Header

Nur surəsi; 64 (Quranda verilən məlumatlar çox əhəmiyyətlidir)

Aa4a

Adnan Oktarın 26 fevral 2011 Kahramanmaraş Aksu Tv və Qaziantep Olay Tv-dəki canlı söhbətindən

Quran KarimADNAN OKTAR: Nur surəsi, Şeytandan Allaha sığınıram. “Diqqətli olun, göylərdə və yerdə olanların hamısı Allahındır.” Deməli, şəxsə aid bir mal yoxdur. “O, üzərində olduğunuz şeyi əlbəttə bilər və Ona qayıdacaqları gün etdikləri özlərinə xəbər veriləcək. Allah hər şeyi biləndir.” Bizə bəlkə kiçik bir kristal parçası kimi bir şey veriləcək, bir yaddaş. Bütün həyatımızı ehtiva edən bir yaddaş. Bütün söhbətlərimizi, bütün təsvirlərimizi ehtiva edən yaddaş. Orada, o kanalla bizim bütün etdiklərimiz bizə göstəriləcək. İman edənlər sağ əllərinə götürürlər, iman etməyənlərin sol əllərinə verilir. Əgər sağ əlindədirsə, o rahatlaya bilər. Onun üçün Quran mədəniyyəti, Quran məlumatı çox əhəmiyyətlidir. Quranı yaxşı bilən, axirətdə də o istiqamətiylə çox rahatlayar. Çünki, məsələn, o kiçik kitab bütün məlumatları ilə sağ əlinə verilir; kitab deyirəm artıq anlayın deyə söyləyirəm, məlumat xəzinəsidir. O insan mütləq cənnətə gedəcək deməkdir. Məsələn, ön tərəfində işıq varsa və sağ tərəfində də işıq varsa mütləq cənnətə gedəcək deməkdir. Allah; “qüvvətlə ümid edərlər” ümid edərlər, deyir. Və heç bir şəkildə mömin axirətdə sıxıntı duymaz. İnsan zənn edir ki, ölərkən canı yanar və yaxud qorxar. Heç bir şey olmur, Allah onların heç birini hiss etdirmir. Çünki imtahanı bitdiyi üçün, imtahan bitdikdən sonra çətinlik və əziyyətin mənası olmadığı üçün Allah artıq dayandırır. Axirətdə də elədir, imtahanı bitmişdir, orada da hər hansı bir qorxu, narahatlıq olması mümkün deyil. Amma küfrün hər anı acı və əzabdır, hər anı. Canının alınması ayrı bir acıdır, axirətə gedişi ayrı bir acıdır, cəhənnəmin kənarına oturdulmaları ayrı bir acıdır, süründürülərək aparılmaları ayrı bir acıdır. Davamlı alçaldılacaqlar.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313