ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV VƏ QAZİANTEP OLAY TV-DƏKİ CANLI REPORTAJI (4 DEKABR 2010)

 

ADNAN OKTAR: Buruc surəsi. Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. Təbii ki, ilk Peyğəmbərimiz (s.ə.v)-in zamanındakı mənaları ayrıdır, Axırzamana baxan mənaları ayrıdır. Mən daha çox Axırzamana işarə edən tərəfiylə baxıram. Amma təbii ki, üçüncü, dördüncü mənaları olur, beşinci mənaları olur, çox mənası var.

 

Rəhman Rəhim olan Allahın adıyla.

“Bürcləri olan göyə and olsun,” Biz indi hansı dövrdəyik? Dolça; Dolça bürcü dövründəyik. Daha əvvəl Balıq bürcü vardı. Quranda nə deyir? Balıq, hz. Musa (ə.s)-ın yanında olan balıq suya girib, qaçır. Balıq bürcü bitir. Dolçanı, Yusif (ə.s)-ı götürməyə gələn qrup, dolçanı aşağı salır. Bax, Allah “dolça” deyir, dolça sözünü xüsusilə söyləyir. Tas, qab demir, ip salladılar demir, hər hansı bir şey demir, Allah dolçanı xüsusilə vurğulayır. “Dolçanı” deyir, “aşağı saldılar və Yusifi oradan götürdülər” deyir. Dolça dövründə Mehdi (ə.s) ortaya çıxır, inşaAllah. “Və o vəd edilən günə,” Mehdi (ə.s)-ın çıxış günü, İsa (ə.s)-ın eniş vaxtı, Qiyamət. “Şahid olana (görənə) və şahid olunana” şahid olan kimdir? Mehdi (ə.s)-dır, şahid olunan kimdir? Bütün müsəlmanlardır, inşaAllah.

Eyni zamanda şahid olan xalqdır, amma şahid olunan da Mehdi (ə.s)-dır, yəni hər ikisi. “Məhv olsun Əshabi-Uhdud” Allah deyir. “Məhv olsun Əshabi-Uhdud, alovlanan-yanacaq dolu o atəş,” neft. İndi məsələn, müsəlmanları əl bombasıyla yandırırlar, bomba atılır, ümumiyyətlə, həmişə müsəlmanların əli-üzü yanıqdır, uşaqlar həmişə yanmışdır. Axırzamanda müsəlmanları ümumiyyətlə, yandıraraq məhv edirlər, yaxud bombayla yandırırlar. “Özləri (atəş xəndəyinin) ətrafında oturmuşlardı.”

Məsələn, bombalayarkən, bombalanacaq sahəni təsbit edən, canlı yayım edən sistemlər var, deyilmi? Məsələn, təyyarənin içərisində oturur, yaxud əmr otağında otururlar, müsəlmanlar bombalanarkən, yandırılarkən uzaqdan təqib edə bilirlər. Ayədə nə deyir: “‘Alovlanaraq-yanacaq dolu o atəş, özləri (atəş xəndəyinin) ətrafında oturmuşlardı. Və möminlərə etdiklərini seyr edirlərdi.”Yəni bombalamağı, yandırmanı, yıxmanı seyr edirlər. Harada seyr edirlər? Ekranda seyr edirlər. Mən təkcə Axırzamana işarə edən istiqamətini söyləyirəm. Yoxsa zahiri mənası üstünədir.

“Onlardan, yalnız “üstün və güclü olan,” təriflənən Allaha iman etdiklərinə görə intiqam alırdılar.” “Sizsiniz mi müsəlman olan” deyir, “sənsən mi darvinizmə, materializmə qarşı olan, sənsən mi mehdiyyəti müdafiə edən, sənsən mi Məsihin gələcəyini müdafiə edən, o zaman biz də səni yandırarıq” deyirlər. Hz. İbrahim (ə.s)-ı yandırdıqları kimi, biz də səni yandırarıq deyirlər. Yəni “dəhşət saçacağıq” deyirlər. Məsələn, Mehdi (ə.s)-ı yandırmağa çalışacaqlar, İsa Məsih (ə.s)-ı yandırmağa çalışacaqlar, tələbələrini yandırmağa çalışacaqlar, Quran ona işarə edir. “Ki O (Allah), göylərin və yerin mülkü Onundur.” Hər şey Ona aiddir. “Allah, hər şeyin üzərində şahid olandır.”

“İndi onlar ekranda seyr edirlər amma” Allah “Mən də onları onun üstündə seyr edirəm” deyir. Allah deyir ki: “Allah, hər şeyin üzərində şahid olandır.” Onlar iki ölçü içərisində seyr edir, Allah onları üçüncü ölçüdən görür, Allah üçüncü ölçünü dördüncü ölçüdən görər. Bütün ölçüləri Allah özü yaratmışdır, bütün ölçülər Onun əmrindədir, hamısını görər. “Həqiqət budur ki, mömin kişilərlə mömin qadınlara işgəncə edənlər” Mehdi (ə.s)-a işgəncə tətbiq olunacaqmı? Tətbiq olunacaq, hədisdə var. “Dəccal” deyir, “Mehdi (ə.s)-a işgəncə edər, işgəncə etdikcə Mehdi (ə.s) genişləyər” hədisdə deyilir. “Genişləyər, şanı-şöhrəti yayılar.” “Və sonra tövbə etməyənlər” imtina etmirlər bu hərəkətlərindən, “tövbə etməyənlər; məhz onlar üçün, cəhənnəm əzabı vardır və yandırıcı əzab onlaradır.” Allah ürəklərə dırmaşan bir atəşdən bəhs edir.

“Şübhəsiz, iman edib saleh əməllər edənlərə gəlincə” bax, “şübhəsiz, iman edib” iman edir, səmimi hərəkət edənlərə gəlincə,” onlar üçün altından çaylar axan cənnətlər vardır. Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur.” Həmişə Allah suya olan həsrətimizi, suya qarşı içimizdə bir sevgi meydana gətirmişdir. İnsanlar yay olduğunda həmişə dənizə qaçmaq istəyərlər, evin qarşısında mütləq bir su olsun istəyərlər, göl kənarı istəyərlər. İnsanın ruhunda su sevgisi vardır, bu, şüuraltında vardır. Evində heç olmasa hovuz olsun istəyər, fəvvarəli bir şey olsun istəyər. Onun üçün cənnətdə hər yerdə çaylar var, kiçik arxlar şəklində də var, böyük çaylar şəklində də var. Yəni su cənnət ilə iç-içədir, su və yaşıl ağaclar. Çox böyük bir gözəllik olaraq möminlərə təqdim edilmişdir, inşaAllah.

“Doğrusu, Rəbbinin “çətin yaxalaması” şiddətlidir.” Yəni çox şiddətli tutaram” Allah deyir “yaxaladığımda, çox böyük əzab verərəm. Əvvəl buraxaram, amma tutduğumda da bərk-bərk bağırtdıraram” Allah deyir və yaxud artıq acı-acı inləyər. “Çünki O, ilkin var edən, (sonra dirildərək) döndürəcək olandır.” Bax, “Çünki O, ilkin var edən,” əvvəlcə var edən, “sonra döndürəcək olandır.” “Sonra yenidən dirildəcək olandır. İlk bizi yaradır, öldürür Allah “sonra dirildəcək olan Mənəm” deyir. “O, çox bağışlayandır, çox sevəndir.” Allah sevməyi çox sevir. Çox sevəndir. Onun üçün bizim ruhumuzda da sevmə gücü qoymuşdur. Yəni şüuraltımızda şiddətli bir sevmə və sevilmə gücü vardır. Amma həmişə onun təsiri altında olarıq.

Yəni, məsələn, mənim sizə olan sevgimin səbəbi də budur. Allahın meydana gətirdiyi şüuraltındakı gücdür, Allah onu iman olaraq insanın ruhuna qoymuşdur. Bax, “O çox bağışlayandır.” “Mən sizdən intiqam almağı deyil” Allah deyir, bağışlamağı sevirəm”, bağışlama əsasdır. Amma yetər ki, müsəlmanlar bağışlanacaq rəftar içində olsun. “Və çox sevəndir.” Allah sevməyi və sevilməyi bizə öyrədəndir. “Ərşin sahibidir” bütün kainatın, hər yerin, “Məcid (çox Uca)dır.” Bu ayə eyni zamanda Əbdülməcid dövrünə də işarə edir, inşaAllah, Məcid. Məsələn, “Allah Həmiddir” deyir, o da Əbdülhəmid dövrünə işarə edir, inşaAllah. “Hər dilədiyini edib-reallaşdırandır.” Yəni “Mən nə istəsəm” Allah deyir “onu edər, reallaşdıraram” deyir.

“Orduların xəbəri sənə gəldimi?” Bütün dünyanın ordularının xəbəri. Yəni hər cür ordu Allaha aiddir, bütün orduların sahibidir” Allah deyir. “Firon və Səmud (ordularının)? Xeyr; inkar edənlər, (kəsilməz) bir yalan içindədirlər.” Yəni daima yalanlayırlar, məsələn, darvinizmin-materializmin etibarsızlığını izah edərsən, yenə yalan danışar. Allah vardır deyərsən, inkar edər, bir şeyi izah edərsən inkar edər, daima çatışmazlıq axtarır. Allah ordulara həmişə diqqət çəkir. Həmişə dünyada fitnə çıxaran ordulardır. Yəni qan axıdan, zülm edən həmişə dünyada, yəni haqq orduların, doğru orduların xaricində həmişə zülm ordulardan gəlir.

Məsələn, Çin ordusu zülm etmişdir, Rus ordusu zülm etmişdir, Hitlerin orduları zülm etmişdir, Mussolininin orduları zülm etmişdir, milyardlarla insanı qətl etmişlər və Quranda Allah həmişə ordulara diqqət çəkər. “Firon və Səmud ordularının xəbəri” Allah deyir. “Allah isə, onları arxalarından əhatə etmişdir.” Yəni “bütün mənlikləri Mənim idarəmdədir” Allah deyir. “Xeyr, o (kitab) şərəfli üstün olan bir Qurandır. Lövhi-Məhfuzdadır. Quran da, qədərdə, Allah qatında sonsuz əvvəldən yaradılmışdı” Allah deyir, Quran Lövhi-Məhfuzda “vardır” deyir. Daha Peyğəmbərimiz (s.ə.v) anasının bətninə düşmədən Quran vardı. Daha babası hz. İbrahim yoxkən Quran vardı. Quranda Peyğəmbərimiz (s.ə.v)-in bütün həyatı izah edilir. Amma daha Peyğəmbərimiz (s.ə.v) ortada yoxdur. Amma o zaman Quran  var.