İçeriğe geç

Ənam surəsi; 97-99 (Quranda yol tapmağı göstərən sistemə işarə)

Adnan Oktarın 22 yanvar 2011 Kahramanmaraş Aksu Tv və Qaziantep Olay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Ənam surəsindən bir az oxuyaq. Şeytandan Allaha sığınıram. “O, qurunun və dənizin qaranlıqlarından yolunuzu tapmağınız üçün sizə ulduzları var edəndir. Bilən bir birlik üçün Biz ayələri bir-bir (hissə-hissə) açıqladıq.” “Yolunuzu tapmağınız üçün,” keçən gün avtomobildə gedirdik, cibindən telefonu çıxardı, telefon kimi bir şey, gedəcəyimiz yer görünür. Avtomobilin getməsi də görünür üzərində, naviqasiya… Bir peyk kanalıyla edilirmiş. Hətta bir neçə peyk kanalıyla edilirmiş. Avtomobil hara getsə prospekti göstərir, gedəcəyimiz nöqtə də müəyyəndir, o da görünür. Əlimizlə qoymuş kimi axtardığımız ünvanları tapdıq. Nə deyir bax ayədə? “O, qurunun və dənizin qaranlıqlarından yolunuzu tapmağınız üçün sizə ulduzları var edəndir.” Ulduz, səmada parlayan cisimlərdir. Peyk də məsələn, havada dayanan peyk baxdığımızda, sabit peyk tərtəmiz parlayır. Hətta ulduzlardan daha çox parlayır. Par-par parlayır, bu, Quranın bir işarəsidir. Çünki dəqiq yol tapmağı təmin edən bir sistemdir. “O, göydən su endirəndir.” Şeytandan Allaha sığınıram.

“Bununla hər şeyin bitkisini bitirdik, ondan bir yaşıllıq çıxardıq, ondan bir-biri üstünə mindirilmiş dənələr yaradırıq.” Yaşıllıq, xlorofilin rəngi yaşıldır, xlorofil kanalıyla bitkiyə qida verilir. O qidaları da insanlar yeyirlər. Və dənələrinin meydana gəlməsində də yenə xlorofil istifadə edilir. Ona işarə var. “Meyvəsinə, məhsul verdiyində və yetkinliyə çatdığında baxın” deyir Allah. “Meyvələri araşdırın” deyir. Bitkiləri və meyvələri. Həm də hamısını. “Bütün meyvələri araşdırın” deyir Allah. “Şübhəsiz, inanacaq bir qövm üçün bunda həqiqətən ayələr vardır.”

Biz bəzən meyvələri göstəririk, şəkil olaraq göstəririk. Bax, “şübhəsiz, inanacaq bir qövm üçün bunda həqiqətən ayələr vardır.” Məsələn, bax, Allah “bunlarda ibrət vardır, diqqətli baxın, araşdırın” deyir. Hər birinin qoxusu, dadı, rəngi, forması… Gözə də çox xoş gəlir, qoxusu da çox gözəldir, dadı çox gözəldir. Mineral, vitamin cəhətdən çox zəngindir, içində zülal da var, maşaAllah. Xurmaya mən çox heyrətlənirəm, bal kimi bir şeydir. Çöldə belə bir bitkinin yetişməsi çox heyrətvericidir, belə bir meyvənin meydana gəlməsi, deyilmi? Qurudulmuş balqabaq şirini kimi, hansı ki, sobada qurudulur. Çox gözəldir. Allah, “meyvələri düşünün” deyir.

Adam alıb meymun kimi yeyir. Elə deyil, Allah onu düşünməyimizi istəyir. Ona şükür etməyimizi, Allahın yaratdığı o gözəlliyi təfəkkür etməyimizi istəyir. Çünki qabığı laklı kimi tərtəmiz parlayır. İçi çox gözəldir, qoxusu çox gözəldir, turşuluğu çox mükəmməldir, şəkər nisbəti çox mükəmməldir. İçində yağ olur, zülal da var, karbohidrat da var. Demək olar ki, ehtiyac olan bütün vitamin növləri var, bütün mineral növləri var və içindəki su da nəfisdir, tərtəmiz və fövqəladə gözəl bir dadı var. Qoxusu onsuz da gözəldir. Allah bunları insanlara təqdim edir. İnsanlar deyir ki; “təsadüfən oldu”. Bu, vicdansızlıq olar. O zaman Allah, o nemətləri axirətdə onlardan alacaq. Madam ki, təsadüf olduğuna inanır. Təsadüfə bənzədiyinə inandığı meyvələri yeyəcək, onlardan da çox xoşları gəlməyəcək. Çox deyil, heç xoşları gəlməyəcək, inşaAllah.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz