Dindən uzaq yaşamağın nəticələri: stress və depressiya
“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq…” ( Taha surəsi, 124)
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar. ( Enam Surəsi, 125)
Din əxlaqını yaşamayan insanların Allaha güvənib təslim olmamaları, həyatlarını daim kədərli, sıxıntı və stress içində keçirməsinə səbəb olar. Bu səbəbdən psixoloji xəstəliklərə tutular, bədənləri zəifləyər, qısa müddətdə qocalıb düşərlər. Yaşadıqları ruhi sıxıntının təsiri bədənlərinin hər nöqtəsində özünü göstərər.
Möminlər isə psixoloji istiqamətdən sağlam olduqları, stressə, kədərə, ümidsizliyə, düşmədikləri üçün cismən də daha sağlam və dinc olarlar. Allaha təvəkkül etmələrinin, hər şeyə xeyir gözüylə baxmalarının, Allahın onlara olan gözəl vəd və müjdələrinin sevincini daima qəlblərində daşımalarının müsbət təsiri fiziki xüsusiyyətlərində də əks olunar. Təbii ki, bu vəziyyət dini tam mənası ilə qavrayan, vicdanlı, Quran əxlaqını yaşayan kimsələr üçün keçərlidir. Əlbəttə ki, onlar da xəstəliklərə tutulur və təbii olaraq qocalırlar. Ancaq bu vəziyyət digərləri kimi psixoloji qaynaqlı bir çöküntü şəklində deyildir.
Günümüzdə dövrün xəstəliyi adlandırılan stress və depressiya insanlara təkcə psixoloji olaraq zərər verməklə bitməyib, cismən də müxtəlif cür təsirlərlə özünü göstərməkdədir. Stress və depressiya ilə bağlı ağıl xəstəliyi, narkotik maddə istifadəsi, yuxusuzluq, dəri, mədə, təzyiq xəstəlikləri, soyuqdəymə, miqren, sümüklərlə bağlı bir sıra xəstəliklər, böyrək tarazlığı, tənəffüs pozğunluqları, allergiya, infarkt, beyində böyümənin meydana gəlməsi kimi problemli xəstəliklər yaranır. Təbii ki, bütün bu xəstəliklərin yaranma səbəbi hər zaman stress və depressiya olmaya da bilər. Ancaq elm də isbat etmişdir ki, əsas səbəb çox vaxt psixoloji vəziyyətdən qaynaqlanır.
İnsanlar arasında çox yayılmış “stress” kimi tanınan qorxu, ümidsizlik, həddindən artıq həyəcan, narahatçılıq yaradan duyğular bədəndəki tarazlığı pozaraq ümumi bir gərgin vəziyyət yaradar. İnsanlar stressə girdikləri vaxt bədənləri buna reaksiya göstərir və həyəcana keçir. Bədəndə müxtəlif biokimyəvi reaksiyalar başlayar: Qandakı adrenalin səviyyəsi yüksəlir, enerji itirilməsi və bədən reaksiyaları maksimum səviyyə çıxır; şəkər, xolesterin və yağlar qana buraxılır, qan təzyiqi artar və ürək döyüntüsü sürətlənər. Qlükoza (şəkər) beyinə istiqamətləndirildiyində xolesterinin miqdari yüksəlir, bu da orqanizm üçün təhlükəlidir.
Xüsusilə xronik stress bədən funksiyalarını dəyişdirdiyindən çox böyük zərərlərə səbəb ola bilər. Stress səbəbiylə bədəndəki adrenalin və kortizol miqdarı normal olmayan bir şəkildə yüksələr. Uzun müddətli stress kortizol hormonunun artması, bəzi xəstəliklərin – şəkər, ürək, yüksək təzyiq, xərçəng, xora, tənəffüs, dəri və immunitet sistemi ilə bağlı xəstəliklərin gənc yaşda ortaya çıxmasına səbəb olur. Kortizol yüksəkliyinin beyindəki hüceyrələri öldürməyə qədər olan təsirləri vardır. Stressin səbəb olduğu xəstəliklər bir qaynaqda belə ifadə edilməkdədir:
Stress və stressin yaratdığı gərginlik və ağrı arasında vacib bir bağlılıq vardır. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, beynin müəyyən hissələrində gedən qan axımının pozulmasına və o bölməyə gedən qanın bir xeyli azalmasına yol açır. Digər tərəfdən bir orqanın qansız qalması ağrıya səbəb olur. Çünki ehtimal olan, bir tərəfdən sərt toxumanın daha çox oksigenə ehtiyacı olması, digər tərəfdən toxumanın onsuz da qeyri-kafi qanla bəslənməsi ağrını hiss elətdirən xüsusi qəbulediciləri xəbərdar edir.
Bu arada stressə səbəb olan adrenalin və noradrenalin kimi əsəb sisteminə təsir edən maddələr də ifraz olunar. Bunlar da birbaşa və dolayısı ilə əzələlərin gərginliyini artırır və sürətləndirir. Beləcə, ağrı gərginliyə, gərginlik narahatçılığa, narahatçılıq da ağrının artmasına səbəb olar.
Ancaq stressin səbəb olduğu ən ciddi xəstəliklərdən biri infarktdır. Araşdırmalar göstərir ki, aqressiv, təlaşlı, səbirsiz, narahat və əsəbi olan insanların infarkt olması, sadalanan xüsusiyyətlərdən uzaq olan insanlarla nisbətində daha çoxdur. Bunun səbəbi isə belədir :
Hipotalamusun başlatdığı simpatik sinir sisteminin həddindən artıq xəbərdarlıq edilməsi və eyni zamanda, artıq insulinin ifraz olunmasına və qanda yığılmasına səbəb olar. Məhz bu vəziyyət sağlamlıq baxımından həyati əhəmiyyət daşımaqdadır. Çünki, tac damar xəstəliyinə gətirib çıxaran şərtlərin heç biri, qandakı çoxlu miqdarda insulin qədər qəti və dağıdıcı bir rol oynamaz.
Alimlər ifadə edirlər ki, stress dərəcəsi nə qədər yüksək olarsa, qandakı ağ qan hüceyrələrinin reaksiyası da bir o qədər zəif olar. Oksford Universiteti Texnoloji Transfer Bölməsində Linda Naylorun başçılıq etdiyi qrupun hazırladığı test sayəsində stressin immunitet sistemi üzərindəki mənfi təsiri ölçülə bilmişdir.
Stresslə immunitet sistemi arasında yaxın bir əlaqə vardır. Fizioloji stress immunitet sisteminə əhəmiyyətli təsir edər və immunitet sistemini çökdürməyə çalışar. Stress altında olan beyin bədəndəki kortizol hormonu ifrazını çoxalmasını artırır və immunitet sistemini zəiflədir. Başqa sözlə, immunitet sistemi və hormonlar bir-biri ilə əlaqədə olarlar. Bu mövzunu mütəxəssislər belə izah edirlər:
Psixoloji və ya fiziki stress mövzusundakı işlər uzun sürən sıx bir stresslə qarşılaşıldığı zaman hormonal tarazlığa bağlı olaraq immunitet sistemində bir eniş olduğunu ortaya qoymuşdur. Xərçəng də daxil olmaqla, bir çox xəstəliyin ortaya çıxış və şiddətinin həyat stressləriylə bağlı olduğu bilinməkdədir.
Qısaca olaraq, stress insanın təbii tarazlığını pozan bir vəziyyətdir. Bu qeyri-adi vəziyyətin daimi olması bədənin sağlamlığını pozaraq müxtəlif xəstəliklərə yol açar. Mütəxəssislər, stressin bədən üzərindəki mənfi təsirlərini bu əsas maddələr altında olduğunu bildirirlər:
Qayğı və çaxnaşma: İşlərin idarədən çıxdığı hissinə düşmə.
Daimi artan tərləmə.
Səs dəyişməsi: pəltəkləşmə, titrəyərək danışma
Hiperaktivlik: ani enerji partlayışı , zəif diabet nəzarəti.
Yuxulamada çətinlik çəkmək: Kabus görmək.
Dəri xəstəlikləri: sızanaq, civzə, qızdırma, sədəf xəstəliyi və ekzema.
Qastrit göstəriciləri: Həzmsizlik, mədə bulantısı, xora.
Əzələ təzyiqləri: tərpənən və birləşən dişlər, çənədə ağrı, kürək, boyun və çiyinlərdə ağrı.
Aşağı dərəcəli infeksiya: qrip və s.
Miqren.
Sürətli ürək döyüntüsü, sinə ağrısı , yüksək təzyiq.
Böyrək tarazlığının pozulması, su tutma.
Tənəffüs pozğunluqları, qısa nəfəslər.
Allergiya.
Oynaq ağrıları.
Ağız və boğaz quruluğu.
İnfarkt.
İmmunitet sisteminin zəifləməsi.
Beyin hissəsində kiçilmə.
Özünü günahkar hissetmə, özünə güvəsizlik.
Beyin qarışıqlığı, doğru fikirləşə bilməmək, yaxşı düşünə bilməmək və zəif yaddaş.
Həddindən artıq pis fikirli olmaq, hər şeyin pis olacağını fikirləşmək.
Tərpənmədən bir yerdə durmaqda çətinlik çəkmək, mütləq hərəkət etmək.
Diqqətli ola bilməmək və ya diqqəti toplamaqda çətinlik çəkmək.
Əsəblilik və tez küsmə.
Məntiqsizlik.
Özünü köməksiz, ümidsiz hissetmə.
Artan və ya azalan iştaha.
Din əxlaqından uzaq yaşayan kimsələrin “stress” adlandırılan sıxıntı ilə yaşamaları, Allahın Quranda bildirdiyi bir vəziyyətdir:
“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq...” (Taha Surəsi ,124)
Başqa bir ayədə isə: “….Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur… ( Tövbə Surəsi, 118)” şəklində buyurmaqdadır.
Fiziki və ya psixoloji stress kişinin bəzi hormonlarına bol miqdarda təsir edər. Bu hormonlar əzələlərə əlavə enerji verərkən böyümə kimi o an lazımsız təsirləri keçici olaraq dayandırarlar. Şiddətli fiziki stress vəziyyətlərində vacib olan bu hormonlar xronik psixoloji stress vəziyyətlərində yüksək təzyiq, kökəlmə, sümük əriməsi, mədə xorası kimi pozğunluqlara yol aça bilər.
Bu çətin, yəni stressli həyat, iman etməyənlərin imanın qazandırdığı gözəl əxlaqdan uzaq yaşamalarının nəticəsidir. Bu gün həkimlər stressin təsirindən qorunmaq üçün hüzurlu və sakit bir xarakterə, rahat, inamlı və narahatlıqdan uzaq bir psixologiyaya sahib olmağın lazım olduğunu bildirirlər. Hüzurlu və rahat bir psixologiya isə yalnız Quran əxlaqını yaşamaqla mümkündür. Belə ki, Allah Quranda bir çox ayədə iman edənlərin üzərilərinə “ güvən duyğusu və hüzur .( Bəqərə surəsi, 248; Tövbə surəsi, 26, 40; Fətih surəsi, 4, 18) endirdiyini bildirməkdədir. Rəbbimizin iman edən qulları üçün vədi isə bir ayədə belə bildirilməkdədir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. ( Nəhl surəsi, 97)