Header

Həcc surəsi; 1-4

Aa4a

ADNAN OKTARIN QAZİANTEP OLAY TV-DƏKI CANLI REPORTAJI (21DEKABR 2010)

Qurani Kc999rim 3Həcc surəsi. Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Ey insanlar, Rəbbinizdən qorxub çəkinin, çünki qiyamət saatının sarsıntısı böyük bir şeydir.” Meydana gələcək zəlzələ və sarsıntı böyük bir şeydir, deyir. Alışdığınız zəlzələlərə bənzəməz, öyrəşdiyiniz sarsıntılara bənzəməz, çox şiddətli olacaq, Allah deyir. “Onu gördüyünüz gün, hər əmzikli qadın əmizdirdiyini unudub,” əmizdirdiyi uşağını unudub “(özündən) gedəcək.” Bax, özünü itirəcək, özündən gedəcək və uşağını unudacaq, şüuru bağlanacaq Allah deyir.

“Və hər hamilə öz yükünü salacaq.” Hadisənin şiddətindən, qorxunun və çaxnaşmanın şiddətindən insan olsun, heyvan olsun, hamilə olan hər varlıq mütləq yükünü salacaq. Həm də bu möcüzə olaraq olur, təbii ki, normal halda düşük olmaya bilər, amma hamısında, bütün hamilələrdə düşük olacaq, deyir. “Hər hamilə öz yükünü salacaq. İnsanları da sərxoş olmuş görərsən.” Baxın, “İnsanları da sərxoş olmuş görərsən, halbuki onlar sərxoş deyildirlər.”

Hər hansı bir içki və ya narkotikdən qaynaqlanan bir sərxoşluq içində deyildirlər. Qorxudan, qorxunun şiddətindən sərxoş hala gəlmişlər, Allah deyir. “Ancaq Allahın əzabı çox şiddətlidir. İnsanlardan bəzisi, Allah haqqında məlumatı olmadan mübahisə edər.” Doğu Ergil hoca kimi, ortaya çıxır danışır. “Və hər azğın şeytanın dalınca düşər.” Harada anormal bir fikir varsa, harada anormal bir düşüncə varsa, gedər ona ilişər, Allah deyir. “Ona yazılmışdır: “Kim onu vəli etsə,” şeytanı vəli etsə, “şübhəsiz, o (şeytan) onu azdırar” Mütləq insanı azdırar. Normal düşüncədən, normal mühakimədən yayındırar, anormal düşünməsinə səbəb olar. “Və onu dəli atəşin əzabına yönəldər.” Onu cəhənnəmə doğru çəkməyə başlayar. Cəhənnəm atəşinə doğru çəkər, deyir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313