Adnan Oktarın 5 yanvar 2010-cu ildəki Mavi Karadəniz və Kocaeli TV-dəki reportajından
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Heç şübhəsiz, mənim vəlim, kitabı endirən Allahdır.” Yəni məni qoruyan, Quranı endirən Allahdır. “O salehlərin qoruyuculuğunu (vəliliyini) edir.” Allah yolunda olan hər kəsin qoruyucusu; Mehdi (ə.s)-ın, hz. Məsih (ə.s)-ın, Mehdi (ə.s)-ın tələbələrinin, Məsih (ə.s)-ın tələbələrinin, Axırzaman müsəlmanlarının. “Onlara bir ayə gətirmədiyin zaman:” sən onu, (enməyən ayəni) yığıb-toplasana deyərlər.” Yəni Peyğəmbər (s.ə.v)-in Quranı özünün yazdığına inanan bir çox pozğun var, indi də elə tiplər var. O zaman da bu tip insanlar vardı.
“De ki: “Mən, yalnız mənə Rəbbimdən vəhy olunana uyaram.” Peyğəmbər (ə.s) yəni mən vəhyə uyuram, deyir, öz-özümə bir şey etmərəm deyir. “Bu, Rəbbinizdən olan bəsirətlərdir;” Bəsirət, bəsirət, yəni ağıllı, gözəl, doğru düşünmə. “…İman edəcək bir birlik üçün hidayət və rəhmətdir. Quran oxunduğu zaman, dərhal onu dinləyin və susun.” Haramdır. Məsələn, Quran oxunur, mən Topqapıda da gördüm, məsələn Quran oxunur, turistlər qışqırır-bağırır, danışırlar, yəni bu çox qəribə bir şeydir. Bax, “Quran oxunduğu zaman, dərhal onu dinləyin və susun.” Allah deyir. Məsələn, çayxanalarda da Quran oxunur, millət işində-gücündədir, qışqırıb-bağırırlar. Olmaz, haramdır. Susub dinləmək lazımdır.
“…Ümid edilər ki, rəhm olunarsınız.” Bu bilinməyən fərzlərdəndir. Baxın, “Quran oxunduğu zaman, dərhal onu dinləyin.” Baxın, bu bir fərzdir, möhkəm bir hökmdür. Dinləyəcək, dinləmək fərzdir. İkincisi, danışmaq haramdır, Quran oxunarkən susulacaq. Ya televizoru bağlasın, yaxud o oxuyan insan dayansın və yaxud dinləyəcəklər. Əksi Qurana hörmətsizlik olar və haramdır. “…Ümid edilər ki, rəhm olunarsınız.” Bax, Allah hər zaman Quranda nəzakətli bir üslub ilə təhdid edir, o, Allahın bir gözəlliyidir, nəzakətli bir üslub istifadə etmişdir. Bax, “…ümid edilər ki, rəhm olunarsınız.”
Əksini edəndə nə olar? Rəhm olunmamış olarıq. “Rəbbini, səhər-axşam, yüksək olmayan bir səslə, öz-özünə, ürpərtiylə, yalvara-yalvara və için-için zikr et. Qəflətə qapılanlardan olma.” Baxın, “Rəbbini səhər-axşam” yəni həmişə, tez-tez. “Yüksək olmayan bir səslə”, qışqıra-qışqıra deyil. “Öz-özünə” yəni özün eşidəcəyin qədər. “Ürpərtiylə” yəni bütün fikrini toplayaraq, eşq ilə, dərinliklə, ehtirasla. “Yalvara-yalvara“, acizliyini bilərək, yalvarma tərzində. “İçin-için” yəni içdən gələrək, vicdanın içindən gələrək “zikr et”, dua et. Allaha yaxınlaş, Allahı o şəkildə zikr et. “…Qəflətə qapılanlardan olma.” İndi, bu da fərzdir.
Bax, səhər-axşam 1, yüksək olmayan bir səs 2, öz-özünə 3, yəni içindən ürpərti ilə, yalvara-yalvara, yəni coşğu ilə, həyəcan ilə və dərinlik ilə, için-için zikr et. Adamın biri başqa cür dua etsəm, nə olar deyər. Duada bir sirr var. Yəni dua, haqqı ilə edildiyində çox böyük nəticə alınar, çox böyük nəticə. İnsanlar bunu bilmirlər. Yəni dua edirəm, olmur deyir. Hər dua qəbul olar. Təcəlli etməyə bilər, amma onun savabını alarsan. Aydın oldu mu? Dua bir ibadətdir. İbadət qəsdiylə edilər və Allah rizası üçün edilər. Olmursa, xeyir var. Deyir ki, məsələn Amerikaya gedəcəyəm.
Qardaşım, qanqsterlər səni orada öldürsə, ya başına bir şey gəlsə, Allah ona maneə törətmiş olur, bir xeyir var. Gedə bilmədi deyə məxmərək tökür. Allaha həmd edəcək. Ya Rəbb, bunda bir xeyir, hikmət vardır deyəcək. Məsələn, avtobusu qaçırır, dəli olur. Təvəkkül et, bir xeyir vardır. Məsələn, yol qəzası keçirir, bir xeyir vardır. Allah onu çox daha böyük bir bəladan qurtarmışdır, Allah Özünə döndərmək istəmişdir, dərin düşünməsinə vəsilə olmuşdur, bəlkə dünyaya uymuşdur, bəlkə də bunun nəticəsində cəhənnəmə gedəcək, Allah Özünə döndərmək üçün bir qəza meydana gətirər; o, ölümü düşünər, axirəti düşünər, artıq dünyadan keçər, Allaha təslim olar.
Daha təvazökar, daha şəfqətli, daha sevgi dolu olar, o bir savab qazanar. Ətrafındakı insanlar onunla maraqlanar, əlaqə qurar, şəfqət göstərər, o ətrafındakı insanlar da ondan bir savab qazanar. Ayrıca imtahanın təbii mühiti olmuş olar və bütün insanlara bir ibrət olar, bu istiqamətdən də ayrı bir savabı vardır və o qədərdədir. Yəni deyir ki, məsələn, mən deyir, sağa-sola baxsaydım, o avtomobil məni vurmazdı. Sağa-sola deyil, istəsən belə teleskop ilə bax, böyüdücü ilə bax, quzu-quzu gedər o avtomobilin altına yatarsan. Yəni, kimsə sənə maneə törədə bilməz, o qədərdədirsə, olacaq, yəni tədbir təqdiri pozmaz. Onun üçün peşmanlıq belə; peşmanlıqdakı məqsəd bir daha etməməyindir. Amma insan bu hikmət ilə, xeyir ilə oldu deyəcək.
Yəni bunun olmasında bir hikmət var, xeyir var. Yəni mütləq xeyir var. Amma bir daha olmaması üçün mənə təcrübə oldu deyəcək, məlumat olaraq. Yoxsa vay-vay peşman olur, kaş ki, bunu etməsəydim, gedir meyxanada içir, başını divarlara vurur, bunlar alçaqlıqdır, rüsvayçılıqdır. Bunlara ehtiyac yoxdur. Doğrusu, xeyir var deyib ondan sonrasına davam edilməsidir. Çünki bura imtahan meydanıdır. Yol qəzası da olar, xəstəlik də olar, bəla da olar, ölümlər olar, deyil mi? Gənc yaşda öldü, 90 yaşında baba ölür, ona da hönkür-hönkür ağlayırlar. 100 yaşında ölür, ona da ağlayırlar. Qardaşım, nə istəyirsiniz? Siz mi yaratdınız onu, Allah yaratdı. Allah verdi, Allah aldı. Sizin məqsədiniz nədir? Niyə dərdinə düşürsünüz? Bir də niyə ağlayırsan ki? Cənnətə getdisə sevin. İnsan dünyada qalıb nə edəcək? Cənnət dünya ilə müqayisə mi olunar? Və sonsuz həyata qovuşmuş olur. Cəhənnəmə getdisə, onsuzda ona layiq olmuşdur, ona da sevin, deyil mi?