yoxsa dünya kürsülər, bağlar, bağçalar olar, heç bir şey ifadə etməz. Bir insan Allahı sevmədikdən sonra, Allahdan qorxmadıqdan sonra heç bir mənası yoxdur, inşaAllah.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313