İçeriğe geç

Məryəm surəsi; 5-11 (Evlənərkən yalnız çoxalma hədəfi olmaz)

Adnan Oktarın 18 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Məryəm surəsi, 5 “Doğrusu mən, arxamdan gələcək yaxınlarım adına qorxuya qapıldım, mənim arvadım sonsuzdur. Ancaq mənə Öz qatından bir köməkçi hədiyyə et.” Deməli, sırf çoxalmaq üçün uşaq edilmirmiş. Uşaq nə üçün edilirmiş? “Doğrusu, mən arxamdan gələcək yaxınlarım adına qorxuya qapıldım.” Soyun tükənməsindən çəkinirəm, soyun davamının tükənməsindən çəkirəm.

“Mənim arvadım  sonsuz (qadın)dır.” Evlənərkən də sonsuz bir qadınla evlənmiş, uşağın olması məqsədi yoxdur. Törəmə məqsədi yoxdur, çoxalma məqsədi yoxdur, çünki  elə bir şey olsaydı, sonsuz bir qadınla evlənməzdi, sonsuz olmasına baxmayaraq evlənmişdir. Çoxalma hədəfi yoxdur, çünki çoxalma ancaq Allah rizası üçün olar, onun da səbəbini söyləmişdir. Dəhşətli bir səbəb var, “arxamdan gələcək yaxınlarım adına qorxuya qapıldım” deyir. O mövzuda narahatdır “soyunun tükənməsindən qorxuram” deyir. “Artıq mənə Öz qatından bir köməkçi hədiyyə et.” Deməli, Allah qatında sonsuzluq heç əhəmiyyətli deyil , mühüm olan Allaha dua edib, Allahdan istəməkdir, inşaAllah.

“Mənə varis olsun. Yaqub oğullarına da varis olsun. Rəbbim, onu (özündən) razı olunan(lardan) et. (Allah buyurdu:) “Ey Zəkəriyya, şübhəsiz, Biz səni, adı Yəhya olan bir uşaqla müjdələyirik; Biz bundan əvvəl ona heç bir adaş etməmişik.” Əvvəllər o ada bənzəyən başqa bir ad olmayıb, deyir. Allah hz. Yəhya (ə.s)-ın doğumunu müjdələyir. “Dedi ki: “Rəbbim, arvadım sonsuz (bir qadın) ikən, mənim necə oğlum ola bilər? Mən də yaşlılığın son mərhələsindəyəm.” Çox yaşlıyam, iki tərəfdən də bu çətin görülür, deyir. ” Belə” dedi. “Rəbbin dedi ki: “mələk söyləyir, “Rəbbin dedi ki: “Bu mənim üçün asandır, daha əvvəl sən heç bir şey deyilkən, səni yaratmışdım.” Səni yoxluqdan yaratdım, o mənim üçün asandır, deyir Allah. “Dedi ki: “Rəbbim, mənə bir əlamət (ayə) ver.” Dedi ki: “Sənin əlamətin, sağlam ikən, üç gecə tam olaraq insanlarla danışmamağındır.’” Baxın, “üç gecə tam olaraq insanlarla danışmamağındır.” Bunun da bir mənası var, bir işarəli mənası var, bunu da görəcəyik, inşaAllah. “Beləliklə (hz. Zəkəriyya (ə.s.)) məsciddən qövmünün qarşısına çıxıb onlara (bu mənaları) işarə etdi: “Səhər-axşam təsbih edin.” Bir səhər, bir axşam; yəni səhər-axşam təsbeh et, səhərdən axşama qədər hər zaman təsbih et.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz