İçeriğe geç

Ənfal surəsi; 71-72

Adnan Oktarın 4 fevral 2011 Kocaeli Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Bismillah, şeytandan Allaha sığınıram. Ənfal surəsi, 71. Şeytandan Allaha sığınıram. “Əgər sənə xəyanət etmək istəyərlərsə, onlar daha əvvəl Allaha da xəyanət etmişlərdi; beləcə O da, “pozğunluğa məruz qalmaları (üçün) sənə imkan vermişdi.” Deməli, küfrün pozğunluğa məruz qalması üçün Allahın imkan verməsi və Allahın xüsusi mühit hazırlaması lazımdır və güc verməsi lazımdır. Deməli, sosioloji güclərlə olmurmuş. Nə ilə olurmuş? Allahın güc verməsiylə və zəmin hazırlamasıyla olurmuş. “Allah, biləndir, hökm və hikmət sahibidir. Həqiqət budur ki, iman edənlər, hicrət edənlər,  Allah yolunda mallarıyla və canlarıyla cihad edənlər, hicrət edənləri saxlayanlar və kömək edənlər, bir-birlərinin vəlisi olanlar bunlardır.”

Bax bir; iman etmək, iki; Allah yolunda hicrət etmək. Küfr isə, dinsiz, imansızsa anasının, atasının yanında dayana bilməz. Müsəlmanların yanına gedəcək. “Allah yolunda mallarıyla,” malını, mülkünü Allaha təslim edəcək. “Və canlarıyla,” lazım olsa, Allah yolunda canını verəcək, gəncliyini verəcək, həyatını verəcək. “Cəhd edənlər, hicrət edənlər” yəni Allah yolunda mübarizə aparanlar “və onları saxlayanlar,” Hicrət edənlər; məsələn, Allah rizası üçün, həqiqətən məcbur olduğu üçün, çətin vəziyyətdə olduğu üçün müsəlmanın yanına gəlmişdir. Müsəlman nə edəcək? Onu saxlayacaq. Səmimi müsəlmandırsa, nə edirsənsə et deməz.

“Və kömək edənlər,” lazım olsa; məsələn, bir çörək yeyirsə, yarısını qardaşına verəcək, kömək edəcək. “Bir-birlərinin vəlisi olanlar bunlardır.” Dost, qardaş, qoruyucu olanlar bunlardır. “İman edib hicrət etməyənlər, onlar hicrət edənə qədər, sizin onlara heç bir şeylə vəlayətiniz yoxdur.” Onları siz qorumaq vəziyyətində deyilsiniz, deyir Allah. “Amma din mövzusunda sizdən kömək istəyərlərsə, kömək üzərinizdə öhdəçilikdir.” Yəni Quranın, dinin bir hökmünü soruşurlarsa, onlara izah edərsiniz. Amma onun xaricində adam, Allaha, dinə özünü həsr etmədisə, küfrün içində yaşayırsa və müsəlmanların yanına hicrət etmədisə bir məcburiyyət yoxdur. “Ancaq, sizlərlə aralarında razılaşma olan bir qövmün əleyhində deyil.” Yəni gedib bir rüsvayçılıq çıxarmaq istəsə, gedib rüsvayçılıq çıxarsa, orada da ona kömək etmək vəziyyətində deyilsən. Çünki söz dinləmirsə, orada müsəlman qarışa bilməz. “Allah, etdiklərinizi görəndir.” Deməli, Allah bizi indi seyr edirmiş, deyilmi seyr edir? Adam elə danışır ki, sanki Allahın heç bir şeydən xəbəri yoxmuş kimi. Hər şey sosioloji, psixoloji, morfoloji inkişaf edirmiş kimi, elə bir şey olmaz. Sosiolojini yaradan da Allahdır, qlobal güclər ortaya çıxarmır. Qlobal gücü də Allah yaradar, inşaAllah.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz