İçeriğe geç

Əhzab surəsi; 1-6

Adnan Oktarın 5 fevral 2011 Kahramanmaraş Aksu Tv-dəki canlı söhbətindən

“Rəhman Rəhim olan Allahın adıyla.” Şeytandan Allaha sığınıram. Əhzab surəsi, 1-ci ayə. “Ey Peyğəmbər, Allahdan çəkin”. Halala, harama diqqət yetir, Quranın hökmlərinə qarşı dəqiq ol. “Kafirlərə və münafiqlərə itaət etmə.” Darvinist, materialist, ateist, faşist, kommunist; heç birinin fikirlərinə itaət etmə, düşüncələrinə itaət etmə. Onları təqlid etmə. Meymun xarakteri göstərmə. Qurandan aldığın feyzlə, Quranın ruhuyla hərəkət et. Axırzamana görə şərh edirəm, inşaAllah. “Şübhəsiz Allah, biləndir, hökm və hikmət sahibidir.” “Sənə Rəbbindən vəhy edilənə uy.” Yəni Qurana uy. “Şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır.” “Allaha təvəkkül et; vəkil olaraq Allah yetər.”

Yəni heç narahat olmağına ehtiyac yoxdur. Rahat ol. Özünü narahat edəcək bir ruh halı içərisində olma. Allah hər şeyi ən gözəl şəkildə yerinə yetirəcək. “Peyğəmbər, möminlər üçün öz nəfslərindən daha öndədir.” Yəni onu daha əvvəl qiymətləndirər. Məsələn, Mehdi (ə.s) üçün də eynidir. Biz fədakarlıqda Mehdi (ə.s)-ı daha öndə tutarıq. Onun müvəffəqiyyətli olması üçün, faydalı olması üçün, təsirli olması üçün öz mənfəətimiz varsa, ondan imtina edərik, onun imkanlarını genişləndirərik, inşaAllah. “Onun zövcələri də onların analarıdır. Rəhm sahibləri (qohumlar) da, Allahın Kitabında bir-birlərinə o biri möminlərdən və mühacirlərdən daha yaxındırlar. Ancaq dostlarınıza maruf üzrə edəcəkləriniz başqa; bunlar Kitabda yazılmışdır.”

Peyğəmbərimiz (s.ə.v)-in zamanında təsəvvür edək ki, Peyğəmbərmiz (s.ə.v)-ə tərəf ox gəlir havadan, yaxud mizraq atdılar. İndi başqa həlli yoxdur. Nə edilər? Önünə geçərsən. Orada başqa bir yol yoxdur. Çünki qalxan yoxdur, bir şey yoxdursa, Quranın hökmü budur. Ox alnının ortasına gəlir və yaxud sinəsinə gəlir, sən dayandırarsan. Bu nə deməkdir? Nəfsindən daha öndədir. Yəni öz nəfsini düşünmürsən, Peyğəmbər (s.ə.v)-i düşünürsən. Bunun tətbiqi bu şəkildədir. “Onun zövcələri də onların analarıdır.” Peyğəmbərimiz (s.ə.v)-in bütün evləndiyi xanımlar, hamısı bizim anamızdır. Əsas və öz anamızdır. Yəni “anamız” deyə xitab edəcəyik, xitab edərkən.

“Rəhm sahibləri (qohumlar) da, Allahın Kitabında bir-birlərinə o biri möminlərdən və mühacirlərdən daha yaxındır.” Yəni öz qardaşı isə, məsələn, atası isə “Allahın kitabında bir-birlərinə o biri möminlərdən və mühacirlərdən daha yaxındır.” O dövrdə elə bir yoldaşlıq, dostluq olmuşdur, yəni mühacirlər öz qardaşından daha önə keçmişlər. Amma ikisi də təqvalıdır. Məsələn, malını, mülkünü mühacir qardaşına verir. İmkanı varsa, ona verir. Halbuki, Quranda varis olanlar, məsələn, varislik varsa, qohumlara keçər. Uşaqlara keçər. Amma elə bir şey olmuşdur ki, artıq digər qardaşlarına, hər kəsə dağılır. Allah onun üçün orada bu üstünlük sırasını xatırladır. “Əvvəl qohumlara” deyir. Yəni vərəsəlik uşağına, yaxınlarınadır. Çünki onsuz da onlar da Allah rizası üçün istifadə edirlər, inşaAllah.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz