Header

Nur surəsi; 22 (zənginlər ehtiyac içindəkilərə əksiltmədən bolca lütf etməlidirlər.)

Aa4a

Adnan Oktarın 27 fevral 2011 Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən

MaxresdefaultADNAN OKTAR: Nur surəsi 22-ci ayə; “Sizdən fəzilətli və varlı olanlar; yaxınlara, yoxsullara, Allah yolunda hicrət edənlərə verir” ehsan verir, yemək, pul, marka paltar verir, “əksiltməsinlər. Bağışlasınlar və xoş görsünlər, Allahın sizi bağışlamasını istəməzsinizmi? Allah bağışlayandır, əsirgəyəndir”. “Yaxınlara”, yaxın demək; hər cür yaxın. Gördükləri qohumları, yoldaşları yaxınlarıdır. “Yoxsullara”; yoxsul dərhal aydın olar. “Və Allah yolunda hicrət edənlərə”; adamın anası-atası əxlaqsız, uşaq məcbur olub dostlarının yanına getmişdir. Başqa da bir həlli yoxdur, məsələn, adamlar insest (yaxın qohumlar arasında cinsi əlaqə) əlaqəyə girirlər. Yaxud dinsiz-imansız etməyə çalışırlar. Əxlaqını pozmağa çalışır, çətin vəziyyətdə qalır, başqa yoldaşlarının yanına hicrət edir, müsəlmanların yanına. “Allah yolunda hicrət edənlərə ehsan etməkdə əksiltməsinlər” yəni məsələn, az verərək, ürəyindən çox paylamaq gəlir, amma deyir; “bu qədər də olmaz, az verim, idarə etsin” deyir. “Elə etməyin, əksiltməyin, bolca lütf edin” deyir Allah. “Bağışlasınlar”; anormal bir şey etdilərsə, bir söz söylədilərsə, bağışlasınlar, onu problem etməyin. Yəni kin və nifrət duymayın, intiqam almaq fikrində olmayın. Çünki intiqam insanı çökdürər. Sevincini, şövqünü, həyəcanını hamısını qırar. İnsanı pərişan edər. Yəni ruh halını bərbad edər. “Bağışlasınlar və xoş görsünlər”; ola bilər, məsələn, mənasız, boş-boş danışa bilər, səhv bir şey edə bilər. Hər şeyi söz etməmək lazımdır. Yəni qatı bir harama girmədikdən sonra belə hər şeyə ilişib qalmayın; bunu niyə belə etdi, bunu niyə belə etdi, onunla baş olmaz. “Allah xoş görsünlər” deyir. “Allahın sizi bağışlamasını istəməzsinizmi? Mən o zaman sizi bağışlayaram deyir. “Sən adamı bağışlamazsansa, Mən də səni bağışlamaram” deyir o zaman Allah. Sən özün bağışlamaq istəmirsən, amma özünün də bağışlanmanı istəyirsən. Olmaz, müsəlman bağışlayıcı olacaq. “Allah bağışlayandır və əsirgəyəndir”.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313