İçeriğe geç

Həcc surəsi; 1-4

ADNAN OKTARIN QAZİANTEP OLAY TV-DƏKI CANLI REPORTAJI (21DEKABR 2010)

 

Həcc surəsi. Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Ey insanlar, Rəbbinizdən qorxub çəkinin, çünki qiyamət saatının sarsıntısı böyük bir şeydir.” Meydana gələcək zəlzələ və sarsıntı böyük bir şeydir, deyir. Alışdığınız zəlzələlərə bənzəməz, öyrəşdiyiniz sarsıntılara bənzəməz, çox şiddətli olacaq, Allah deyir. “Onu gördüyünüz gün, hər əmzikli qadın əmizdirdiyini unudub,” əmizdirdiyi uşağını unudub “(özündən) gedəcək.” Bax, özünü itirəcək, özündən gedəcək və uşağını unudacaq, şüuru bağlanacaq Allah deyir.

“Və hər hamilə öz yükünü salacaq.” Hadisənin şiddətindən, qorxunun və çaxnaşmanın şiddətindən insan olsun, heyvan olsun, hamilə olan hər varlıq mütləq yükünü salacaq. Həm də bu möcüzə olaraq olur, təbii ki, normal halda düşük olmaya bilər, amma hamısında, bütün hamilələrdə düşük olacaq, deyir. “Hər hamilə öz yükünü salacaq. İnsanları da sərxoş olmuş görərsən.” Baxın, “İnsanları da sərxoş olmuş görərsən, halbuki onlar sərxoş deyildirlər.”

Hər hansı bir içki və ya narkotikdən qaynaqlanan bir sərxoşluq içində deyildirlər. Qorxudan, qorxunun şiddətindən sərxoş hala gəlmişlər, Allah deyir. “Ancaq Allahın əzabı çox şiddətlidir. İnsanlardan bəzisi, Allah haqqında məlumatı olmadan mübahisə edər.” Doğu Ergil hoca kimi, ortaya çıxır danışır. “Və hər azğın şeytanın dalınca düşər.” Harada anormal bir fikir varsa, harada anormal bir düşüncə varsa, gedər ona ilişər, Allah deyir. “Ona yazılmışdır: “Kim onu vəli etsə,” şeytanı vəli etsə, “şübhəsiz, o (şeytan) onu azdırar” Mütləq insanı azdırar. Normal düşüncədən, normal mühakimədən yayındırar, anormal düşünməsinə səbəb olar. “Və onu dəli atəşin əzabına yönəldər.” Onu cəhənnəmə doğru çəkməyə başlayar. Cəhənnəm atəşinə doğru çəkər, deyir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz