Adnan Oktarın 20 mart 2011 A9 Tv və Tv Kayseridəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram; “Ta, Ha.” Nədir? Bir şifrədir. Zamanı gəlincə bu açılacaq. “Biz sənə bu Quranı çətinlik çəkməyin üçün endirmədik.” Quran nə imiş? Asanlıqmış. Yəni namazda, orucda, ibadətdə, həyatda, sevincimizdə; “Sizin sevincinizi qaçırsın, sizi narahat etsin deyə endirmədim” deyir, Allah. “Quranı sizə sevinc vermək, xoşbəxt etmək, sağlamlıq vermək, yaxşılıq-gözəllik vermək üçün endirdim” deyir. Quran bizə, bərəkət, bolluq, rahatlıq, sevinc gətirər, hüzur gətirər. “İçi titrəyərək qorxanlara ancaq nəsihətlə xatırlatma.” Bax, nə olacaq? İnsan içi titrəyərək Allahdan qorxacaq. Ona nəsihətlə xatırlatma. Allahdan qorxmaq, o da ayrı bir zövqdür. Allahı sevmək ayrı bir zövqdür. Allahdan başqa qorxular əzab verər, acı verər. Bir tək Allah qorxusu acı verməz. Allah qorxusunda sevinc vardır, xoşbəxtlik vardır. Dünyəvi qorxularda da əzab, xəstəlik vardır.
“Yeri və yüksək göyləri yaradan tərəfindən endirmədir.” Çünki onlar yer tanrısına, göy tanrısına inanırlar, elə pozğun tiplər var. Allah onlara xəbərdarlıq edir; “yeri və göyü yaradan, hamısının sahibidir” deyir Allah. “Rəhman olan Allah ərşə hökm etmişdir.” Yəni bütün ərşi örtmüşdür. “Göylərdə, yerdə, bu ikisinin arasında və nəmli torpağın altında olanların hamsı Onundur.” “Hər şey, yerin təbəqələrinin altında olan hər şey Onundur” deyir. “Sözü aşkar etsən də, gizləsən də birdir. Çünki şübhəsiz O, gizlini də, gizlinin gizlisini də bilər.” “Şüuraltınızı da bilərəm” deyir Allah.
Şüuraltını yaradan da Allahdır. “Gizlinin gizlisini də bilərəm.” Yəni burada Allahın izah etdiyi; “hər cür məlumat, hər cür hadisə, hər cür cisim, hər cür maddə tamamilə Mənim idarəmdə, Mənim yaratmam altındadır. Mənim idarəm xaricində maddi və mənəvi heç bir şey yoxdur” deyir Allah. Allah bunu izah edir. “Ayələrimizi inkar edib: “Mənə əlbəttə mal və uşaqlar veriləcək” deyəni, gördünmü?”
Həm Quranı qəbul etmir, həm Allahın varlığını qəbul etmir; “mən mallar və uşaqlar qazanacağam” deyir. “O, qeybə mi şahid oldu, yoxsa Rəhmanın qatından bir əhd mi aldı? Əsla; dediyini yazacağıq və onun üçün əzab da müddət verəcəyik.” Yəni “ona bir imkan verəcəyik” deyir Allah. “Dünyada günaha yaxşıca girməsi üçün, yaxşıca batması üçün, yaxşıca batdıqdan sonra cəhənnəmə aparıb pərişan edəcəyəm” deyir Allah. “Onun söylədiyinə Biz varis olacağıq. O Bizə tək başına gələcəkdir.” Yəni feysbukdakı yoldaşlarıyla, ailəsiylə, tayfasıyla, qohumlarıyla və s. kimsəylə deyil. “Tək başına gətirəcəyəm” deyir Allah. Həmişə ifadələr alınarkən tək başına alınır. Heç kim olmaz yanlarında. Allahın qatına gətirildiyində, Allahın hüzurunda.