Adnan Oktarın Samsun Aks Tv-dəki canlı müsahibəsi(13 yanvar 2011)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Hud surəsi 109-cu ayə;“Onların nəyə ibadət etdiklərinə şübhə etmə”.Yəni, “tərəddüdə düşmə” -deyir. Bəzən müsəlmanlar küfrü araşdırdıqları vaxt tərəddüdə düşə bilirlər. Məsələn, darvinizmi araşdırır adam, “görəsən doğrudur mu?” -deyir. Bu səfər “Allah var mı?” kimi sual girir ağlına haşa. İmanı bir gəlir bir gedir, bir gəlir bir gedir. Və ya ateist saytlara girirlər, ağılları bir ara durur, yenə düzəlir bunun kimi hadisələr baş verir. Müsəlman belə olmaz. Müsəlman bir dəfə iman edər, son nəfəsinə qədər o imanla yaşayar. İman davamlı dəyişməyən bir şeydir. Inkişaf edər, böyüyər, amma geriləməz. Geriləməyən bir şeydir. Ayrıca, iman müzakirə edilməz. “Görəsən”i olmaz imanın. Ağıllı, səmimi olaraq iman edərsən. Bir görüntü görürsən ellips şəklində bir ekranda, üçölçülü. Biri görür. Bitdi. Sırf bu dəlil kifayətdir. Bu Allahın varlığının dəqiq, yüz faizlik dəlilidir. Və ikinci bir ehtimal sonsuza qədər də yoxdur, inşaAllah.“Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər”.Şumerlər necə tapınırdı maddəyə? Hər şeyi maddə yaratdı deyirdilər, deyil mi? Qədim Misirdə nə deyirdilər? Onlar da “hər şeyi maddə yaratdı” deyirdilər, təsadüflər nəticəsində. Darvinistlər, materialist və təkamülçü idilər.“Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik”.“Tam istədikləri kimi qarşılığını verəcəyəm” -deyir Allah. Madam təkamülə görə ağlını nizamlayıb, deyil mi? Madam portağallar, limon, gilənar, albalı, kahı, hər cür tərəvəz, meyvə, badımcan, pomidor, bibər, hamısı təsadüfən olub onların ağlına görə, Allah; “Təsadüf elə olmaz belə olur” -deyəcək, inşaAllah. “İndi ye görüm yeyə bilirsən?” kimi bir vəziyyət olacaq, inşaAllah. Məna olaraq təbii ki. Allahın necə xitab edəcəyini mən bilə bilmərəm. Mən bir bəşər olaraq məntiqlə deyirəm, inşaAllah.