ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI REPORTAJI (6 DEKABR 2010)

 

ADNAN OKTAR: “…Gerçək budur ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah güclüdür, intiqam almağa qadirdir” (Ali İmran surəsi, 4),

 

Quranın qəbul edilməsi vicdanın bir borcudur, vicdani olaraq. Çünki Allahın varlığını bilincə mütləq bir Haqq din olması lazım olduğunu insan bilər.

 

Allah insanları səbəbsiz yaratmır. Baxın burada stəkan var. Adama desək ki; “bu stəkan nə işə yarayır?” “Bu stəkan heç bir işə yaramır” desə, nalayiqlik olar. “Qələm nə işə yarayır?” deyirik. “Qələm heç bir işə yaramır” deyir. “Bu ekran nə işə yarayır?” deyirik. “Bu da heç bir işə yaramır” deyir. Aydındır ki, hamısı bir səbəblə yaradılmışdır. Dünya da bir səbəblə yaradılmışdır. O səbəblə yaradanın adına Allah deyirik. Yaradılış məqsədi də var. Bir məqsədi  olması lazımdır. O yaradılış məqsədi də insanların imtahanıdır, inşaAllah.