Adnan Oktarın Kahramanmaraş Aksu Tv və Qaziantep Olay Tv-dəki canlı müsahibəsi (4 dekabr 2010)
Adnan Oktar:Şeytandan Allaha sığınıram. Rəhman, Rəhim olan Allahın adı ilə. İnşiqaq surəsi,“Göy yarılacağı”.Qiyamətdə atmosfer, digər ulduzlarla toqquşma və cazibə qüvvəsinin təsiriylə oradakı qazlar sorulur. Sorulduğu vaxt gördüyümüz bu mavi -göy üzü mavidir- günbəz açılar, qaralıq görünər. Yəni normalda dünyanın xarici qaradır, kosmos qaradır, tündlük hakimdir, yəni gecə kimidir. Açılanda belə baxacaqlar ki, mavilik deşilmiş, kosmos görünür, qaralıq görünür. Bu fövqəladə bir vəziyyətdir. Yəni insanların heç alışmadığı bir şeydir.
Mavi göy qübbəsinin deşilməsi və böyük bir dəliyin açılıb, böyük bir boşluq meydana gəlib, kosmosun və ulduzların görünməsi, gündüz gözüylə inşaAllah.“və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;”“Hamısı Allahın əmrindədir” -deyir Allah. Yəni göy nə vaxt yarılacaq, nə qədər yarılacaq, haradan başlayacaq, diametri nə qədər olacaq hamısı bəllidir. “Yer dümdüz ediləcəyi,” yerdə də bu vaxt, göy yarıldığı vaxt, bir quruluş dəyişikliyi olur, normalda dağlardan ibarətdir, deyil mi?
Dağlar, təpələr var, yeddi təpə var, “dünyanı bir titrəyiş bürüyəcək” -deyir Allah, zəlzələnin təsiriylə dağlar sanki ovulub qum yığını kimi olacaqlar, yəni getdikcə yırğalanar-yırğalanar və dümdüz hala gələr, getdikcə düzləşər. Bunu bir qabın içindəki şəkər tozunun qab yırğalandıqca qaba yayılmasına bənzədə bilərik. Bunun kimi “bütün yer üzü dümdüz olacaq” -deyir Allah. Yəni o zəlzələnin şiddətindən. “içindəkiləri kənara atıb boşalacağı”. İçində olanlar nədir? Maqma. Yer qabığı parçalandığı üçün və öz orbitindən çıxan dünya ilə toqquşan digər ulduzların da cəzbetmə qüvvəsilə o qarışıqlıqda Yerin içindəki maqma parçalanmanın təsiriylə boşalır.
Amma təbii ki, şiddətli bir boşalmadan söhbət gedir, hətta ayədə: “Dənizlərin yandığını görürsən”-deyir. Dənizdən maqma fışqırır və dənizdən alovlar fışqırır, dəniz yanır yəni.“və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;”“Tam Allahın istədiyi kimi olur” -deyir. Yəni insanlar zənn edir ki, belə bir vaxda -qiyamət anında- maddə özbaşınadır, özbaşına parçalanır, özbaşına yarılır, özbaşına partlayışlar olur, bütün partlayışlar, yarılma, dağılmalar hamısı Allahın nəzarətindədir. Yəni hər bir atom hara gedəcəyini bilir. Baxın atomun quruluşuna qədər. Yəni maqma püskürdükdə, məsələn, bir atom hara gedəcək, ayrı-ayrı parça, maqma hara qədər axacaq, necə parçalanacaq, hamısı “öz yaradılışına uyğun olaraq Rəbbinə boyun əgər” -deyir Allah; əydiyi zaman.
“Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!” Məsələn, nə edirik? Təbliğ edirik, namaz qılırıq, İslamı tanıdırıq Allah üçün fasiləsiz fəaliyyət göstəririk. “Sonunda Ona çatacaqsınız”, “Allaha çatacaqsınız” -deyir Allah.“Kimin kitabı sağ əlinə veriləcəksə,”sağ əlinə ona sanki kaset kimi bütün həyatını izah edən bir şey verilir, bir cisim, kiçik bir şey. “o, yüngül sorğu-suala tutulacaq”. Qurandan məlumatı olan bunu anlayacaq, yəni sağ tərəfindən həyatının təsviri olan, bütün həyatını əhatə edən, yəni, sanki, video kaset kimi kiçik bir şey verildiyi vaxt, sağ əlinə verilir, sağ əlindən alındıysa, demək o xilas oldu. Allahın vədi var, yəni ikinci ehtimal yoxdur.
Yəni artıq o sevinə bilər, sağ əliylə aldığı üçün. Sağ əli ilə alması istənilir, sağ əliylə alır inşaAllah.“və sevincək öz yaxınlarına qayıdacaqdır!”Yəni o sevinclə, o həyatından bəhs edən, o cisimlə sevinc içində yaxınlarının yanına qayıdır. Yaxınları, məsələn, yoldaşları, sevənləri, hər kim isə.“Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək!” Yəni arxadan alır. Allah göstərməsin.“O özünə ölüm diləyəcək!”“O da ölümü çağıracaq”. Yəni “artıq onun üçün bir həlak var” -deyir Allah.“və alovlu oda atılacaqdır!”
Alovlu od, yəni normal bir od deyil. Normal od sakit yanar, amma alovlu od nəzarətsiz alovlardır. Məsələn, yanğın vaxtı alovlu od olur, göyə tərəf uzanar, çox dəhşətlə yanar, yəni o cür bir yanğın olacaq deyir Allah, elə bir od olacaq deyir.“Sözsüz ki, o, dünyada ikən öz yaxınları arasında sevinc içində idi”. Onların yanında artistcəsinə hərəkətlər edir, yekəxanalıq edir, çaqqallıq edir, dinə imana haşa lağ edir, Axırzamanla öz ağlına görə lağ etdiyini düşünür, mehdiyyətə, dəccaliyyətə əhəmiyyət vermədiyini vurğulayır, heç bir şey olmayacağını zənn edir. Amma orada gördüyü dəhşət verici mənzərə qarşısında qanı donur.
“və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır”. Lağ edir, məsələn, axirətin olmadığını zənn edir, “dirilməyəcəyini hesab etmişdi” -deyir, Allah. “Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü”. Allah onun diskotekadakı vəziyyətini də görür, internet başındakı vəziyyətini də görür, küçədəki vəziyyətini də görür, bardakı vəziyyətini də görür. “Hər yerdəki vəziyyətini Mən görürdüm, təqib edirdim” –deyir, Allah.
“And içirəm şəfəqə,”yəni “günəşin doğduğu vaxta and içirəm” –deyir, Allah. “gecəyə və onun ağuşuna aldıqlarına, bədirlənmiş on dörd gecəlik aya!”Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir ayın tutulması Ramazan ayında, ay və günəş tutulması olması.“Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz”.Bir vəziyyətdən, digər bir vəziyyətə düşəcəksiniz. Yəni, dəccaliyyətdən mehdiyyətə, mehdiyyətdən yenidən dəccaliyyətə. İndi, məsələn, dəccaliyyətin içinə girdi insanlar, lakin ikinci mərhələyə girdilər indi mehdiyyət mərhələsindədirlər.
Sonra mehdiyyət mərhələsinin ardınca İisəviliyin-məsihiyyətin mərhələsinə girirlər, dünya hakimiyyəti olur, ardınca dəccaliyyət mərhələsi gəlir, arxasından da qiyamət mərhələsi gəlir, təbəqədən təbəqəyə keçirlər. Şəfəq vaxtı, mehdiyyətə işarə edir, yəni günəşin doğuşu. Gecə də dəccaliyyəti yəni İslamın qaralması. Əvvəl günəş doğur mehdiyyət hakim olur, ardınca gecə və qaranlıq gəlir.“Ağuşuna aldıqlarına” tuğyanı, dəlaləti, fitnəni, fücuru hər şeyi ağuşuna alır. Mən təbii ki, ikinci işarə etdiyi mənasını başa düşürəm. Yoxsa “gecə” məsələn, quşlar yuvalarına qayıdarlar, heyvanlar yuvalarına girərlər, eyni zamanda ayə buna baxır.
“Onlara nə olub ki, iman gətirmirlər?”–deyir, Allah. Yəni “niyə iman etmirlər?” -deyir. “və onlara Quran oxunduqda səcdə etmirlər?” Yəni, “Quranı niyə qəbul etmirlər” –deyir. Allah, “niyə bunun fərqinə varmırlar, niyə bunu qəbul edə bilmirlər” -deyir.“Əksinə, küfr edənlər haqqı yalan sayırlar” -deyir Allah. “Əksinə, dəccal tərəfdarları Quranı tamamilə təkzib edirlər” -deyir. Yəni “qəbul edəcəkləri halda, rədd edib təkzib edirlər” -deyir.
Amma bax, Quranı təkzib edirlər, Qurana qarşı bir mübarizə var. “Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!” “Mən onların fikirlərini və şüuraltının daha şüuraltını bilirəm” -deyir Allah, “hər şeyini Mən yaradıram” -deyir, çünki. “Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ”. Yəni dünyada da bəlalar, xəstəliklər, qiyamət və dəccaliyyətin əzabları, dəccaliyyətin savaşları, dəccaliyyətin onları boğması və axirətdə də sonsuza qədər cəhənnəm əzabı.
“iman gətirib” əvvəl Allaha iman edir, “yaxşı (saleh) işlər görənlər istisna olmaqla!” Saleh, yəni səmimi, ürəkdən, hər hansı bir namaz deyil, hər hansı bir sevgi deyil, hər hansı bir dostluq deyil, “səmimi olan” -deyir Allah, onu qəbul edir, səmimi olanı qəbul edir. Adi namazı, orucu qəbul etmir Allah birbaşa, səmimi olan orucu, namazı və sevgini qəbul edir, dostluğu qəbul edir. “iman gətirib yaxşı (saleh) işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır”. Yəni “fasiləsiz, tükənməz, sonsuza qədər cənnətdə xoşbəxtlik verəcəyəm onlara” -deyir Allah, “mükafat vardır və fasiləsiz savab da verəcəyəm” -deyir, “dünyada da”.