Adnan Oktarın Kahramanmaraş Aksu TV-dəki canlı müsahibəsi(13 dekabr 2010)
Adnan Oktar:Hud surəsi. “Məkkədə nazil olan surə 123 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə”. Şeytandan Allaha sığınıram.“Əlif. Ləm. Ra. (Bu,) ayələri möhkəmləndirilmiş”.Bax, xurafatçı dəstəsi yaxşı dinləsin. Münafiqlər də yaxşı dinləsin. Nə deyir Allah? “Ayələri möhkəmləndirilmiş”. “Namaz qılın”. “Oruc tutun”. “Zəkat verin”. Dəqiq ifadələrdir, inşaAllah. “Şərab haramdır”. “Hımr”. Açıq. “Qumar oynamayın”. Dəqiq. Demək ki, eyham üsullu, bağlı bir hökm, halal, haram yoxdur. Açıq hökm var. Münafiqlərə görə necədir? “Eyham yolu ilə, eyhamla izah edilir”. Eyhamla din olmaz.
Eyhamla halal, haram olmaz. Dəqiq, açıq hökm lazımdır. Nə deyir Allah? Bax; “Ayələri möhkəmləndirilmiş”. “Möhkəm”; mənası açıq olan. “Sonra hökm və hikmət sahibi və hər şeydən xəbərdar olan (Allah) tərəfindən” Şeytandan Allaha sığınıram. “ətraflı izah edilmiş bir Kitabdır”. “Hamısını da izah etdim” -deyir Allah, “anlaşılmayacaq kimi deyil” -deyir. Münafiqlərdən, müşriklərdən soruşdun mu nə deyirlər? “Quranı başa düşmək olmaz” -deyir. “Çox qapalıdır” -deyir, “və əskiklər var” -deyir. Allah nə deyir? “Hamısı tamamdır” -deyir, “və hamısı içində var. Nə axtarırsınızsa içində var və ayrıca izah etdim” -deyir Allah “və möhkəmləndirdim” -deyir.
“Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz”. Yəni müşriklik etməyin, şirk qoşmayın. Fırıldaqçı, saxtakar bəzi hocaların xurafatlarına aldanmayın. “Vəhy gəlir” deyə yeni-yeni kitablar əlavə edən saxtakarlara uymayın.“Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm” –deyir. “Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz”. Yəni, günahlarınız üçün bağışlanma diləyin.“Ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram”. Qiyamətdə Allahın alacağı intiqam.
“Siz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir. Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər”. Münafiqlərin belə dil əyib-bükmələri var axı; saxtakarlıq, fırıldaqçılıq kimi. “Mən anlaya bilmədim” –deyir. “Quranda harada yazılıb?” -deyir. Adamın gözü kordur. Məsələn, deyir ki; “İslam Birliyini mən görə bilmədim Quranda” -deyir. Baxmazsansa, görə bilməzsən. Bax, deyir ki, Allah;“onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər”. “Saxtakarlıq edərlər” -deyir Allah.“Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir”.
Libaslarına nəylə bürünür? Çarşabına bürünür, başına sarıdığı o sarıqa bürünür və yaxud hər hansı bir parçaya bürünür.“Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir”. Bax, “O, kökslərdə olanları bilir”. Yəni “içlərindəki gizli münafiq, saxtakarca duyğuları və ya səmimiyyətlərini; hamısını bilən Mənəm” -deyir Allah. Libaslarına bürünmələrində məqsəd də təbii ki, özlərini sezdirməməkdir. Əslində bu, münafiq olduğu halda özünə müsəlman görünüşü verir. Məsələn örtüyü, sarığıyla, cübbəsiylə, yaxud başqa bir şeylə özünü müsəlman imiciylə gizləyir. Və danışıqları ilə; o da bir örtüyü olur, münafiqin örtüyü. Məsələn, bir də görürsən, davamlı xısın-xısın danışır. Baxıram; dedi-qodu.
De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə (hidayətə çatsa), xeyri onun özünə dəyər,” Hidayətə çatmaq nədir? Mehdiyyətdir. “Kim azğınlığa düşsə”. Azğınlıq nədir? Dəccaliyyətdir. “Ziyanı da onun öz əleyhinə olar. Mən sizə vəkil deyiləm”