Header

Taha surəsi; 1-7 (Allah qorxusunda sevinc, xoşbəxtlik vardır)

Aa4a

Adnan Oktarın 20 mart 2011 A9 Tv və Tv Kayseridəki canlı söhbətindən

Bankoboev.Ru Koran Svyaschennaya Kniga MusulmanADNAN OKTAR: Şeytandan Allaha sığınıram; “Ta, Ha.” Nədir? Bir şifrədir. Zamanı gəlincə bu açılacaq. “Biz sənə bu Quranı çətinlik çəkməyin üçün endirmədik.” Quran nə imiş? Asanlıqmış. Yəni namazda, orucda, ibadətdə, həyatda, sevincimizdə; “Sizin sevincinizi qaçırsın, sizi narahat etsin deyə endirmədim” deyir, Allah. “Quranı sizə sevinc vermək, xoşbəxt etmək, sağlamlıq vermək, yaxşılıq-gözəllik vermək üçün endirdim” deyir. Quran bizə, bərəkət, bolluq, rahatlıq, sevinc gətirər, hüzur gətirər. “İçi titrəyərək qorxanlara ancaq nəsihətlə xatırlatma.” Bax, nə olacaq? İnsan içi titrəyərək Allahdan qorxacaq. Ona nəsihətlə xatırlatma. Allahdan qorxmaq, o da ayrı bir zövqdür. Allahı sevmək ayrı bir zövqdür. Allahdan başqa qorxular əzab verər, acı verər. Bir tək Allah qorxusu acı verməz. Allah qorxusunda sevinc vardır, xoşbəxtlik vardır. Dünyəvi qorxularda da əzab, xəstəlik vardır.

“Yeri və yüksək göyləri yaradan tərəfindən endirmədir.” Çünki onlar yer tanrısına, göy tanrısına inanırlar, elə pozğun tiplər var. Allah onlara xəbərdarlıq edir; “yeri və göyü yaradan, hamısının sahibidir” deyir Allah. “Rəhman olan Allah ərşə hökm etmişdir.” Yəni bütün ərşi örtmüşdür. “Göylərdə, yerdə, bu ikisinin arasında və nəmli torpağın altında olanların hamsı Onundur.” “Hər şey, yerin təbəqələrinin altında olan hər şey Onundur” deyir. “Sözü aşkar etsən də, gizləsən də birdir. Çünki şübhəsiz O, gizlini də, gizlinin gizlisini də bilər.” “Şüuraltınızı da bilərəm” deyir Allah.

Şüuraltını yaradan da Allahdır. “Gizlinin gizlisini də bilərəm.” Yəni burada Allahın izah etdiyi; “hər cür məlumat, hər cür hadisə, hər cür cisim, hər cür maddə tamamilə Mənim idarəmdə, Mənim yaratmam altındadır. Mənim idarəm xaricində maddi və mənəvi heç bir şey yoxdur” deyir Allah. Allah bunu izah edir. “Ayələrimizi inkar edib: “Mənə əlbəttə mal və uşaqlar veriləcək” deyəni, gördünmü?”

Həm Quranı qəbul etmir, həm Allahın varlığını qəbul etmir; “mən mallar və uşaqlar qazanacağam” deyir. “O, qeybə mi şahid oldu, yoxsa Rəhmanın qatından bir əhd mi aldı? Əsla; dediyini yazacağıq və onun üçün əzab da müddət verəcəyik.” Yəni “ona bir imkan verəcəyik” deyir Allah. “Dünyada günaha yaxşıca girməsi üçün, yaxşıca batması üçün, yaxşıca batdıqdan sonra cəhənnəmə aparıb pərişan edəcəyəm” deyir Allah. “Onun söylədiyinə Biz varis olacağıq. O Bizə tək başına gələcəkdir.” Yəni feysbukdakı yoldaşlarıyla, ailəsiylə, tayfasıyla, qohumlarıyla və s. kimsəylə deyil. “Tək başına gətirəcəyəm” deyir Allah. Həmişə ifadələr alınarkən tək başına alınır. Heç kim olmaz yanlarında. Allahın qatına gətirildiyində, Allahın hüzurunda.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313