Adnan Oktarın 9 oktyabr 2009-cu il Dem Tv-dəki reportajından
ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Mal, mülk və sərvətdə çoxluqla öyünmək, sizi ehtirasla əyləndirib, özünüzdən keçirdi”. Yəni indi dünyada insanlar məsələn, gəmisiylə, eviylə öyünürlər. Puluyla öyünür. Paltarıyla öyünür. Onsuz da indi insanlara başqasını qısqandırmaq zövq verir. Yəni onu Allahın neməti olaraq görüb ondan məmnun olmur. Məsələn, avtomobilini, Lamborghini və yaxud Yaquar avtomobilini bir kafenin qarşısına çəkir. Orada insanlar görürlər, qısqanırlar, həsəd aparırlar. O ondan psixoloji rahatlıq tapır. Zövq alır. Yəni Allahın nemətini görün deyə gətirmir.
Quran buna işarə edir. “Belə ki bu, məzarı ziyarətinizə, qəbirə gedişinizə, ölümünüzə qədər davam etdi”. Yəni bu, iki cür ola bilər. Bir ölüsüylə öyünürlər. Məsələn, məzarı bəzəyir, mərmər qayalarla, Boğaza doğru nə anlayırsa, Boğazı görəcəyi şəkildə məzarı düzəltdirir. Bir də ailə qəbirstanlığı çox mükəmməl bir yerdədir, gedib birlikdə seyr edirlər, qovaq ağacları var deyir, sanki orada durbin olacaq, oradan küçəyə baxacaqlar. Sən onsuz da torpaq olub, yox olub gedəcəksən. Yəni nə əlaqəsi var, Boğaz mənzərəsi olsun, o, bu olsun. Quran buna işarə edir. Yəni ölümünüzə qədər bu xüsusiyyət sürdü. Bu mənada da ola bilər.
APARICI: Yəni malı, mülkü bu tərəfdə buraxın, hər şeyi unudun. Qısacası, o biri tərəfə heç bir şeysiz gedəcəksinizmi, deyir.
ADNAN OKTAR: Bəli. “Xeyr; irəlidə biləcəksiniz. Yenə xeyr; irəlidə biləcəksiniz. Xeyr, əgər siz qəti bir məlumatla bilmiş olsaydınız”. Yəni dəqiq, açıq, qəti, Hakkəl-yakin məlumatla bilsəydiniz. “And olsun, o dəlicə yanan atəşi də, əlbəttə, görəcəkdiniz”. Yəni cəhənnəmi də Allah istəsə, sizə göstərərəm deyir. Dünyada da sizə göstərərəm deyir. Bunda bir işarə var. “Sonra onu, həqiqətən, yəqin gözüylə, aynəl-yakin görmüş olacaqsınız”. Allah axirətdə bunu görəcəksiniz deyir. Amma Allah dünyada da istəsəm, göstərərəm sizə deyir. “Sonra o gün, nemətdən sorğuya çəkiləcəksiniz”.
Allah bütün insanlara sizə verilən nemətləri izah edin deyəcək. Hər cür nemətdən sorğuya çəkiləcəklər. Gəncliyindən, sağlamlığından, səhhətindən, pulundan nəyə istifadə etdiyinə dair sorğuya çəkiləcək. Allah ona diqqət çəkir. Bax “Belə ki, bu, məzarı ziyarətinizə, qəbirə gedişinizə, ölümünüzə qədər davam etdi”. Yəni bu ehtirasınız hətta, həqiqətən, ölüm döşəyində olur. Hələ də malın arxasında olur. Yəni bir çox insanda gördüm bunu, deyilmi? Hələ də mal davası edir. Xərçəngdir, artıq ölür. Pərişan haldadır. Hələ fabrikin, malların hara gedəcək, nə olacaq, onları edir. Quran buna işarə edir. İnşaAllah.