Adnan Oktarın 3 fevral 2011 Samsun Aks Tv-dəki söhbətindən
Bismilləhirrəhmənirrəhim, Rəhman və Rəhim alan Allahın adıyla; “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.”
Hamımız tək bir nəfsdən yaradıldıq, Allahın ruhunu daşıyırıq. Mövcud olan bir vəziyyəti söyləyir Allah. İnsanlar bir kişi və bir qadından, Həvva anamızdan və hz. Adəm (ə.s)-dan çoxaldı. “Rəbbinizdən qorxub çəkinin.” Allahdan qorxmaq hər cür gözəlliyin, keyfiyyətin başıdır. Allahdan qorxan çox fövqəladə olar, gözəl olar. Həyatı da çox keyfiyyətli olar. Rəftarları çox mükəmməl olar. İlk öncə vicdanı çox gözəl olar. Ayıq olduğu müddət içərisində həmişə çox gözəl rəftarlar göstərər, Allah qorxusuna əsaslanaraq. “Bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq kəsməkdən çəkinin.” “Ananıza, atanıza, qohumlarınıza, böyüklərinizə qarşı sevgi dolu olun” deyir. Allahdan çəkinin; Allahın halallarına, haramlarına diqqət yetirin. Və yaxınlarınızı sevin. Qurana, dinə, İslama söz etmirlərsə, onlara qarşı qoruyucu, şəfqət dolu olun. Çünki ana-ata sevgisi çox zövqlü, gözəldir. Nənələr, babalar çox sevimli olarlar, onlar evin bəzəyidir. Xüsusilə, nənələr, babalar, deyilmi? Hər evə lazımdır. Mənim babam çox şahanə idi, nənəm çox şahanə idi. Üslubları gözəldir, evin gözəlliyidir, onlara şəfqətli davranmaq lazımdır. Yaşlandıqlarında bir az xasiyyətləri pozula bilər, anlayışlı davranmaq lazımdır. Əsəbi ola bilərlər, tərslik edə bilərlər. Səbirsiz olmaq olmaz. Amma dinə, imana, müqəddəsata hücum edirlərsə, o zaman edəcək bir şey olmaz. Ayənin hökmü açıqdır, o zaman itaət olmaz. Amma dinə, İslama, Qurana hörmət etdiyi müddətcə müsəlman onlara qarşı kölə kimi olacaq, kölə övladı kimi olacaq. Hörmətdə qüsur olmaz. Anaya hörmət bərəkətdir. Çox gözəl olar. Əlini öpəcək belə, yanaqlarını öpəcək, kömək edəcək, “aman yorma özünü” deyəcək. Mən kömək edərəm deyəcək, maddi-mənəvi hər istiqamətdən dəstək olacaq, inşaAllah.