Header

Fussilət surəsi, 34-38 (müsəlmanların ibadətdən, gözəl əxlaqdan bezməməsi)

Aa4a

Adnan Oktarın 22 dekabr 2009-cu il Kocaeli TV və Mavi Qaradəniz TV-dəki reportajından

ADNAN OKTAR: “Əgər sənə…” Allah, 36-cı ayədə deyir. “….şeytandan bir qışqırtma gələcək olsa,” Məsələn, birini döy, söy, yaxud çirkin bir söz söylə, yaxud harama gir kimi. ” Əgər sənə, şeytandan bir qışqırtma gələcək olsa, dərhal Allaha sığın.” Müsəlman Ya Rəbbim, sənə sığınıram deyəcək. “Çünki O, eşidəndir, biləndir”. Yəni sən dua etdiyində Allah dərhal eşidər və bilər deyir. “Yaxşılıqla pislik eyni olmaz. Sən ən gözəl olan bir tərzdə pisliyi uzaqlaşdır.” Pisliyi uzaqlaşdırmaq üçün pislik edilməz. Tərs söz söyləyənə tərs söz deyilməz, döyənə döyərək cavab verilməz. Baxın, “Yaxşılıqla pislik eyni olmaz. Sən ən gözəl olan bir tərzdə pisliyi uzaqlaşdır, o zaman görərsən ki, səninlə onun arasında düşmənlik olan şəxs, sanki yaxın bir dostun olmuşdur”. Allah yaxın bir dostun olar deyir.

Onun üçün, yəni ironiyalı, tərs sözə tərs sözlə cavab vermək deyil, pis bir sözə, pis bir söz ilə cavab vermək deyil, gözəl və nəzakətli bir söz ilə cavab vermək lazımdır. Yəni o çaşsın, yəni müsəlmanın tərbiyəsinə, səbrinə, intiqam almaqdan çəkinməsinə, insancıllığına təəccüblənsin və gözəl nümunə götürsün. Həqiqətən də, sonra dost olurlar. Quran buna işarə edir, inşaAllah. Buna, Allah ayənin davamında deyir ki; “Buna, səbr edənlərdən başqası qovuşdurula bilməz”. İndi adam bir söz söylədi. Buna ağır bir söz söylədiyində, insan nəfsi rahatlayar. Məsələn, ağır bir təhqir ilə cavab verdiyində, rahatlayar. Amma səbr edən nə edir?

Bir özünə hakim olur, hirsini boğur, səbr edir və gözəl bir söz söyləyir. Baxın, Allah deyir ki, “Buna, səbr edənlərdən başqası qovuşdurula bilməz. Və buna, böyük bir pay sahibi olanlardan başqası da qovuşdurula bilməz.” Böyük pay nədir? Allahın razılığı, rəhməti və cənnətidir. İnşaAllah. “Gecə, gündüz, günəş və ay Onun ayələrindəndir. Siz günəşə də, aya da səcdə etməyin”. Yəni Allah azğın inanc şəkilləriniz olmasın deyir. “…Allaha səcdə edin…” Allaha iman edin, namaz qılırsınızsa, Allah üçün namaz qılın. “…Ki bunları Özü yaratmışdır. Əgər Ona ibadət edəcəksinizsə.”

Allaha ibadət etmək istəyirsinizsə, mütləq Allaha ibadət edin deyir. “Əgər onlar təkəbbürlənsələr,” namaz qılmaq mənim ağırıma gedər, yoldaşlarım görər, utanaram, alçalaram, səcdəyə gedəcəyəm, qiyamda dayanacağam, ruku edəcəyəm, mən bunu edə bilmərəmm deyir. Mənim ağırıma gedər deyir, çox gördüm, adamın ağırına gedir. “Əgər onlar təkəbbürlənsələr, Rəbbinin qatında olanlar, Onu gecə və gündüz təsbeh edərlər və bundan bezməzlər.” Baxın, mələklər gecə-gündüz Allahı təsbeh edirlər. Bəzisi rukuda, bəzisi səcdədə və bəzisi də qiyamdadırlar və Allah bundan da bezməzlər deyir. Bunda bir işarə daha var; namazdan bezilməz, gözəl əxlaqdan bezilməz, sevgidən bezilməz, insan sevdiyindən bezməz, yoldaşından bezməz. Allahın gözəl təcəllilərindən bezməz. Gözəl sözdən, gözəl nəzakətli rəftarlardan, halala görə, halala-harama görə hərəkət etməkdən bezməz. Bu, möminin xüsusiyyətidir. Allah mələkləri nümunə göstərdi. Bax, onlar bezmirlər deyir, siz də əsla bezməyin deyir. Onsuz da müsəlmanın ağlından belə keçməz, amma yenə də şeytani vəsvəsə olsa Quran ona diqqət çəkir, inşaAllah.

Bankoboev.Ru Koran Svyaschennaya Kniga Musulman

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313