Header

Hud surəsi; 80-81

Aa4a

Adnan Oktarın 26 fevral 2011 Kocaeli Tv və Aba Tv-dəki canlı söhbətindən

Quran KarimADNAN OKTAR: Şeytandan Allaha sığınırıq. Hud surəsi, 80-ci ayə “Dedi ki: “Sizə çatacaq gücüm olsaydı və ya möhkəm bir yerə sığına bilsəydim.” O zamankı dinsiz, imansız dəstə, Peyğəmbərin o qədər üstünə gəlirlər ki, o qədər çətinlik çəkir ki, “Sizə çatacaq gücüm olsaydı və ya möhkəm bir yerə sığına bilsəydim.” 80-ci ayə, əbcədi də 1986-cı illəri verir. Mehdiyyətin inkişaf etdiyi bir dövrü verir, inşaAllah. “(Elçilər) Dedilər ki: “Ey Lut, biz Rəbbinin elçiləriyik. Onlar sənə qəti olaraq çata bilməzlər. Gecənin bir qismində ailənlə birlikdə get (yola çıx).” Baxın, müsəlmanlar üçün həmişə gecələr, təbliğin edildiyi, İslamın izah edildiyi, müsəlmana uyğun rəftarların edildiyi, bir qisim insanların da qəflətə daldığı bir mühitdir, amma müsəlmanlar hərəkət halındadır.

“Gecənin bir qismində ailənlə birlikdə get (yola çıx). Əsla, heç biriniz dönüb arxasına baxmasın; lakin sənin arvadından başqa. ” Allah onu ayırır. “Çünki onlara üz verəcək olan, ona da üz verəcək. Onlara vəd olunan (əzab) səhər vaxtıdır. Səhər də yaxın deyilmi?” İslamın səhəri yaxındır, inşaAllah, Allahın icazəsiylə. 69-cu ayə “And olsun, elçilərimiz İbrahimə müjdə ilə gəldikləri zaman; “Salam” dedilər.” Deməli, müsəlmanlar bir-birləriylə qarşılaşdıqlarında bir-birlərinə salam deyəcəklər, Quranın bir işarəsidir, mənasıdır. “O da: “Salam” dedi (və) dərhal gecikmədən qızardılmış bir buzov gətirdi.”

Baxın, heç tanımadığı insana belə hz. İbrahim (ə.s) nə qədər qonaqpərvərdir. Qonaqpərvər olmanın əhəmiyyətini Allah göstərir. “Əllərinin ona uzanmadığını görüncə” çünki mələklər yemək yemirlər, “(İbrahim vəziyyətdən) xoşlanmadı” Yəni qəribə gəlir, “və içinə bir növ qorxu düşdü” deyir. Yəni çox qəribədir, çox uzun yoldan gəlmişlər, lakin yemək yemirlər. “Dedilər ki: “Qorxma. Biz Lut qövmünə göndərildik.” Arvadı ayaq üstə idi, bunun üzərinə güldü. Biz ona İshaqı, İshaqın arxasından da Yaqubu müjdələdik. “Vay mənə” dedi (qadın). “Mən qocalmış bir qadın ikən və ərim də qoca ikən doğacağam mı? Həqiqətən bu, qəribə bir şeydir!” Yəni bəzi insanlar fizika qanunlarının sabit olduğunu zənn edir, halbuki deyil, Allah istəsə dəyişdirir. Məsələn, yaşlı bir qadının doğurmasını Allah mümkün edə bilir. Məsələn, ” ərim də qoca ikən” deyir, yaşlı bir insanın da çox sağlam, güclü ola biləcəyini də Allah göstərmiş olur. Yəni sabit bir qayda olmadığını Allah göstərir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313