İçeriğe geç

Yunus surəsi, 103-109

Adnan Oktarın 28 dekabr 2009-ci il tarixli Kral Karadeniz, Adıyaman Asu və Ekin TV müsahibəsindən

Adnan Oktar: 103-cü ayə, 2003-cü ilə baxdığını qəbul edirik eyni zamanda. “Sonra elçilərimizi və möminləri xilas edərik …” deyir Allah. Yəni böhtanlardan, təhqirlərdən, təzyiqlərdən, şiddətdən xilas edərik. “Möminləri xilas etmək”, bax, “Möminləri xilas etmək Bizə vacibdir”. Cənab-ı Allah deyir; söz verirəm deyir, möminləri mütləq xilas edəcəyəm deyir. İkinci bir yol yoxdur. Allah Mən söz verdim deyir. Möminsinizsə mütləq xilas edəcəyəm deyir Allah, amma səbir etməlisiniz deyir Allah. Yəni hadisələrlə qarşılaşacaqsınız, amma səbir edəcəksiniz deyir.

“De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”. Peyğəmbərimiz (s.ə.v) açıq şəkildə müşriklərə bunu deyir. “Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma”. Yəni tək bir Allaha inan və əsla müşriklərdən olma. Yəni üçləməyə, təslisə, və ya başqa azğın inanclara yönəlmə deyir Allah. 107-ci ayədə “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz”. Yəni hər cür çətinlik, ağrı-acı, bəla Allahdan gəlir. Bu Mənə məxsus bir şeydir deyir Allah. Yəni sən başqa cür düşünmə deyir. Çünki əsli yoxdur, doğrusu yalnız Allahın yaratmasıdır.

“Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir”. Mehdi (ə.s)-a baxan yönü olaraq izah edirik. “Allah sənə bir zərər toxundursa”, Məsələn, həbsə atsalar, bunu mən edərəm deyir, Allah. Yaxud bəziləri təzyiq etsə, bəziləri böhtan atsa, yaxud sui-qəsd edilsə, ki, bunlar Mehdi (ə.s)-a qarşı ediləcək. “… Ondan başqa heç kəs aradan qaldıra bilməz”. Mən edərəm deyir, Mən qaldıraram deyir. Səni həbsdən Mən çıxararam, sui-qəsdin qarşısını Mən alaram. Başına bir bəla gəlsə onun təsirini də mən aradan qaldıraram deyir Allah. “Əgər sənə bir xeyir diləsə”, səni İslam aləminin başına gətirəcəksə, İslamı dünyaya hakim edəcəksə, “heç kəs Onun lütfünün qarşısını ala bilməz”.

Kimsə bunu dayandıra bilməz deyir. Nə Amerika, nə Rusiya, nə Çin, nə iddia edilən Ergənəkon Təşkilatı, nə masonluq. Baxın Allah açıq-aydın deyir; “Heç kəs Onun lütfünün qarşısını ala bilməz”. Heç kim qarşısını ala bilməz deyir Allah. “O, bunu Öz qullarından istədiyinə nəsib edər”. Yəni bu xeyiri kimə diləsə ona nəsib edər. “O, Bağışlayandır, Rəhmlidir”. Həm qoruyaram, həm də günahlarınız varsa bağışlayaram deyir Allah. 109-cu ayə “Sənə nazil edilən vəhylərə tabe ol”. Qurana tabe ol, Qurana görə hərəkət et. “Və Allah Öz hökmünü verənə qədər səbir et”. Əsla təlaşlanma deyir. Səbr et, gözlə. Yəni xəstəlikdə də, bəlada da, dərddə də, həbsdə də, iftirada da, çirkin oyunlarda da, münafiqlərin hiylələrində də səbr et. “O, hökmranların ən yaxşısıdır”. Yəni ən xeyirli hökm verən Mənəm deyir Allah və mənə güvən deyir Allah.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz