Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (2 Noyabr 2010)
ADNAN OKTAR: Münafiqun surəsi, 4 “Sən onları gördüyün zaman cüssəli bədənləri xoşuna gəlir.” Yəni xarici görünüş olaraq bəzəkli-düzəkli gəzirlər, bəyənərsən, deyir. Yəni bilmədiyi üçün normal bir şey zənn edir. “Danışdıqları zaman da onları dinləyərsən.” Çünki sünnədən, itaətdən, əxlaqdan, namusdan, halbuki, sıfır nömrə əxlaqsız və namərddirlər. Çünki onlarla birlikdə olan qadınlar da, münafiqun və münafuqat eyni hökmdədir, onların nikahı da düşmüş olur. Onların birliyi də qeyri-qanuni əlaqədir, yəni fahişəlikdir. Hər ikisi də fahişə hökmündədir. Çünki münafiqin nigahı olmaz, nigahı etibarsızdır. Münafiqin hər şeyi küfrdür, cəhənnəm əhli olmuş olurlar. Amma, “danışdıqları zaman da onları dinləyərsən.” Məsələn, Bədiüzzamanla əlaqədar, münafiqlər o zaman çıxırdılar, adamın biri Bədiüzzaman 60 cəhətdə əhli sünnəyə uyğun deyil deyir, münafiq saqqalını oxşayır, azğın. Haradan anladın, deyirsən. İzah edim, deyir. Bir öskürür, uzun-uzun həqiqətən izah edir. Əgər adam elm sahibi deyilsə, inanar. Bədiüzzamana elə böhtan atanlar olmuşdu mu, Berkerim?
ALTUĞ BERKER: Əlbəttə ki, hocam, inşaAllah.
ADNAN OKTAR: İzah et bir az baxaq, inşaAllah.
ALTUĞ BERKER: Əstağfirullah, hocam. Ona baxmayaraq, onlara siz ilişməyin deyirdi, hocam, Bədiüzzamana o böhtan atanlar olmuşdu, hocam.
ADNAN OKTAR: Təbii ki, bax, Bədiüzzaman nə deyir? “Əsla onlara ilişməyin” çünki murdardır. Çünki münafiq olduqları üçün, münafiqlə mübarizə xüsusi elm tələb edir. Tələbə onunla mübarizəyə girsə, məğlub ola bilər. Bədiüzzaman münafiqi ilana bənzədir, ilan kimidir yəni, çox şeytani bir zəkası vardır. Ağlasığmaz manevr qabiliyyəti olduğu üçün müsəlmanı zahirən əgər məlumatsız və təcrübəsizdirsə, mat edə bilər. Onun üçün “əsla ilişməyin” deyir. Məsələn, burada da alim bilinən bir insan, Bədiüzzamanın dinsiz imansız olduğunu (haşa), əhli-sünnə düşməni olduğunu, azğın olduğunu yaymışdı.
II Əbdülhəmid zamanında saraya da jurnal etmişlərdi. Bədiüzzamanı o zaman dövlətə də jurnal etmişlərdi, o səbəblə Bədiüzzaman ağıl xəstəxanasını qoyuldu, ağıl xəstəxanasına apardılar. Yəni ağlı yerində deyil deməyə gətirdilər. Halbuki, Bədiüzzaman dahidir, tam bir dahidir, mükəmməl bir insandır. Lakin münafiqlərin ifasıyla, münafiqlərin təhrikiylə dövlətə səhv məlumat çatdırıldığı üçün, II Əbdülhəmid zamanında ağıl xəstəxanasına yatırdıldı. Və həmişə həbs, həmişə həbs, həmişə həbs. Həbsləri təşkil edənlər həmişə münafiqlər oldu, münafiqlərdən gələn məlumat. Həmişə əhli sünnəyə zidd, azğın, səhv yolda deyərək, o zamanın fırıldaq saxtakar münafiqləri, həm İslamın yayılmasını əngəllədilər, həm İslam Birliyini əngəllədilər, həm Türk-İslam Birliyini əngəllədilər, ona gedən yolları əngəllədilər, var gücləriylə cəhd göstərdilər. Amma buna baxmayaraq, Bədiüzzamanı dayandıra bilmədilər, Bədiüzzaman daha çox savab qazandı.
“Sanki onlar (sütun kimi) dayandırılmış taxta-kötük kimidirlər.” Bir yerə arxalanmışlar, münafiqlər həmişə bir yerə arxalanırlar, amma Allah kötüyə bənzədir, bomboş kötük. Bir məxluq olduqları üçün, Allah heyvana da bənzətməmişdir, heyvana da bənzətmir. Boş kötük kimi bomboş, yəni səs gəlir, məxluq, odun kimidir. Onların o qəlib və mənasız ruhlarını, o küt ruhlarını, o sevgisiz, manyak ruhlarını Allah bir kötüyə bənzətmiş, amma arxalanmış, özü ayaqda dayana bilmir. Münafiq mütləq başqa münafiqlərə, küfrə və dəlalətə arxalanar. Münafiq heç bir zaman tək gəzməz. Onun üçün ya bir yuvaya gedər, ya onun murdar bir mağarası vardır, ya donuzun əlaqədar yerinə gedər yapışar, oradan qüvvət tapar.
“Taxta-kötük kimidirlər. Hər çağırışı özləri əleyhində sanarlar.” Məsələn, bizim bu danışıqlarımızın hamısını münafiqlər dinləyirlər, hal-hazırda yüzlərlə münafiq dinləyir. Məsələn, bu Allahın hikmətidir, normalda belə olmaması ümid edilər. Böyük bir diqqətlə dinləyirlər. Bax, Allah deyir ki: “Hər çağırışı özləri əleyhində sanarlar.” Məsələn, münafiqlər buradakı bütün danışıqları olduğu kimi dinləyər. Yəni hamısı deyir ki, mənə söylədin. Doğrudur, sənə söylədim. Bax, məsələn deyir ki, ayrı-ayrı məsələn, yüzlərlə ayrı münafiq, ondan soruşuruq, mənə söylədi, yalnız mənə söylədi, o birisinə soruşuruq, kimə söylədi, mənə söylədi deyir. Allah nə deyir bax: “Hər çağırışı özləri əleyhində sanarlar. Onlar düşməndirlər.”
Bax, Allah bunu küfr üçün demir, münafiqlər üçün deyir “düşməndirlər.” O zaman müsəlman onlara qarşı nə olur? Biz küfrə düşmən deyilik, darvinistə, materialistə, kommunistə, faşistə düşmən deyilik, onları öyrədirik, cahil məlumatsız insandırlar. Bədiüzzaman bunu çox əhatəli izah etmişdir. “Buna görə onlardan çəkinin.” Çəkinmək nə deməkdir? Son dərəcə diqqətli olunacaq, tətikdə olunacaq və çəkinilməsi lazım olan məxluqlardır. Müxbirlik edər, xəbər aparıb-gətirər, böhtan atar, alçaqlıq edər. Müsəlmanların gücünü qırmağa çalışar. Müsəlmanların mənəvi gücünü qırmağa çalışar. Müsəlmanların inkişafını dayandırmağa çalışar. İslam Birliyini dayandırmağa çalışar, Türk-İslam Birliyini dayandırmağa çalışar. Mehdiyyətin inkişafını, Mehdi (ə.s) müjdəsini dayandırmağa çalışar. İsa (ə.s)-ın müjdəsini dayandırmağa çalışar. Bunu edərkən nə edər? Quran və hədislə öz ağlına görə və xurafatlarla ortaya çıxar və yolu çox şeytanidir. Onu üçün Peyğəmbərimiz (s.ə.v) deyir, “münafiqlər Mehdi (ə.s)-a qarşı, Quranla qarşısına çıxacaqlar,” Quranla, hədislə. “Mehdi (ə.s) da onlara qarşı Quranla, hədislə cavab verəcək” deyir.
Peyğəmbərimiz (s.ə.v) hədisdə “onun üçün onun işi çətindir” deyir. Bax, ona deyir, Quranla qarşı çıxacaqlar. Bax, “çəkinin,” çəkinmək nə deməkdir? Çəkinmək nə deməkdir? Tətikdə olmaq, diqqətli olmaq, ola biləcək oyunlara qarşı tədbir görmək, xəbərdar etmək. Hücumlarına qarşı digər müsəlmanları məlumatlandırmaq. Onun üçün müsəlman birliklərdə, məsələn, müsəlman qrupları olur, camaatlar olur, əfəndilərin inkişaf etdirdiyi kiçik müsəlman birliklər olur. Münafiq oradan çıxıb gedir, o biri camaat birliyə deyir ki, filan şeyx çox zalımdır, çox ağılsızdır (haşa), günahkardır, əhli sünnə yolunda olmayan bir insandır.
Onun üçün mən sizin yanınıza gəldim. Siz mömin müttəqi insanlarsınız, Allah qurtardı, yaxşı oldu yanına gəldim, deyir. İblis şəkil dəyişdirmiş olaraq ora gəlir. Saf müsəlman xəbəri yoxdur, maşaAllah buyur deyir. Ey iblis buyur baxaq deyir, iblisi evin içinə salır. O, orada müsəlmanları təsbit edir, nə yeyərlər, nə içərlər, nə edərlər. Hamısını təsbit etdikdən sonra, gedir müsəlmanları şeytani bir xəbər, şeytani bir böhtanla zərər çəkmiş vəziyyətdə buraxır. Arxasından da deyir ki, sizin içinizdə hər halda bir münafiq var. İçlərindən ən təqva gördüyü müsəlmana bu etmiş ola bilər, belə bir xəbər aldım, deyir. Münafiq çox böyük oyun oynayar, onun üçün bir münafiq müsəlman camaatına gəldikdə, müsəlmanlar mütləq o münafiqi, ey iblis səndən Allaha sığınarıq deyib qovsunlar.
Məsələn, mən dedim, Şeyx Nazim hocamın camaatından, birliyindən biri bizə gəlsə, (haşa), çox səhv yoldadırlar, Allah məni qurtardı yanına gəldim desə, sifətinə tüpürərəm, ey iblis deyərəm, dərhal get. Ey iblis, dərhal get, rədd ol deyərəm. Ediləcək şey budur. Buna diqqət yetirəcəyik, inşaAllah. Bax, “buna görə onlardan çəkinin.” Son dərəcə diqqətli və tətikdə olunacaq. O zaman nə olur? Müsəlmanın diqqəti açılır, ağlı açılır, savabı artır, müvəffəqiyyəti artır. Yoxsa başqa cür əldən düşmüş olar. Münafiq nəyə yarayır?
Ayıqlıq və diqqətə vəsilə olur. Əzmə və səyə səbəb olur. Allah onu elə yaratmışdır. “Allah onları qəhr etsin” Allah deyir. Bax, Allah Özü, onları qəhr edəcəyini söyləyir. Allah onları qəhr etsin nə deməkdir? Mən onları qəhr edəcəyəm, Allah deyir. Dünyada vəsvəsə və ağrılarla, sinir gərginliyi və əzabla, dünyaları cəhənnəmə dönər. Heç bir münafiq dinc yaşamaz. Daima gərginlik halındadır, daima ağrılar içərisindədir. Müsəlmanların yanında keçən ömrünə yanar, oradan ayrı bir canı yanar. Müsəlmanlara verdiyi pula, markaya, imkana ayrı bir canı yanar. Amma can yanma nədir bilirsən mi, qaynar suda qaynayırmış kimi çox canı yanar. Gecə-gündüz ağlından çıxmaz, Allah onu ona fitnə olaraq yaradar, əziyyət olaraq.
Məsələn, iyirmi ilini müsəlmanlara vermiş, o iyirmi il ona iyirmi milyon əza olaraq üzərinə çökər. Səhər-axşam onun acısından xilas ola bilməz. Məsələn, müsəlmanlara bir az malından-mülkündən vermiş, o mal-mülk hər gün onu sanki dağlayır, canını yandırar, müdhiş iztirab duyar. Kaş ki, etməsəydim, kaş ki, getməsəydim, kaş ki, bunu etməsəydim, o iztirabla yanar qovrular, Allah onları dünyada məhv edər. Axirətdə də sonsuz cəhənnəm əzabı vardır, onun üçün deyir ki, “Allah onları qəhr etsin; necə də çevrilirlər.” Münafiq fırıldaq kimidir dönər, çox saxtakardır. Dinsizlərin yanında modabaz çaqqal kimi yaşayar. Nur tələbəsinin yanına gedər özünü Nur tələbəsi kimi göstərər. Mahmud hocamın camaatına gedər, Mahmud hocamın tərəfdarı kimi görünər. Müsəlman başqa bir qrupun yanına gedər, məsələn, Esat Coşan hocamızın tələbələrinin yanına gedər, onlardanmış kimi görünər. Bax, “necə də çevrilirlər” Allah deyir. Çox fırıldaqçıdır, hər yerə uyğunlaşar, çox saxtakardır, onu ona qatar, bunu-buna Qatar, sezilməsi çox çətindir. Münafiqə qarşı çox diqqətli olunmalıdı.