Header

Hörmətli Adnan Oktarın yeni izahları (16 Oktyabr 2015; 14:00)

Aa4a

PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN VƏFATI

Peyğəmbərimiz (s.ə.v)-də baş ağrısı meydana gəlmiş son zamanlarında, vəfatından əvvəl, alovlu bir xəstəliyə tutulmuşdur.Bir əli hz. Abbasın çiynində, bir əli də hz. Əlinin çiynində olduğu halda ayaqlarını sürüyə-sürüyə hz. Aişənin evinə girdi”, yəni çətinliklə gəlmişdir.

MaşaAllah, bax, Peyğəmbərimiz (s.ə.v)-ə gələn vəhylə “Bir qulu Allah, ona dünya gözəlliklərini verməklə”, yəni dünyadakı nemətlər, məhz evlilikləri, evi də gözəl idi Peyğəmbər (s.ə.v)-in, əhatəsi, sevdikləri “Öz dərgahındakı”, yəni Allahın Öz varlığında, “Öz mövqesindəki neməti vermə barəsində sərbəst buraxdı, amma qul onun yanındakı neməti seçdi.” Bax, üstüörtülü söyləyir, bir tək hz. Əbu Bəkr (ə.s) başa düşüb nə demək istədiyini. Əzrayıl (ə.s) gəlib, Peyğəmbərimiz (s.ə.v)-ə “istəyirsənsə, canını alım” deyib “istəyirsənsə biraz daha ümmətinlə bərabər qal” deyib, “hansını istəsən” deyib. Peyğəmbərimiz (s.ə.v) də “mən Allahın yanına getmək istəyirəm” deyib. Amma, çox kübar bir üslub ilə soruşur Əzrayıl (ə.s). “İstəyirsənsə alım” deyir “canını.” Məhz, bildirdiyi o qapalı bir üslubla onu söyləyir, hz. Əbu Bəkr (ə.s) başa düşüb onun nə demək istədiyini. “Atalarımız-analarımız sənə fəda olsun” deyə qışqırıb hz. Əbu Bəkr (ə.s), Peyğəmbərimiz (s.ə.v) sakitləşdirib onu, “sakit ol ya Əbu Bəkr” deyib. Həyəcanlandığı üçün anladığını başa düşüb.

Sqr05eft0

  1. ƏBU BƏKRİN PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-Ə OLAN SEVGİSİ

“Ey Nas” deyir Peyğəmbərimiz (s.ə.v) “mənə mal və dostluğu ilə ən etibarlı kəs Əbu Bəkrdir.” Bütün malını-mülkünü verib, dostluğu isə mükəmməldir. “Əgər sevgili etmək lazım olsa idi, mütləq ki, Əbu Bəkri sevgili edərdim.” Onu sevgili olaraq görürdü Peyğəmbərimiz (s.ə.v). “Amma, İslam qardaşlığımız var. Mən hamınızdan öndəyəm və sizi gözləyəcəm. Onsuz da bu dəqiqə kövsər hovuzunu görürəm” deyir “Müslim”də. Allah Təalanın Peyğəmbərimiz (s.ə.v)-ə bir neməti. Amma, təbii ki, ürək gözü ilə görür, dünya gözü ilə görməsi mümkün deyil, ürək gözü ilə görür. “Sizi gözləyəcəm” deyir. Səhabənin təbii ki, çox böyük bir neməti olub, peyğəmbər görmək çox önəmlidir. Ona görə, Həyatüs-səhabədən də söhbət etsək yaxşı olar. Peyğəmbəri görmüş kimi bir vəziyyət meydana gəlir. Çünki tarixi məlumat, doğru məlumatdır.

Hz. Əbu Bəkr (ə.s) deyib ki, Peyğəmbərimiz (s.ə.v)-ə “ya Rəsulullah, hara baxsam səni görürəm”Aşiqdir peyğəmbərə, “hara baxsam səni görürəm” deyir, maşaAllah. Təbii ki, “sizi” deyir, “sizi görürəm.” Əbu Bəkr (ə.s), Peyğəmbərimiz (s.ə.v) vəfat edəndə onun bazusunu öpüb, örtüsünü yüngülcə qaldırıb, bazusunu öpüb. Çox qüvvətli idi Peyğəmbərimiz (s.ə.v). Alnından öpüb, bir daha öpüb “ah safi, ah dost” deyib, ayrı-ayrı. Bunlar tarixi məlumatdır, önəmlidir.

Bax, görürsənmi? “Əgər, ixtiyarımız əlimizdə olsa idi, canlarımızı yoluna fəda edərdik” deyir vəfatında. Rəsulullah (s.ə.v)-in mübarək cəsədinin yanında söyləyir bunu, bax. “Əgər, sən bizim qarşımızı almasaydın” bax, “əgər sən bizim qarşımızı almasaydın” qadağan etməsəydin, “göz yaşlarımızı axıdardıq.” Yas var imiş mi? Yox. Ağlayacaq olsa, hz. Əbu Bəkr (ə.s) ağlayar, ən sevdiyi aşiqi, yəni. Bax, “sən qadağan etdiyin üçün etmirik” deyir.

1b5809352ac16e052c710c0eecd654d3

PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN DƏFN EDİLMƏSİ

Çərşənbə axşamı günü Peyğəmbərimiz (s.ə.v)-in mübarək cəsədi yuyuldu, kəfənləndi. “Ölü yuma” işinə şəxsən hz. Əli (ə.s), hz. Abbas (ə.s) və hz. Abbas (ə.s)-ın oğulları Fazl və Kusəm də kömək etdilər.” Amma, əslində hz. Əli (ə.s), bir də hz. Abbas (ə.s). “Usamə və Şükran Salih (ə.s) da su tökdülər.” “Köynəyini üstündən çıxartmadılar Peyğəmbərimiz (s.ə.v)-in.” Paltarı çıxarılmaz peyğəmbərlərin. Tamamilə soyundurulmaz, Peyğəmbərlərə məxsus olaraq. “Üç dəfə yuyulub, üç qat bəyaz kəfənə sarıldı.” Hz. Əli (ə.s), hz. Fadl Usamə və Əbdürrəhman ibn Avf, cəsədini məzara endirirlər, mübarək nəşini. Qiyamət günündə ilk Peyğəmbərimiz (s.ə.v) qalxır, sonra hz. İsa (ə.s), inşaAllah.

54tv8

PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN XARİCİ GÖRÜNÜŞÜ

Gözləri iri və qaradır Peyğəmbərimiz (s.ə.v)-in. Gözünün ağı ağappaq, qarası qapqara. Heç bir insan taqət edə bilmir gözünə baxmağa. Çox zarafat edir, şənləndirir, elə bir az baxa bilirlər, yəni bir neçə saniyə. Çox kəskin baxır, heyrətamiz zəkalıdır baxışları. Amma, o peyğəmbərlərə məxsus bir xüsusiyyətdir. Hz. İbrahim (ə.s) da elədir. Amma, bəzi rəvayətlərdə izah etmə üslubu yanlışdır. “Nə qısa boylu idi, nə uzun boylu idi.” Qardaşım, orta boylu idi desənə. “Nə kök, nə arıq idi.” Qardaşım, normal və dolğun bir vücuda sahib idi deyərsən, idmançı quruluşlu bir bədənə sahib. Nəql edənlərdə bir yanlışlıq olub. Belə üslub olmaz. Yaraşıqlı idi də, gözəl idi də, cazibəli idi də, niyə uzadırsan? “Nə uzun boylu idi, nə qısa boylu idi.” Nə demək qısa boylu deyildi, uzun boylu deyildi? Elə mi deyilir? Onu eşidənin içi göynəyir. Peyğəmbərdir bu gözəl varlıq, mübarək insan. Çox düzgün, gözəl bir boyu var idi deyərsən, orta boylu. O qədər.

Camaatın hüzuruna çıxacağı zaman saçlarını, saqqalını darayır. Parlaq saçı və saqqalı. Tək-tək danışır. “Çox yaraşıqli idi” deyir, “çəkici idi.” Cazibəli idi. Cazibəli və çəkicidir o. Hər görən qadın aşiq olurdu Peyğəmbərimiz (s.ə.v)-ə. Boşanıb evlənənlər var idi. İşlərinə gəlmir, söyləmirlər. Orta boydan biraz daha uzun idi Peyğəmbərimiz (s.ə.v), tam orta boylu deyildi. “Başı böyük.” Heybətlidir başı Peyğəmbərimiz (s.ə.v)-in. Peyğəmbərlərin başları böyük olur. Hz. İbrahim (ə.s)-ın da başı böyük idi. Hz. Nuh (ə.s). “Saçı dalğalı.” Yüngül dalğalı. Hz. İsa (ə.s)-ın da elə. “Geniş alınlı. Ağ rəngli.” Burnu çox gözəl. “Anadangəlmə kiçik burunlu.” Yüngül qabarıqlıq var burnunun üstündə, belə anadangəlmə kiçik burunlu. İncə kübar bir burnu var.

“İri gözlüdür. Yanaqları düzdür.” qabarıq deyil. “Geniş ağızlı” ağzı böyükdür. Alt və üst dodaqları iridir Peyğəmbərimiz (s.ə.v)-in. “Dişləri ağappaqdır.” Çox düzgündür. “İncilər kimi parlayardı” deyir “dişi.” Parıldayardı. “Boynu ağappaq, gümüş kimi idi.” O da parıldayır-boynu, çox gözəl. Bütün bədəni uyğundur, nisbətlidir. “İki çiyin arası geniş.” Çiyinləri geniş, qolları da çox qüvvətlidir Peyğəmbərimiz (s.ə.v)-in, bazuları çox güclüdür. Əlləri iri, barmaqları da uzundur. Qol biləkləri də uzun və iri. Ölçülü və düzgün bir yerişə sahib idi. Ağır yerişli idi. Yeriyərkən də çətinlik çəkmədən yeriyərmiş, yoxuş aşağı düşər kimi. “Sevincli olduğunda, üzündə bir parlaqlıq olur. Hiddətləndiyində isə alnında bir damar çıxır, alnının orta qismində, döyüşlərdə filan.

Peyğəmbərimiz (s.ə.v), Milli Kəşfiyyat Təşkilatı kimi o vaxt kəşfiyyat təşkilatı qurmuş, gizli kəşfiyyat təşkilatı.Hər yerə adamları gedib. Həddindən çox müsəlman kəşfiyyatçı var imiş. Hər yerdən həmişə məlumat gəlib çatırmış Peyğəmbərimiz (s.ə.v)-ə. Onun üçün deyirlər, “o bir qulaqdır”, onu nəzərdə tuturlar.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313