Header

Nəcm surəsindən şərhlər: Peyğəmbərimiz (s.ə.v)-in Cəbrayılla görüşü

Aa4a

Adnan Oktarın 27 mart 2010-cu il Qaziantep Olay TV-dəki reportajından

ADNAN OKTAR: “Ona bu Quranı üstün, olduqca çətin bir güc sahibi olan Cəbrayıl öyrətmişdir”. Cəbrayıl (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in üzərinə gəlib, belə sanki Peyğəmbərimiz (s.ə.v)-i örtürdü. Peyğəmbərimiz (s.ə.v)-ə vəhy gəldiyində, Peyğəmbərimiz (s.ə.v) dərin yuxunu xatırladan bir görüntü verirdi. Yəni dərin nəfəs alıb-verməyə başlayırdı və gözünü yumurdu. Peyğəmbərimiz (s.ə.v)-in üzərini səhabələr ipək ilə örtürdülər, vəhy gəldiyində və hamımız ağırlıq hiss edirik deyirdilər. Yəni Cəbrayıl (ə.s) gəldiyində müdhiş bir təzyiq meydana gəlir. Hətta dəvə üzərindəykən gəldiyində, dəvə çökür, heyvan təzyiqin təsiri ilə yerə oturur. “Ona bu Quranı üstün, olduqca çətin bir güc sahibi olan Cəbrayıl öyrətmişdir. Ki O, görünüşüylə təəccüblü bir gözəlliyə malikdir”. Yəni Cəbrayıl (ə.s) nəfəs kəsəcək şəkildə gözəldir. Yəni belə Cənnət əhli kimi, çox gözəldir. “Və dərhal doğruldu. O ən yüksək bir üfüqdə idi.

Sonra yaxınlaşdı” üfüqdə görünür, “sonra yaxınlaşdı, deyərkən yelləndi”. Cəbrayıl (ə.s) aşağı doğru enir . “Necə ki ikisi, arasındakı uzaqlıq iki yay qədər oldu və ya daha yaxınlaşdı”. Yaxşıca yaxınlaşdı deyir. Yəni üz-üzə artıq görüşürlər, Cəbrayıl (ə.s)-i, həqiqətən, görür. “Beləcə, Onun quluna vəhy etdiyini vəhy etdi”. Dəqiqliklə söyləyir, yəni görünüş olaraq görünüb danışır. “Onun gördüyünü könül yalanlamadı”, yəni Cəbrayıl (ə.s) olduğuna dair vicdani olaraq da tam qənaəti gəlir. Yəni, görəsən, cinmi görürəm, görəsən hallunasiya görürəm demir. Bax, nə deyir Allah; “onun gördüyünü könül yalanlamadı”.

Vicdanı qənaətə tam gəlir, çünki Cəbrayıl (ə.s), məsələn, bir şey olur, götürür bir kənara, bir yerə qoyur. İndi görünüşdə Cəbrayıl (ə.s) getdikdən sonra götürdüyü şey oradakı yeri dəyişmişdir. Bu görünüşdə olarmı? Hallunasiyada bu olarmı? Yəni məsələn, Peyğəmbərimiz (s.ə.v)-in masasında bir şey varsa onu götürüb başqa bir yerə qoyur. O getdikdən sonra o necə olsun? Deməli, həqiqətən, gəlmişdir, inşaAllah.

“Yenə də siz gördüyünüz şey üzərində onunla mübahisə edəcəksinizmi?” Sən hallusinasiya görmüş ola bilərsən deyirlər. Bir qismi də deyir ki, sən cin görmüsən, səni cin vurub deyirlər. Cünun deyirlər, Peyğəmbərimiz (s.ə.v)-ə məcnun deyirlər və sən (Əstəğfirullah) ruhi xəstəsən deyirlər. Yəni ağlında bir pozğunluq var, ona görə hallunasiya görürsən, gördüyün Cəbrayıl (ə.s) deyildir, deyirlər. Allah onların yalan danışdığını söyləyir, doğrusunu izah edir. Çünki Cəbrayıl (ə.s) gəldiyində, dediyim tərzdə əlamət buraxır. Yəni, məsələn, bir ayaq izi qalır. O necə olur, deyilmi? Qumda gedir deyə, əlbəttə ki, ayaq izi qalır. “Yenə də siz gördüyü şey üzərində onunla mübahisə edəcəksinizmi?” Yəni bunu Allah lənətləyir. “And olsun, onu digər bir enişdə görmüşdü. Sidrətül-Müntəhanın yanında”. Yenə görmüşdü, Sidrətül-Müntəhada da görmüşdü deyir. “Ki Cənnətül-Məva onun yanındadır”. Baxın Peyğəmbərimiz (s.ə.v)-in Meracdakı gördüyü görüntünü Allah izah edir. “Sidrəni örtməkdə ikən, göz çaşmadı və sərhədini aşmadı”. Peyğəmbərimiz (s.ə.v) baxmır. “And olsun o, Rəbbinin ən böyük ayələrindən olanını gördü”.

Photo Qurani Kerim

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313