Adnan Oktarın 4 fevral 2011 tarixdə Kaçkar Tv-dəki söhbətində
Məsələn, Nisa surəsi çıxdı, Quranın hər hansı bir ayəsini açdım. Şeytandan Allaha sığınıram, 66-cı ayə. “Əgər həqiqətən Biz, onlara: “Özünüzü öldürün”- yəni durduğun yerdə canınızı öldürün-“ya da yurdlarınızdan çıxın”, yəni işinizi-gücünüzü buraxın, o yurddan çıxın, başqa yerə gedin, “deyə buyurmuş olsaydıq, içərilərindən çox azı” bu, Mehdi (ə.s) tələbələrinin xarakteridir,”çox azı bunu yerinə yetirərdi.” İnsanlar bu xarakterdə olduğu üçün Allah gözəllik nəsib etmir. Baxın, problemi Allah açıqlayır, yəni niyə belə bir vəziyyət olduğunu bildirir. “”Əgər həqiqətən Biz, onlara: “Özünüzü öldürün və ya yurdlarınızdan çıxın deyə buyurmuş olsaydıq,”-yəni maraqları zidd düşəcək olsaydı bir şey deyərdik-“içərilərindən çox azı bunu yerinə yetirərdi.“
Diqqət edin, “özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın” demir, Allah. Amma nə deyir? Namaz qılmaq? “Qılaram” deyər, Oruc tutmaq? “Onu da tuturam, yaxşı təsir edir, arıqlayıram. Oruc mənə yaxşı təsir edir, dincəlirəm” deyir. Çünki yemək yeməyə vaxt ayırmır, daha praktik gəlir ona oruc tutmaq. Namaz da xoşuna gəlir, namazı qılır. Çünki bir şey itirmir onda. Əlini üzünü yuyur bir neçə dəfə, dəfələrlə səcdəyə gedəcək, “o da idman olar, yaxşı olar, onda da bir şey yoxdur, onu da edərəm” deyir. Sədəqə? Az bir şey pul verdiyində, psixoloji olaraq rahatlayır, “onu da edərəm” deyir. Zikr etmək? “Yuxum gələnə qədər zikr çəkərəm” deyir, “Allah Allah deyərəm” deyir. “Yuxum gəldikdə də yatmağı xoşlayıram” deyir.
Onsuz da adam zikr çəkərkən yatır. Amma baxın, “özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın” bu nə deməkdir? Mehdiyyətdir. “Özünüzü öldürün” nə deməkdir? “Gəncliyini ver, bütün həyatını ver, həyatın bütün ictimai istiqamətlərindən çəkil, tam mənasıyla təslim ol” mənasını verir eyni zamanda. “Və yurdlarınızdan çıxın.” Yəni ananı-atanı tərk et, ailəni burax, işini, lazım olsa peşəni burax, Allah yolunda mübarizə apar, “deyildiyində, az bir hissəsi qəbul edər” deyir. Az bir hissəsi, 313 adam Mehdi (ə.s) camaatıdır. Həmişə dünyada azlıq təşkil edir belə Allaha canı könüldən, eşqlə, ölümünə bağlı olan, həmişə çox azdır.
“İçərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” “Dünya hakimiyyəti” verərdim deyir Allah, “onlar üçün xeyirli və daha mükəmməl olardı.” Başqa necə olar? Xeyirli və sağlam olmaz hal-hazırki sistem kimi. Hər yer çökür, böyük bir çürüklük var. Dövlətlər çürüyür, millətlər çürüyür, sistemlər çürüyür, ağrılar, iztirablar səmaya çıxır. “Biz də onlara Öz tərəfimizdən böyük bir mükafat verər“-deyir Allah, yəni cənnətlə müjdələyir Allah, həmçinin dünyada da bərəkət, bolluq, hakimiyyət və gözəllik vəd edir. “Və onları mütləq doğru yola yönəldərdik.” Yəni doğru bir yolda gedərdilər, heç bir maneə ilə qarşılaşmazdılar, mükəmməl və gözəl bir həyata sahib olardılar, deyir Allah.
“Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.”-deyir Allah. Rəsul (s.ə.v.) nə deyir? “Mehdi (ə.s)-a tabe olun”-deyir. “Mehdi (ə.s)–ı harada görsəniz ona tabe olun, qar üstündə, yerdə sürünmək şəklində də olsa gedib Mehdi (ə.s)–a tabe olun və Mehdi (ə.s) ilə müjdələnin” deyir. “Peyğəmbər (s.ə.v) belə buyurur?”-deyir. Bəli belə buyurur, deyirik.“Edirsənmi?” soruşuruq, “yox etmirəm, vacib görmürəm” deyir. O zaman bu hökmə girərsən. “Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər. Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, düşmənə qarşı ya bölüklərlə, ya da hamınız birgə çıxın.”
Bu nədir? İslam Birliyidir. Allah kimə xitab edir? Bir müsəlman qrupuna xitab edir. Bir birlik var. “Ey iman edənlər,” ey hənəfilər, ey şafilər, ey ələvilər, ey bektaşilər, ey şiələr, ey cəfərilər demir Allah. Nə deyir? “Ey iman edənlər,”-deyir. Bir birlik qəbul edir Allah, bir. “Ehtiyatınızı əldən verməyin” Necə tədbir görməlisən? Kitab oxumalı, elmi tədqiqatlar aparmalı, sənətdə, elmdə irəliləyərlər (inkişaf edərlər), amma iman məqsədli, Qurana xidmət məqsədli, fövqaladə bir gücə çevrilərsən. Televiziya qurarsan, radio qurarsan, imkanlarını artırar, bunların hamısı tədbirdir. “Tədbirinizi alın mübarizəyə bölük-bölük çıxın”
Məsələn, sən televiziya ilə əlaqədar iş görərsən, sən kitablarla əlaqədar iş görərsən, o birisi radio ilə əlaqədar işlər görər. “Ya da topluca çıxın” deyir Allah. Yəni bir qismi orada pul qazanarkən, bir qismi təbliğ edir, bir qismi elmi tədqiqatlar aparır, amma “bəzən də topluca çıxın.” Yəni “Hamınız birdən çıxın” deyir Allah. İndi “Ey iman edənlər, topluca mübarizəyə çıxın.” Bu nə deməkdir? İttihad-ı İslam, Türk İslam Birliyidir. “Quranda harada var mehdiyyət?”-deyirlər. Məhz burada var. Baxın, Allah saxtakarlıq edənləri necə xəbərdar edir. “Şübhəsiz ki, aranızdan ağır tərpənən vardır.” Mənfəətinə bir şey olsa, ağır davranar insan? Ağır davranır. Çünki çıxılacaq yol adama uzun gəlir, çətin gəlir, ağır tərpənən vardır. “Namazımızı qılaq, evlənmək sünnə” evlənirlər.
“İçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar və sizə bir müsibət üz vermiş olduqda”-yəni həbs edilsən, döyülsən, söyülsən, mətbuat üstünə gəlsə, böhtana məruz qalsan, yaralansan, iqtisadi cəhətdən çıxılmaz vəziyyətə düşsən, ailən qarşı çıxsa, evlənə bilməsə, mənfəətlərindən olsa, işindən çıxarılsan-“Əgər, sizə bir müsibət üz vermiş olsa”, Mehdi (ə.s) tələbələrinə bir müsibət baş verməsindəki vəziyyətdir. Çünki Peyğəmbərimiz (s.ə.v)-in dövründəkilər də Mehdi (ə.s) tələbələri idi, çünki Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) idi. Ona tabe olanlar onun tələbələri idi. Axırzamanda gələcək şəxs də Mehdi (ə.s)-dır, onun da tələbələri var.
Baxın, nə deyərlər?: “Mehdi (ə.s) tələbələrinə bir müsibət üz versə”- “doğrusu” bir də doğruçular (sanki doğru danışarlar) “Allah mənə mərhəmət göstərdi” deyər. Övliya adam. “Allah mənə lütf etdi, onlarla birlikdə bəlaya düçar olmadım“-deyər. “Allah qorudu, yaxşı ki, onların camaatının birliyinə girmədim. “Onlardan uzaq dayandıq yoxsa biz də eyni vəziyyətə düşəcəkdik. Yoxsa Məni də məktəbdən atacaqdılar, ailəm mənə də qarşı çıxacaqdı, döyülüb söyüləcəkdim, təhqirə məruz qalacaqdım, həbs ediləcəkdim, bax, Allah məni o adamlardan xilas etdi” -deyər. Çünki onları azğın görür amma özünü doğru yolda görür. Allah bu səmimiyyətsizliyə, bu saxtakarlığa diqqət çəkir.
“Əgər Allahdan sizə bir lütf yetişərsə”-məsələn, dünya hakimiyyəti, müvəffəqiyyət, zənginlik, güc-“onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi:”, sanki əvvəl heç danışmamış kimi, əvvəl bəhs etməmiş kimi, “şübhəsiz belə deyər: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!” “Elə isə, qoy dünya həyatını atıb axirəti satın alanlar Allah yolunda vuruşsunlar.” deyir Allah. Dünya həyatını buraxır, axirəti, yəni yalnız Allahın razılığını istəyir, Allahın razılığı üçün gəncliyini, həyatını, malını mülkünü hamısını verir.
“Qoy dünya həyatını atıb axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə,“-yəni öldürülə, həbs edilə, yaralana bilər, hər şey ola bilər-“ya da qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.”” “Heç fərq etməz”-deyir Allah. Yəni “bir zülmə uğrasanız da, acı çəksəniz də, qalib gəlsəniz də, sizə savab verərəm, sizdən razı olaram“ -deyir Allah. Çünki məhz o vaxt məğlub (olmaq) şərt deyil. Məğlub edəcəyəm deyərkən, həbsə düşərsən, döyülüb-söyülə bilərsən, şəhid ola bilərsən, eyni savabı alacağını deyir Allah, hətta bəlkə daha çoxunu inşaAllah.