Header

İsra surəsinin 106, 107-ci ayələrinin təfsiri (9 iyun 2014-ci il tarixli söhbətdən)

Aa4a

Hörmətli Adnan Oktarın 9 iyun 2014-ci il tarixli söhbətindən İsra surəsi ilə əlaqədar izahlar.

Bankoboev.Ru Koran Svyaschennaya Kniga MusulmanAdnan Oktar: Allah deyir ki, “Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb tədriclə nazil etdik”. (İsra surəsi, 106) Yəni fasiləsiz oxumaq deyil, dura-dura oxumaq. Çünki başqa cür diqqətləri dağıla bilər. Diqqət dağıla bilər, amma dura-dura oxumaq yaxşıca diqqətlərini cəmləməyə imkan yaradar. Çünki insan zehni və diqqəti tez yorulan bir quruluşa sahibdir. “Biz onu hissələrə ayırıb tədriclə nazil etdik”. (İsra surəsi, 106). Yaxşıca mənimsəyərək başa düşməyiniz üçün və böyük bir diqqətlə düşünüb yaşamağınız üçün. Quranın izahında metodu da Allah göstərir. Yəni fasiləsiz izahat diqqəti dağıdar. Amma diqqət verərək dinləmələri üçün fasilələr verərək, diqqəti Quranın üzərinə çəkərək izah etmək lazımdır. “De: “İstər ona inanın, istərsə də inanmayın …”. (İsra surəsi, 107). Təzyiq yoxdur. Nə deyir bəziləri? “Təzyiq var” -deyir. Allah “təzyiq yoxdur” -deyir. “İstər inanın, istər inanmayın”. “Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır”. (İsra surəsi, 107). Məsələn, musəvilər və xristianlar çənə üstə səcdə edirlər. Biz bunu sonra gördük. Ayəni oxuyan anlaya bilmir, çünki səcdə alın üstə edilir. Halbuki, xristian və musəvilərdə səcdə çənə üstə edilir. Fotoşəkillərdə daha əvvəl göstərmişdik. Demək ki, gizli və ya açıq musəvilər və xristianlar Quran həqiqətini anladıqlarında öz inanclarına görə səcdə etmələri məqbuldur. Allah bu səcdəni qəbul edir. Bax, alın üstə deyil, öz bildikləri kimi çənə üstə səcdə etmələrini qəbul edir Allah. Əks təqdirdə bu səhvdir deyərdi Allah, amma tərifləyərək izah edir. Bu oxuduğum İsra surəsindəndir. Bayaq oxuduğum ayə də İsra surəsindən idi.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313