Header

Məhəmməd surəsi; 16

Aa4a

ADNAN OKTARIN SAMSUN AKS TV VƏ TV KAYSERİDƏKİ CANLI REPORTAJI (3 OKTYABR 2010)

“Onlardan bəzisi gəlib səni dinləyər, necə ki yanından çıxıb-getdikləri zaman elm verilənlərə deyərlər ki: O bir az əvvəl nə söylədi? Məhz onlar; Allah, onların ürəklərini möhürləmişdir və onlar öz həva (istək və ehtiras)larına uymuşlar” (Məhəmməd surəsi 16)

Adnan Oktar: Bu münafiqlərin əsas üslublarındandır. Münafiqlər xüsusi bir dildən istifadə edirlər. Məsələn, münafiqlərin bir-birlərinə baxışmaları xüsusidir, gözlə bir-birləriylə razılaşa bilərlər. Baxar, bir-birinə işarə verərlər. Mənfi bir şey olduğunda məsələn, müsəlmanların əleyhinə bir şey olduğunda, məsələn müsəlman danışarkən bir-birlərinə baxarlar və o anda işarə verərlər. Bir də danışmaqla da bu işarəni verərlər, amma gizli. Baxır, amma məsələn o baxışı tutsan “nə mənanı verir?” desən, bir şey çıxara bilməzsən. Amma ondan münafiq anlayar. Münafiq, münafiqdən anlayar. Məsələn, bu danışıqda da “o nə demişdi” deyir. İndi normal olaraq müsəlman deyər ki; “bunları söyləmişdi” deyər. Halbuki onun nəzərdə tutduğu çirkin bir mənadır. Yəni münafiqlər sözləri, cümlələri çirkin istifadə etməyi çox yaxşı bilərlər və xitab şəkillərindəki hörmətə uyğun olmayan üslubdan da aydın olar. Məsələn “o nə demişdi?” “Rəsulullah (s.ə.v) nə demişdi; xatırlayaq, düşünək, danışaq” demək ayrıdır, “o nə demişdi?” ayrıdır. Yəni eyni cümlədir, amma vurğulanması başqadır, birinin vurğulanması fərqlidir. Yəni vurğularının içərisində münafiqlər incə, şeytani vuruşlar və hücum sistemləri inkişaf etdirərlər. Bunlara çox diqqət yetirmək lazımdır, Quran buna diqqət çəkmişdir. Ona görə də münafiq özünü çox ağıllı zənn edir, çox ağıllı zənn edir, özünə çox güvənər. Məsələn, 50 nəfərlik bir birliyin içərisində 3-4 nəfər münafiq varsa, bir-birləriylə əlaqə qurmaq onları şeytani bir qürura, şeytani özündən əminliyə aparar. Yəni özlərindən əmin olarlar; yəni çox istedadlı olduqlarını, müsəlmanları bəyənmirlər, onları ağılsız olaraq görürlər, ayədə də ifadə edilir, onların ağılsızlığına yozarlar. Münafiqlər öz aralarında razılaşmağı da bir üstünlük olaraq görərlər. Halbuki o hərəkətlərindən özlərini cəhənnəmin dibində, çox şiddətli bir iztiraba doğru təslim etmiş olurlar, bunun şüurunda olmazlar. Allah ürəklərini möhürlədiyi üçün ağıllarına gəlmir. Zəki olurlar, lakin ağılsız olurlar.

Quran Karim

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313