Adnan Oktarın Kaçkar TV-dəki canlı müsahibəsi (2 noyabr 2010)
Adnan Oktar:Muminun surəsi, şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Möminlər, həqiqətən də, nicat tapmışlar;” Yəni qurtuluş tapmışlar, xilas olmuşlar. “O kəslər ki, namazlarında mütidirlər”. Yəni namazlarında ürəkləri rahat olur, boş şeylərlə başı məşğul olmur, amma namazda insanın ağlına bəzi şeylər gəlir, bu vəsvəsə olaraq gəlir, onlar əhəmiyyət verməsinlər. Lakin namazda diqqət Allaha veriləcək.“O kəslər ki, boş şeylərdən qaçırlar”.Deyək ki, boş filmlər, boş söhbətlər, feysbukda boş yazışmalar, mənasız, heç bir məqsədi olmayan hərəkətlər, möminlər bunları etməkdən çəkinməlidirlər.“O kəslər ki, zəkat verirlər”.Gücü çatdığı qədər Allah yolunda xərcləmək, yəni gücü çatdığı qədər, fövqəladə bərəkət gətirər. Məsələn, quyunun suyunu çəkdikcə daha çox gəlir, çəkdikcə daha çox gəlir, yeni su gəlir daha gözəli gəlir. Amma suyu oradan çəkib götürməsən xarab olar, iylənər. Mal da belədir axdıqca, pul da axdıqca Allah zənginlik, bərəkət, bolluq və gözəllik verir, hamısının üstündə Allahın razılığını qazanarsan.
“O kəslər ki, öz cinsi orqanlarını (ismətlərini) həmişə qoruyurlar”. Yəni qeyri-qanuni əlaqəyə girməzlər. Qeyri-qanuni rəftarları olmaz. Amma indi “ismətini qorumaq” deyərkən bunun əhatə dairəsi də genişdir. Biz Əfqanıstandakı mömin qardaşlarımızı, mömin bacılarımızı, oradakı uşaqları, küfrün əlinə təslim edib, oradakı haqq yoldan azmışların əlinə təslim edib, sonra da cihad edib, Allah yolunda cəhd edib onları qurtarmağa çalışmazsaq, möminlərin ismətini qorumamış olarıq. Bax, ismətini demir, “ismətlərini”, bütün möminlərin ismətini qorumaq. Namusunu, şərəfini qorumaq, bizim üzərimizə fərzdir.
Müsəlmanın namusuna xələl gətirməyəcəyik, inşaAllah. Məsələn, İraqda elə, Əfqanıstanda elə, oradakı uşaqları da istifadə edir amerikalı əsgərlər, ingilis əsgərlər filan. Ağlasığmazdır, yəni indi Əfqanıstan tarixinin ən iyrənc, ən qorxunc hadisəsi baş verir. Karzai bu yaxınlarda əsəbindən ağladı. Bax, o belə onların tərəfində olmasına baxmayaraq, adam dözə bilməyib ağladı yəni, gərginliyi ilə. Bunun üçün nə edəcəyik? İslam Birliyini meydana gətirəcəyik. Müsəlmanların ismətini qorumaq ancaq İslam Birliyi ilə olar. İslam Birliyi olmadıqda bütün müsəlmanların isməti, namusu tapdalanarkən seyr edilsə, bu nə olar? Haram olar.
Anormal bir hərəkət olar və qarşılığı cəhənnəm ola bilər. Sudanda belə, İraqda belə, o biri ölkələrdə belə, Əfqanıstanda belə, Moroda belə, Çadda belə. Dünyanın hər tərəfində müsəlmanların isməti, namusu, həyatı pərişan edilir. Məhv edilir müsəlmanlar. Dininə, imanına hücum edilir, o da bir iffətdir. Peyğəmbərimiz (s.ə.v)-ə hücum edilir, Qurana hücum edilir, o da bir iffətdir, iffətə hücumdur. Möminlərin iffətinə bir hücum var. Buna qarşı var gücümüzlə müdafiə edəcəyik. Yalnız cinsi əlaqə deyil bu iffət, dininə hücum edildi mi, orada da iffətin əldən gedər, orada da namusun əldən gedər. Müqəddəsatına hücum edilirsə, orada da sənin namusun əldən gedər. Həll yolu çox asandır, Müsəlmanların Birliyi, İslam Birliyi, Türk-İslam Birliyidir. “Ancaq” -deyir Allah “zövcələri”, yəni nikahlı həyat yoldaşları “və sahib olduqları cariyələr istisnadır”.
Peyğəmbərimiz (s.ə.v) zamanında sağ əllərinin sahib olduğu qadınlar vardı, möminlərin. Necə olurdu? Ya cariyə olaraq satın alırlar və yaxud qadın gəlir deyir ki; “Mən sənə özümü hibə etdim, Allah üçün özümü hibə edirəm” -deyir. “Sənə aidəm” -deyir bitdi, onun olmuş olur. Başqa kimsəylə əlaqəyə girmir, mühüm olan budur. Onsuz da belə olmasındakı hikmət nəslin pozulmamasıdır. Çünki, bir qadın bir çox adamla əlaqəyə girmiş olsa, nəsil pozular. Nəslin pozulmaması üçün Allah onu fərz edib. Yalnız o kişiyə aid olmuş olur. Və o zaman onsuz da o ondan da daha çox məmnun olur, zövq alır.
Onun üçün hibə etdiyində, ona aid olduğu üçün yenə halalı olur. Cariyə olaraq olduğunda yenə hibə etdiyi üçün halalı olurdu o dövrdə, inşaAllah. “Onlar buna görə heç qınanmazlar”. Bu mövzuda əsla qınanmazlar. Yəni, bir qadın nikahlı olaraq evləndisə, qınanmaz. Peyğəmbərimiz (s.ə.v) zamanında özünü hibə edən qadınlar qınanmamışdır. Daha sonrakı dövrdə də özlərini hibə etmişdir mömin qadınlar, əsla qınanmazlar. Cariyə olaraq gəlmişlər, əsla qınanmazlar. Cariyə qadınlarla birlikdə olmuşdur möminlər qınanmamışdılar o dövrdə.“Bundan artığına can atanlar isə həddi aşanlardır”. Yəni bunun xaricində öz-özünə bir yol təyin edərsə, yəni Allahın bu yolunu bəyənməzsə, Allahın qoyduğu bu halal sərhədləri bəyənməzsə, “həddi aşanlardır” -deyir Allah. Çünki adam nikahı bəyənmir, bu həddi aşmaq deməkdir.
Məsələn, Peyğəmbərimiz (s.ə.v) zamanında cariyəliyi bəyənmir və ya qadınların özünü hibə etməsini bəyənmir Peyğəmbərimiz (s.ə.v) zamanında, onları səhv yolda və səhv hərəkət etmiş olaraq görür. O zaman özü də fahişə mövqeyinə düşər. Fühuş işləmiş olar, fahişə mövqeyinə düşər. Çünki Allahın doğru bildiyini, Allahın doğru dediyini səhv göstərmiş olar, fahişə mövqeyinə gələr. Bu səbəbdən, Peyğəmbərimiz (s.ə.v)-ə və səhabələrə o istiqamətdə dil uzadanlar fahişə mövqeyindədir, inşaAllah. Təbii ki, müsəlman inancına görə belədir, küfr inancına görə onsuz da onlar həmsöhbətimiz deyil. Onlar küfr içindədirsə, inanmırsa, onlar tam fərqli bir aləmdir, onlarla bizim əlaqəmiz olmaz.
“O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar”. Məsələn, əmanət, bir insanı ona əmanət edirsən və yaxud əşyanı əmanət edirsən, diqqətlə qoruyacaq. Əmanəti diqqətlə qorumaq fərzdir. “Və vədlərini”, söz ver deyir. Məsələn, deyir ki, mən bunu edəcəyəm, əhd verirsən. Mömin sözündə duracaq, sözündən dönməyəcək, əmanət verildikdə, əmanətə diqqətli olacaq. “O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.” Məsələn, səhər namazına bəzi qardaşlarımız qalxmırlar, “oyana bilmədim” -deyir. Qardaşım, sənə beş milyard verəcəyik desək, elə oyanarsan ki, dik atılarsan. Sanki, bayram sevinci içərisində, mahnı zümzümə eliyə-eliyə, dik atılır yerindən.
Demək ki, kiçik bir mənfəət vaxtı, yəni səhər namazına qalxdığın vaxt sənə bir kompyuter hədiyyə edəcəyəm, erkən qalxsan, erkən qalx, həmin vaxt yanıma çatsan, sənə bir kompyuter verəcəyəm. Onu almaq üçün heç yubanar mı? Mümkün deyil Allahın izni ilə, inşaAllah. Amma namaz dedikdə, bol-bol namazı qaçırır adam. Yox saatı qurmamışam, yox oyatmamışlar, yox yatmışam, filan belə çox qıcıq və çox nalayiq izahlardır bunlar. Müsəlman namazını əsla buraxmaz. Kiçik bir mənfəət vaxtı belə əsla namaz vaxtını keçirmir. Sabah namazı ən dəqiqlik tələb edən namazlardan biridir.
Günorta namazı da elə, əsr də elə, axşam da elə, işa da elə, bunların hamısında dəqiqlik lazımdır, inşaAllah. Belə, “yorğun idim, yatıb qalmışam” kimi bəhanələr olmaz, ona görə nizamlamalısan, inşaAllah. “Yol gedirəm” -deyirlər, qardaşım, ona görə nizamla, yəni yol səni əsir almasın, sən yolu əsir al. “Məhz onlar – varis olanlardır”. Yəni dünya hakimi olacaq olanlar onlardır. Dünya hakimiyyətindən bəhs edir Allah. “Məhz onlar – varis olanlardır”. 10-cu ayə, bax, rəqəmlərə baxıram 1987-ci ili verir. Yuxarıya da baxanda 1,9,8,7-1987. Ki, o da yenə mehdiyyətin tarixidir, inşaAllah. “O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar. Onlar orada əbədi qalacaqlar”. Bildiyiniz kimi cənnətə girdinsə, bir daha çıxış yoxdur, sonsuza qədər. Bax, “And olsun” -deyir Allah, “Biz insanı palçıq cövhərindən yaratdıq”.
Yəni palçıq və ya gil, keramika palçıq, xalis palçıq, ondan yaratdım deyir Allah. Anlamazlıqdan gəlirlər, çox açıqdır. “Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik”. Ana bətnində kiçik bir embrion olaraq Allah yerləşdirir. “Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq”. Bax, məsələn, burada çox maraqlıdır sümüyün sonradan yaradılması. “Sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir yaradılışla xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!” Bax, “bir parça ətdən sümüklər yaratdıq”.
Əvvəl sümük meydana gəlir, “sonra da sümükləri ət ilə örtdük” üzərinə də ət geydirilir. “Sonra da onu başqa bir yaradılışla xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!” Bax, “sonra da onu başqa bir yaradılışla xəlq etdik”. İkinci yaradılışı da tam fərqli bir sistemlə yaradır Allah. İndi dünyadakı sistem belədir, Axirətdəki sistem tam fərqlidir, daha dəyişik bir yaradılışdır. “Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz. Sonra da Qiyamət günü dirildiləcəksiniz. Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq”. 17-ci ayə. 7-dən bəhs edir.