İçeriğe geç

Hud surəsi; 109 (Müsəlman bir dəfə iman edər. İman inkişaf edər, geriləməz.)

Adnan Oktarın Samsun Aks Tv-dəki canlı müsahibəsi (13 yanvar 2011)

 

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Hud surəsi 109-cu ayə; “Onların nəyə ibadət etdiklərinə şübhə etmə”. Yəni, “tərəddüdə düşmə” -deyir. Bəzən müsəlmanlar küfrü araşdırdıqları vaxt tərəddüdə düşə bilirlər. Məsələn, darvinizmi araşdırır adam, “görəsən doğrudur mu?” -deyir. Bu səfər “Allah var mı?” kimi sual girir ağlına haşa. İmanı bir gəlir bir gedir, bir gəlir bir gedir. Və ya ateist saytlara girirlər, ağılları bir ara durur, yenə düzəlir bunun kimi hadisələr baş verir. Müsəlman belə olmaz. Müsəlman bir dəfə iman edər, son nəfəsinə qədər o imanla yaşayar. İman davamlı dəyişməyən bir şeydir. Inkişaf edər, böyüyər, amma geriləməz. Geriləməyən bir şeydir. Ayrıca, iman müzakirə edilməz. “Görəsən”i olmaz imanın. Ağıllı, səmimi olaraq iman edərsən. Bir görüntü görürsən ellips şəklində bir ekranda, üçölçülü. Biri görür. Bitdi. Sırf bu dəlil kifayətdir. Bu Allahın varlığının dəqiq, yüz faizlik dəlilidir. Və ikinci bir ehtimal sonsuza qədər də yoxdur, inşaAllah. “Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər”. Şumerlər necə tapınırdı maddəyə? Hər şeyi maddə yaratdı deyirdilər, deyil mi? Qədim Misirdə nə deyirdilər? Onlar da “hər şeyi maddə yaratdı” deyirdilər, təsadüflər nəticəsində. Darvinistlər, materialist və təkamülçü idilər. “Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik”. “Tam istədikləri kimi qarşılığını verəcəyəm” -deyir Allah. Madam təkamülə görə ağlını nizamlayıb, deyil mi? Madam portağallar, limon, gilənar, albalı, kahı, hər cür tərəvəz, meyvə, badımcan, pomidor, bibər, hamısı təsadüfən olub onların ağlına görə, Allah; “Təsadüf elə olmaz belə olur” -deyəcək, inşaAllah. “İndi ye görüm yeyə bilirsən?” kimi bir vəziyyət olacaq, inşaAllah. Məna olaraq təbii ki. Allahın necə xitab edəcəyini mən bilə bilmərəm. Mən bir bəşər olaraq məntiqlə deyirəm, inşaAllah.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz