Adnan Oktarın Kaçkar Tv-dəki canlı müsahibəsindən (15 dekabr 2010)

 

Adnan Oktar: Əraf surəsi, 128. Şeytandan Allaha sığınıram, “Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin””. Müsəlman həmişə Allahdan kömək istəyəcək. Hər yardım diləməsi həm savabdır, ibadətdir, həm də  ürəyini açar, həddən artıq gözəl bir ibadətdir. “Və səbir edin”. Yaxşı əxlaqda səbir etmək, təbliğdə səbir etmək, dostluqda səbir etmək. Məsələn, müsəlmanların bir-birlərini sevməsi Allahın bir əmridir, ona görə də müsəlmanlar bir-birlərini sevər. Amma ildə bir dəfə görüşürsə insan, bu normal bir hərəkət deyil. Bu səmimi sevgi deyil, əgər sevirsə. Səhabələr nə edirdi? Həmişə görüşürdülər, həmişə bir-birlərini sevirdilər. Səhabə sevgisini əgər nümunə götürürlərsə müsəlmanlar, bir-birlərinə düşkün olmalı və bir-birləri ilə görüşməlidirlər.

Çox nadir görüşmək istəyirsə, görüşmək istəmirsə, demək ki, Allah ürəyindən sevgini almışdır. Bu nə deməkdir? İman zəifliyi və ağıl zəifliyi deməkdir, bunun başqa izahı yoxdur. Baxsınlar bir müsəlmana, əgər onun müsəlman qardaşlarına qarşı içində bir sevgi yoxdursa, onlarla söhbət etməkdən narahat olursa, onlara yaxın olmaqdan narahat olursa, imanı xəstədir. Buna görə də, dediklərində səmimi deyil, izah etdikləri də səmimi deyil. Həm Risalə-i Nura dəvət edəcəksən, həm Qurana dəvət edəcəksən, həm Rəsulullah (s.ə.v)-in həyatına dəvət edəcəksən, amma müsəlmanları sevməyəcəksənsə, o zaman, demək ki, sən düşüncəndə Fironun dininə oxşar bir din meydana gətirmisən.

Beyinin fironlaşıb, özün də yeni bir din anlayışı çıxarmısan. Din o cür qarmaqarışıq deyil. Din; sevgi, mərhəmət, şəfqət və dostluqdur. Bunu sən yaşamırsansa, bu dostluğu, bu sevgini yaşamırsansa, demək ki, ürəyində, düşüncəndə ciddi bir problem var, xəstəsən. “Şübhəsiz ki, yer üzü Allahındır”. Yəni dünya Amerikanın, Rusiyanın filan deyil, Allahındır. “O, qullarından istədiyini onun varisləri təyin edir”. Kimi istəsə, məsələn, istəyərsə hz. Mehdi (ə.s)-a, istəyərsə hz. İsa (ə.s)-a, ikisi birlikdə. “Gözəl aqibət müttəqilərindir”. Kim üçünmüş? Hər hansı bir insan üçün deyil, müttəqi, yəni səmimi, ürəkdən, həqiqi müsəlmanlar üçün.

“Onlar dedilər: “Sən bizə peyğəmbər gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi””. “Sən gəlmədən əvvəl də biz təzyiq görürdük, amma sən gəldikdən sonra yenə təzyiq görürük” -deyirlər hz. Musa (ə.s)-a. “Musa dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın”” -dedi. İndi daha gəlməmişdən əvvəl yenə müşrik, anormal bir rəftar göstərirdi, onun üçün bəlasını alırdı. Hz. Musa (ə.s) gəldikdən sonra nə etdin? Getdin qızıl buzova tapındın, yenə psixopatlıq etdin. Getdin Samirinin arxasınca, yenə psixopatlıq etdin, Allah bəlanı verdi, niyə təəccüblənirsən? Onu hz. Musa (ə.s) ilə əlaqələndirir. Halbuki, etdiyin əxlaqsızlıqdan ötrü Allah bəlanı verir. Amma Musa (ə.s) nə deyir?

“Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib”. Dəccaliyyəti, fironluğu, iblisun və iblisat ordularını ortadan qaldıracaq. “Sizi yer üzünün varisləri təyin etsin,” rəhbər təyin edəcək deyir Allah. “Sonra da necə hərəkət edəcəyinizə baxsın”. Çünki Allah hakim edər, hakim etdikdən sonra da dürüst və gözəl əxlaqlı olmaq lazımdır. İqtidara keçdikdən sonra psixopatlaşmaq, təcavüzkarlaşmaq çox anormal bir hərəkətdir. Davamlı gözəl əxlaqda səbir göstərilməlidir. “Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar”.

“İqtisadi böhran meydana gətirdik” -deyir Allah. Demək ki, iqtisadi böhran zaman-zaman Allahın yaratdığı, həyata keçirdiyi bir qanundur. Nə üçün yaratdığını söyləyir Allah? “Bəlkə düşünüb ibrət alsınlar” -deyə. Məsələn, Mehdi (ə.s) gəldikdə də dəccaliyyəti Allah nə edir? İqtisadi böhran həyata keçirir və durdura bilmirlər, səbəbini bilmirlər. İqtisadi böhran möcüzədir. Çox gözəl iqtisadiyyat irəliləyərkən, birdən böhran meydana gəlir, texniki səbəbi tapılmır. Zaman-zaman Allah meydana gətirir. “Musa ilə olan, xor görülən zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik”.

Bax, “xor görülən”, xor görülmək nə deməkdir? Təhqirə məruz qalan, təzyiqə məruz qalan, böhtana uğrayan, maneə törədilən, böhtanlar atılan, nəfəs aldırılmayan, döyülən, söyülən, həbs edilən. “xor görülən zəif qövmü”. Necə zəiflədir? İqtisadi embarqo tətbiq edir, ticarət əlaqələri kəsilir, təcrid edilir, və beləliklə “zəif qövmü” -deyir. “Xor görülən zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik”. Burada nəzərdə tutulan kimdir? Mehdi (ə.s) və tələbələridir, inşaAllah və İsa Məsih (ə.s) və tələbələri. “Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi”. Demək ki, səbir etmək lazımdır.

Bu əsrin İsrail oğulları da Mehdi (ə.s) və tələbələridir. Bu əsrin Bən-i İsraili budur. “Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik” Firon yəni dəccaliyyəti və qövmünün etdiklərini, yəni etdikləri zülm, təzyiq, darvinist, materialist düşüncə və inancları, “və tikib ucaltdıqlarını”. Məsələn, tüğyanı və dəlaləti ucaldırlar, acını, insanın üstündə təzyiqi artırırlar. Terroru və şiddəti artırırlar, hər cür lənəti artırırlar. “Tikib ucaltdıqlarını darmadağın etdik”. İkinci mənası da budur; “ucaltdıqlarını”, şeytanla əlaqə qurmaq üçün tikdikləri o daşlar, ucu piramida şəklində olan daş. hz. Süleyman (ə.s)-ın möhüründə də o piramidanın tərsi olan bir pramida daha vardır, tərs üçbucaq. Bir dik üçbucaq var, bir də tərs üçbucaq var. Bu şeytanı təsirsiz hala gətirməkdə istifadə olunan vəsilələrdən biridir. Şeytana qarşı istifadə olunan vəsilələrdən biridir, bu altı bucaqlı ulduz. Hz. Süleyman (ə.s)-ın da möhürüdür bu. Şeytanı təsirsiz hala gətirməkdə istifadə olunur. Bunun təfərrütı var, amma mən yalnız bu qədərini deyirəm.